Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1962/2020 16.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X2katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC-yə artıq hesablanmış 26.900 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında həmişə işgüzar münasibətlər olmuş, bugünədək aralarında hər hansı bir problem olmamışdır. Lakin İddiaçı MMC-də quraşdırılmış qaz sayğacında xx.xx.2019-cu il tarixdən başlayaraq mexaniki göstərici işləmiş, elektron göstərici isə təkrar kimi (919099 kub) qeyd olunmuşdur. Bununla bağlı Cavabdeh Satış Departamenti tərəfindən mexaniki göstəricilər koeffisentə vurularaq elektron göstərici çıxarılmış və obyektə 26.900 manatlıq sərfiyyat hesablanmışdır. 2020-ci ilin yanvar ayında elektron göstərici işləməyə başladıqdan sonra Satış Departamenti tərəfindən koeffisentə vurularaq hesablanmış borc yenidən təkrarən onların hesaba qeyd olunmuşdur. Yəni ki, onlara 26.900 manat təkrar sərfiyyat hesablanmışdır. Bununla bağlı bir neçə dəfə Satış Departamentinı müraciət etmişlər. Satış Departamenti də öz növbəsində təkrar sərfiyyat hesabladıqlarını qəbul etmiş, həmin artıq sərfiyyatın silinməsi üçün Cavabdeh rəhbərliyinə məktub yazmışlar. Hətta Cavabdeh X1 araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev də Cavabdeh Baş direktoruna xidməti yazı yazaraq işçi qrupu tərəfindən şikayətin araşdırıldığını, artıq hesablanmış borcun silinməsinin məqsədəmüvafiq hesab edildiyini qeyd etmişdir. Göründüyü kimi Cavabdeh İstehsalat BBirliyinin özü də artıq borc hesablandığını qəbul etsə də bu günədək həmin borcu silmir. Odur ki, borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Aralarındakı mübahisənin məhkəmədən kənar həlli üçün Cavabdehnə pretenziya məktubu ilə müraciət edilsə də cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinin (obyektin) qaz təchizatının bərpa edilməsinə və qaz təchizatının dayandırılmasına yönələn bütün hərəkətlərin Cavabdeh İB-yə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, İddiaçı MMC-yə (VÖEN: **********, abonent kodu **********00000) məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə qazın verilməsinin hazırkı iddianın predmeti olan 26.900 manat məbləğində borcun ödənilməməsi ilə əlaqədar dayandırılması Cavabdehnə qadağan edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Qaz paylayıcısı (cavabdeh) ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı (iddiaçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1467-05-17 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Müqavilənin 4.3-cü bəndinə əsasən İddiaçı MMC-nin direktoru Vəsilə Məmmədovaya məxsus qeyri-yaşayış sahəsinə 1 ədəd metal əridən soba quraşdırılması nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, İddiaçı MMC-yə məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən qeyriyaaşyış sahəsində quraşdırılmış Elster G-400 markalı qaz sayğacının mexaniki göstəricisi 592793 m3, elektron göstəricisi 1.188.539 m3 –dir. Abonent saldosundan müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacının elektron göstəricisi 2019-cu ilin may ayından 2019-cu ilin dekabrınadək 919.099 m3 olmuşdur. Həmin müddət ərzində abonentə sayğacın mexaniki göstəricilərinə əsasən 15.325 manat və aktlara əsasən 11.575 manat, cəmi 26.900 manat borc hesablanmışdır. Eyni zamanda 2020-ci ilin yanvarında sayğacın elektron göstəricisi 1.183.798 m3 kimi qeyd edilmiş və abonentə həmin ay üçün 52.939,80 manat məbləğində borc hesablanmışdır. İddiaçı MMC-nin direktoru tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC 26.900 manat məbləğində borcun silinməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, İddiaçı MMC-də quraşdırılmış qaz sayğacının elektron göstəricisi 2019-cu ilin may ayından 2019-cu ilin dekabrınadək qeydiyyata alınmamışdır. Həmin müddət ərzində abonentə qazdan istifadəyə görə borc sayğacın mexaniki göstəricisinə və mexaniki göstəricinin koeffisentə vurulması yolu ilə aktlara əsasən hesablanmışdır. Ümumilikdə, sayğacın elektron göstəricilərinin qeydə alınmadığı aylar ərzində İddiaçı MMC-yə 26.900 manat məbləğində borc hesablanmışdır. Bundan sonra 2020-ci ilin yanvarında İddiaçı MMC-də quraşdırılmış qaz sayğacının yeni elekron göstəricisi qeydə alınmış və 2019-cu ilin may ayında qeydə alınmış son göstərici ilə yeni göstərici arasında fərqə (1.183798 m3-919099 m3=264699m3) əsasən 264699m3 qaz sərfiyyatına görə abonentə 2019-cu ilin may-2020-ci ilin yanvar ayları üçün 52.939,80 (264.699x0,20 manat) manat məbləğində borc hesablanmışdır. Lakin bu zaman abonentə həmin müddət üçün mexaniki göstəricilərə və aktlara əsasən hesablanmış 26.900 manat məbləğində borc həmin məbləğdən çıxılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İşin yuxarıda göstərilən hallarından isə görünür ki, İddiaçı MMC-də 2019-cu ilin mayyanvar ayları arası dövrdə qaz sayğacının elektron göstəricisinə əsasən qaz sərfiyyatı 264.699m3 həcmində olduğu, belə olan halda həmin müddət üçün qazdan istifadəyə görə iddiaçıya 52.939,80 manat məbləğində borc hesablanmalı olduğu halda iddiaçıya həmin dövr üçün cəmi 79.839,8 manat məbləğində borc hesablanmışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı MMC ona Cavabdeh İB tərəfindən artıq hesablanmış 26.900 manat məbləğində pulun silinməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2020-ci ilin yanvar ayında hesablanmış 26.900 (iyirmi altı min doqquz yüz) manat məbləğində borc silinməli, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2020-ci ilin yanvar ayında hesablanmış 26.900 (iyirmi altı min doqquz yüz) manat məbləğində borc silinsin. İddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1962/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1962/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver