Məhkəmə qərarları › İş №e-2-2(113)-197/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-197/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-197/2021 20.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “xxxx” Mədud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı borcun tutulması tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh “xxxx” MMC-nin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 75880,32 manat borc və 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiçının nümayəndəsi iddianın dəyişdirilməsinə dair ərizə verərək “xxxx” MMC-dən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 86600,22 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “xxxx” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu04/65-16 olan “xxxx” MMC-ninelektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı“xxxx” ASC-yə cəmi 75880,32 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh “xxxx” MMC-yə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 75880,32 manat borcu bu günə qədər ödəməyərək « xxxx» ASC-yə zərər vurmuşdur. İddiaçı “xxxx” ASC-nin hər ay cavabdeh “xxxx” MMC-ninünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. - 18-ci maddəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və ondan alınmalı məbləğləri tutulması üçün bütün digər hərəkətlərə son qoyulur. İşdən göründüyü kimi “xxxx” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehə qarşı tələblər yalnız tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər, yəni, məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “xxxx” Mədud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar