Məhkəmə qərarları › İş №e-2-2(113)-1970/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1970/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1970/2022 08.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın və hesab ödəniş vərəqələrinin ləğv edilməsi və ödənilmiş pulların gələcəkdə istehlak ediləcək elektrik enerjisinin sərfində nəzərə alınaraq çıxılması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərtib etdiyi 13 yanvar 2022-ci il tarixli 040990 nömrəli aktı və onun əsasında hesablanmış 14 yanvar 2022-ci il tarixli 12693,24 manatlıq, 15.01.2022-ci il tarixli 1108,14 manatlıq və 17.01.2022-ci il tarixli 35,20 manatlıq, cəmi 13836,58 hesab ödəniş vərəqələrinin ləğv edilməsi, ödənilmiş pulların gələcəkdə istehlak ediləcək elektrik enerjisinin sərfində nəzərə alınaraq çıxılması və ödənilmiş 200 manat dövlət rüsumunun cavadehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirmişdir, belə ki, “ödənilmiş pulların gələcəkdə istehlak ediləcək elektrik enerjisinin sərfində nəzərə alınaraq çıxılması” tələbinə kommersiya mübahisəsi ilə bağlı iş kimi mülki icraat qaydasında baxılsa da, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərtib etdiyi akt və hesab-ödəniş vərəqələrinin ləğvinə məhkəmədə baxılmalı deyil. Göründüyü kimi iddiaçı məhkəmədə baxılmalı tələb ilə yanaşı, məhkəmədə baxılmalı olmayan tələbi bir iddiada birləşdirmişdir. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, 200 manat dövlət rüsumu deyil, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş haqdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın və hesab ödəniş vərəqələrinin ləğv edilməsi, həmçinin ödənilmiş pulların gələcəkdə istehlak ediləcək elektrik enerjisinin sərfində nəzərə alınaraq çıxılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, cavabdeh "xxxx" ASC-yə qarşı kommersiya mübahisəsi ilə bağlı mülki icraat qaydasında baxılması mümkün olan tələblə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar