Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1979/2020 07.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X1 Bağman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 61634,80 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 61634,80 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, qeyd edilən Məcəllənin tələblərinə əsasən iddia, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsinin inzibati ərazisində yerləşir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda, Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 22.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, aidiyyət qaydalarına uyğun verilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, hazırki iddia ərizəsi ilə cavabdehin ünvanının olduğu yerə görə Sumqayıt Konmmersiya Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 61634,80 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1979/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1979/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver