Məhkəmə qərarları › İş №e-2-2(113)-1993/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1993/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1993/2020 22.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 məxsus müəssisədən təbii qazdan istifadəyə görə 30.07.20-ci il üçün yaranmış 10273,30 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İBnin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, ***-**-** nömrəli saylı müqavilə əsasında X4 məxsus müəssisəni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə 10273,30 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, ***-**-** saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X5 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddianı qəbul etməyərək, izahatında ondan köhnə və əsassız yazılmış borclar tələb olunduğuna görə iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2017-ci il tarixli, ***-**-** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı - İddiaçı İB ilə İstehlakçı - X6 arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilməklə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı İB tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan və itirilmiş qazın dəyərinin hesablanması komissiyasının qərarından görünür ki, Bakı şəhəri, Balaxanı qəsəbəsində yerləşən X4 məxsus Quşçuluq fermasına baxış keçirilərkən 7 ədəd qeyri-standart tipli Qaz sobasının, 3 ədəd Dəmir peçin, 1 ədəd qeyri-standart Suqızdırıcı samovarın və 2 ədəd PQ-2 qaz avadanlığının qaz sayğacına qoşulmadığı, qaz xəttinin qeyri-qanuni qoşulduğu, 2015-ci ilin iyun ayından müəssisədə qaz sayğacının olmadığı, amma qazdan istifadə olunduğu, əlavə olaraq 3 ədəd sobanın da qaz xəttinə qoşulduğu, lakin işlək vəziyyətdə olmadığı aşkarlanmış, yuxarıda sadalanan 4 qaz avadanlığına görə təbii qazdan qanunsuz istifadə edildiyinə görə dəymiş ziyan kimi 30402 m3 qaz sərfiyyatının (30402*0.2=6080.4 manat) qeydə alındığı müəyyən edilmişdir. İddiaçı İB tərəfindən tədiq edilmiş xx xxxxxx 2017-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Bakı şəhəri, Balaxanı qəsəbəsində yerləşən X4 məxsus Quşçuluq fermasına baxış keçirilərkən 7 ədəd qeyristandart tipli Qaz sobasının, 3 ədəd Dəmir peçin, 1 ədəd qeyri-standart Suqızdırıcı samovarın və 2 ədəd PQ-2 qaz avadanlığının qaz sayğacına qoşulmadığı, qaz xəttinin qeyri-qanuni qoşulduğu, 2015-ci ilin iyun ayından müəssisədə qaz sayğacının olmadığı, amma qazdan istifadə olunduğu, əlavə olaraq 3 ədəd sobanın da qaz xəttinə qoşulduğu, lakin işlək vəziyyətdə olmadığı aşkarlanmış, yuxarıda sadalanan 4 qaz avadanlığına görə təbii qazdan qanunsuz istifadə edildiyinə görə dəymiş ziyan kimi 30402 m3 qaz sərfiyyatının (30402*0.2=6080.4 manat) qeydə alındığı müəyyən edilmişdir. Abonent kodu **********00020 olan X3 (ferma) abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə 2015-ci il iyun ayının sonuna qalıq borc 3632,3 manat, 2017ci il fevral ayına qalıq və aktlar qrafasında 6080,40 manat qeyd edilmiş, 2020-ci ilin iyun ayının sonuna (xx.xx.2020) qalıq borc 11199,70 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və iddiaçı tərəfindən cavabdeh barəsində tərtib edilmiş aktdan müəyyən olunur ki, iddiaçı cavabdeh barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, iddiaçı tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. İş materiallarına və qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixə cavabdeh X3 3632,30 manat məbləğində borcu olsa da, iddiaçı (iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət olunmuşdur) həmin öhdəliklər üçün nəzərdə tutulan 5 illik müddətini ötürdüyünə görə MPM-nin 551.2.1-ci maddəsinə əsasən həmin borcun tutulması təmin edilə bilməz. Məhkəmə tədqiq olunan sübutlara və yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən aparılan yoxlama (xx xxxxxx 2017-ci il tarixli, ******* nömrəli akt) qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli olduğundan, “İddiaçı'' İstehsalat Birliyi tərəfindən X4 2017-ci ilin fevral ayına 6080,40 manat məbləğində borc əsassız hesablanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixə olan borcu tələb etsə də, məhkəməyə yalnız xx.xx.2020-ci il tarixə olan borcla bağlı sübut təqdim etdiyinə görə, məhkəmə məhz həmin tarixə olan borcu əsas götürərək hesab edir ki, cavabdehin xx.xx.2020-ci il tarixə 11199,70 manat borcu olmuş, lakin həmin məbləğdən əsassız tələb olunan 3632,30 və 6080,40 manat məbləğində vəsaitin cəmi təşkil edən 9712,70 manat məbləğində pul çıxılandan sonra iddia qismən təmin edilməli və qalan 1487 manat məbləğində borc X2 tutularaq “İddiaçı'' İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 14,47% təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 4,34 manat məbləğində dövlət rüsumuX2 tutularaq “İddiaçı'' İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 təbii qazdan istifadəyə görə xx.xx.2020-ci il tarixə hesablanmış 1487 manat məbləğində pul, 4,34 manat dövlət rüsumu, ümumilikdə 1491,34 manat məbləğində pul tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN ********** İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar