Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1996/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh2” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Cavabdeh2” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh2” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş hesablanmış 1715,20 manat məbləğində borcun və “Elster” tipli G-6 markalı 28024515 saylı qaz sayğacının dəyəri olaraq hesablanmış 235, 88 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Cavabdeh2” İslehsalal Birlisi tərəfindən ******* saylı akı tərtib olunaraq qaz sayğacı baxış keçirilən zaman, quraşdırılmış “İTRON Smart kart" tipli qaz sayğacı çıxarılaraq, yeni 28024515 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. Daha sonra bir neçə müddət bundan öncə "Azəıiqaz" İB tərəfindən göndərilmiş bildirişə əsasən, qaz sayğacı üzrə ümumilikdə 1715,20 (bir min yeddi yiiz manat iyirmi qəpik) manat məbləğində borc olduğundan xəbərdar edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Cavabdeh2" İstehsalat Birliyimi müraciət etmiş, orada məlum olmuşdur ki, “Cavabdeh2" İB Metrologiva Departamenlinin “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında" xx.xx.2020-ci il tarixli aktına əsasən guya qaz sayğacına müdaxilə olmuşdur. Sayğacın çıxış plastmas borusu kənar təsirlər nəticəsində deşilmişdir. Hesablama mexanizmi işləmir, hava keçir. Batareya yuvasının plombu fərqli plombdur. “Cavabdeh2" İB Bakı Regional Qazın Satışı Departamenti tərəllndənı tərtib olunmuş ******* saylı aktla 64S0 m həcmində qaz sərfinə görə 1296 (bir min iki yüz doxsan altı) manat məbləğində borc hesablanmışdır. Heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Qaz sayğacı quraşdırılmış və vaxtlı-vaxtında sərf etmiş qazın dəyəri ödənilmişdir. Tərtib olunmuş akt və iştirakı olmadan keçirilmiş labaratoriyanın cavabı ilə razı deyildir. Belə ki, sayğaclar dəyişdirilən zaman iştirakı dəyişdirilmişdir, lakin həmin zaman hər hansı problemin olduğu bildirilməmiş, bundan yalnız dörd ay sonra xətalar barədə məlumatlandırılmışdır. Sayğacda deşik olması və ya onun nə zaman kim tərəfindən deşilməsini müəyyən etmək mümkün deyildir. Sayğacın çıxarılması zamanı ona hər hansı qanunsuz müdaxilənin olduğu bildirilməmişdir və sayğacın köhnəlməsi səbəbindən dəyişilməli olduğu bildirilmişdir. "Abonentin saldosundan" da göründüyü kimi, 1296 manat məbləğində akt əsasında yazılmış cərimədən əlavə 2020-ci ilin əvvəllərində sayğac çıxarıldıqdan sonra həm də 419,20məbləğində də borc yazılmış və bu barədə bildirişlə xəbərdarlıq edilmişdir. Bu borcun da eyni qaydada sayğacda yaranan xəta nəticəsində itirilmiş təbii qaz sərfiyyatı üçün hesablandığı bildirilsə də bu barədə heç bir qanuni akt təqdim edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirmişdir ki, qaz sayğacına istehlakçı tərəfindən müdaxilə aşkar olunmuşdur. Nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı adına olan qaz xətti üzərində G-6 markalı 120SAQ**********9 nömrəli qaz sayğacı çıxarılaraq G-6 markalı ********* nömrəli qaz sayğacı həmin tarixdə quraşdırılmışdır. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında ******* nömrəli aktdan görünür ki, MSK-29z164000380-21 saylı akta əsasən İddiaçı 6.048 m3 qaz sərfiyyatı hesablanmışdır. Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında MSK-29z164000380-21 saylı aktın surətindən görünür ki, G-6 markalı 120SAQ**********9 nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş müdaxilə olunması və yararsız olması aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2” İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacı yoxlanılması üçün çıxarılmış 6480 kub metr qaz sərfiyyatına görə 1.296 manat məbləğində borc hesablanmışdır. “X2”nın 5.4-cü maddəsinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən həmin Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Beləlikə də, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi 1.296 manat borc məbləği sayğacın yararsız olduğu dövr üçün itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Belə olan halda isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. İş materiallarından isə görünür ki, cavabdeh “Cavabdeh2” İB ******* saylı aktla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan təbii X2nın pozulması nəticəsində 1.296 manat məbləğində pulun ödənilməsi tələbi əsassızdır. İddiaçının cavabdehə olan 1296 manat borcu silinməli , 419,20 manat borcun eyni qaydada təbii X2nın pozulması nəticəsində yaranması ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən tələb həmin hissədə təmin edilməməlidir. Yeni sayğacın alınması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğin geri qaytarılması hissəsində məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********00386) “Cavabdeh2” İstehsalat Birliyi tərəfindən hesablanmış 1296 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1996/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1996/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver