Məhkəmə qərarları › İş №e-2-2(113)-2004/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2004/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2004/2020 06.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: HakimƏliyeva Leyla Rauf qızının sədrliyi ilə, X2katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi və maddi ziyanın ödənilməsitələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya qanunsuz olaraq hesablanmış 81.006,20 manat məbləğində cərimənin silinməsi və maddi ziyan olaraq 50.000 manat məbləğində pulun, vəkilə ödədiyi xidmət haqqı olaraq 160 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə çörək bişirmə sexi acmışdır. 2010, 2011, 2014 və 2017-ci illər ərzində həmin sahəyə nəzarət edən sahə işçiləri ona məxsus çörək bişirmə sexinə gələrək itkilərinin çox olduğunu bildirmişlər və ona istifadə etmədiyi halda bilmədiyi cərimələr hesablamışlar. Buna baxmayaraq ona dəfələrlə qaz təchizatımın dayandırılacağı barədə bildirişlər verildiyindən məcbur olub qanunsuz yazılmış cərimənin bir hissəsini ödəyib. Nəzərə catdırır ki, həmin cərimələri o qazın 1 m³ 0.10 manat olanda ödəmişdir. Qazın qiyməti 1 m³ 0.10 manat olan halda iddiaçının ödədiyi qazın həcmi 810062 m³ edir. İndiki tariflə 0.20 manatla götürdükdə isə 405031 m³ edir. Məhkəmənin nəzərinə çatdırır ki, 2010-cu ilin sentyabr ayında sayğacı yerində olmasına baxmayaraq sayğac göstəricisindən (2283,60 manat sayğac göstəricisi olmuşdur) əlavə iddiaçıya 39600 m³ qaza görə 3960 manat cərimə, 2010-cu ilin oktyabr ayında sayğacı yerində olmasına baxmayaraq sayğac göstəricisindən (1373,40 manat sayğac göstəricisi olmuşdur) əlavə 74502 m³ qaza görə 7452 manat cərimə hesablanmış, 2010-cu ilin noyabr ayında sayğacı dövlət yoxlaması adı ilə çıxarılmış və qaz təchizatı dayandırılmışdır. Yazdıqları əsassız cərimələri ödədikdən sonra qaz təchizatı bərpa olunmuş, lakin cıxarılmış qaz sayğacının yerinə əvəz edici sayğac quraşdırılmamışdır. İddiaçıya normativə uyğun olaraq qaz verilməyə başlanılmışdır. Lakin verilən normativ o qədər şişirdilmiş oldu ki, qaz təchizatının dayandırılmaması üçün həmin qanunsuz yazılmış normativi ödəməyə məcbur edilmişdir. “Qaz təchizatı haqqında” qanunda birbaşa göstərilmişdir ki, sayğac çıxarılarkən əvəzedici sayğac quraşdırılmalı və yaxud əvvəlki ayın qaz sayğacının göstəricisinə uyğun normativ sərfiyyat verilməlidir. Nəzərə alınsa kı, iddiaçının əvvəlki ayın (oktyabr) sərfiyyatı 1373,40 manat olmuşdur və ona əsassız olaraq noyabr ayı üçün 10.040 manat məbləğində sərfiyyat yazılmışdır. Bu da qaz hesabı ilə 100.400m³ qaz edir. 2010-cu ilin dekabr ayında iddiaçının hesabına 97.200 m³ qaza görə 9.720 manat borcu əlavə etmişlər. 2011-ci ilin yanvar ayında qaz sayğacı yerində olmasına baxmayaraq 16.200 m³ qaza görə 1620 manat məbləğində borc hesabına əlavə etmişlər. Bu hesabların necə hesablanması və səbəbləri barədə soruşmağına baxmayaraq ona heç bir məlumat verilməmiş hər dəfə qaz təchizatımın dayandırılacağı barədə təhdid edilmişdir. Bunlar az deyilmiş kimi yenidən 2011-ci ilin dekabr ayında xəbəri olmadan ona 38.160 manat 381.600 m³ qazı onun hesabına əlavə etmişlər (39600 m³+ 74502 m³+100400m³+97200 m³+16200 m³+381600 m³=709502 m³). Beləliklə, 2010 və 2011-ci illər ərzində ona ümumi olaraq 70.952 manat olmaqla 709.502 m³ qaza görə əlavə borc hesablamışlar. Bundan əlavə 2014-cü ilin sentyabr, oktyabr və noyabr aylarında sayğacı yenidən dövlət yoxlamasına göndərilmiş, əvəzedici sayğac quraşdırılmalı olduğu halda yenə normativ hesabatlar verilmişdir. Həmin aylar üçün 98436 m³ qaza görə 9843,60 manat olmaqla onun hesabına əlavə edilmişdir. Yenidən 2017-ci ilin sentyabr ayında 2124 m³ qaza görə 212,40 manat borc onun xəbəri olmadan ona cərimə yazılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, qazın qiyməti 2017-ci ildə 0,20 qəpik olmasına baxmayaraq ona yazılmış cərimə 0,10 qəpiklə hesablanmışdır. Dəfələrlə şifahi müraciətləri olsa da, göstərilənlərlə bağlı ona heç bir məlumat verilməmişdir. Cavabdeh İB iddiaçıya hər ilin sentyabr ayında adəti üzrə cərimələr yazmağa davam etmişdir. 2019-cu ilin sentyabr ayında böyük mübahisədən sonra ona cərimə yaza bilmədilər. Ümumilikdə, 2010-cu ildə 311.702 m³, 2011-ci il tarixdə 397.800 m³, 2014-cü il tarixdə 98.436 m³, 2017-ci il tarixdə 2124 m³ qaz dəyərində cərimə yazılaraq cəmi 810.062 m³ qaz hesabına əlavə edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi tam əsaslıdır və məhkəmə tərəfindən tam təmin edilməlidir. Bildirmək istəyir ki, indi də istifadə etmədiyi qaza görə iddiaçıdan əlavə ödənişlər tələb edirlər. İstifadə etmədiyi qaza görə ödəniş etmək istəmir. Lakin həmin şirkət tərəfindən qaz təchizatının dayandırılacağı barədə xəbərdarlıq olunur. Maddi ziyana gəldikdə isə bildirir ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Göründüyü kimi ona tam əsassız cərimələr yazılaraq maliyyə vəziyyətini ağırlaşdırmışlar. Tərəfindən dəfələrlə banklardan kreditlər götürülərək işçilərinin əmək haqları ödənilmişdir. Bundan əlavə Cavabdeh İB-yə vəkil sorğusu verilərək tərtib edilmiş aktların təqdim edilməsi və yazılmış aktların nə üçün yazılması barədə məlumatların təqdim edilməsi xahiş edilmişdir. Lakin Cavabdeh İB tərəfindən həmin aktlar təqdim edilməmiş və həmin aktların mövcud olmadığı bildirilmişdir. Bundan əlavə manatın 3 dəfəyə qədər ucuzlaşdığını nəzərə alaraq hesab edir ki, ona əlavə olaraq 50.000 manat maddi ziyan dəymişdir. Bundan əlavə olaraq hüquqi xidmət üçün ödədiyi 200 manat da ona qaytarılmalıdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddianın təmin etmə tədbiri barədə ərizə təqdim edərək, hazırki iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qanuni qüvvəsini alana qədər İddiaçı məxsus olmaqla, abonent kodu **********0200000 olan çörək bişirmə sexinə təbii qazın verilməsinin dayandırılmasının və həmin abonent kodu üzrə pulun tutulmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Abonent saldosundan müəyyən edilir ki,abonent İddiaçı 2010-cu ilin sentyabr ayında akt əsasında 3.960 manat, oktyabr ayında 7.452 manat, noyabr ayında 10.040 manat, dekabr ayında 9.720 manat; 2011-ci ilin yanvar ayında 1.620 manat, dekabr ayında 38.160 manat, 2014-cü ilin sentyabr ayında 3.152,60 manat, oktyabr ayında 5.109 manat, noyabr ayında 1.582 manat; 2017-ci ilin sentyabr ayında 212,40 manat borc hesablanmışdır. Cavabdeh iddiaçının nümayəndəsi və vəkilinin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq xx xxxx 2020-ci il tarixli məktubunda bildirmişdir ki, istehlakçı İddiaçı məxsus Nəsimi rayonu, 2-ci Alatava küçəsində yerləşən çörək bişirmə sexində 2010-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 2011-ci ilin yanvar, dekabr aylarında və 2014-cü ilin sentyabr, oktyabr, noyabr aylarında təbii qazdan istifadəyə görə normativ hesabatın aparılması Cavabdeh struktur bölməsi kimi fəaliyyət göstərmiş Nəsimi rayon qaz istismarı sahəsi tərəfindən həyata keçirilmişdir.Cavabdehndə 2015-ci il tarixdə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar olaraq X6 Sahəsi ləğv edildiyindən normativ hesabatın aparılmasına dair tələb olunan sənədlərin arxivdə tapılması mümkün olmamışdır. Cavabdeh iddiaçının nümayəndəsi və vəkilinin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq xx xxxxx 2020-ci il tarixli məktubunda təkrar olaraq bildirmişdir ki, İddiaçı məxsus Nəsimi rayonu, 2-ci Alatava küçəsində yerləşən çörək bişirmə sexində 2010-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında, 2011-ci ilin yanvar, dekabr aylarında və 2014cü ilin sentyabr, oktyabr, noyabr aylarında təbii qazdan istifadəyə görə normativ hesabatln aparılması Cavabdeh struktur bölməsi kimi fəaliyyət göstərmiş Nəsimi rayon qaz istismarı sahəsi tərəfindən həyata keçirilmişdir.Cavabdehndə 2015-ci il tarixdə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar olaraq X6 sahəsi ləğv edildiyindən normativ hesabatın aparılmasına dair tələb olunan sənədlərin arxivdə tapılması mümkün olmamışdır. Cavabdeh məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq xx xxxxxxx 2020-ci il tarixli məktubunda bildirmişdir ki, 2016-2017-ci illərdə Cavabdehndə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar İddiaçı 2010-cu ilin sentyabr ayında 3.960 manat, oktyabr ayında 7.452 manat, noyabr ayında 10.040 manat, dekabr ayında 38.160 manat, 2014-cü ilin sentyabr ayında 3.152,60 manat, oktyabr ayında 5.109 manat, noyabr ayında 1.582 manat və 2017-ci ilin sentyabr ayında 212,40 manat məbləğində təbii qazdan istifadəyə görə borc hesablanmasına əsas olan sənədlərin məhkəməyə təqdim olunması mümkün deyildir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh İddiaçı mübahisələndirdiyi borc məbləği Cavabdeh İB tərəfindən abonentə sayğac göstəricilərinə əsasən deyil, aktlara əsasən əlavə sərfiyyat kimi hesablanmışdır. Məhkəmə tərəfindən mübahisəli borcun hesablanmasına əsas olmuş sənədlərin təqdim edilməsi barədə sorğu verilməsinə baxmayaraq Cavabdeh İB tərəfindən mübahisəli borcun yaranmasına əsas olmuş aktlar və həmin aktların tərtib edilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Eləcə də cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında mübahisəli borcların hansı əsasla hesablandığını konkretləşdirməmiş, yalnız borcların bir hissəsinin sayğac olmadığı dövr üçün normativ hesabata əsasən hesablandığını bildirmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan isə görünür ki, 2010-cu ilin noyabr-dekabr ayları və 2014-cü ilin noyabr ayında hesablanmış əlavə sərfiyyat istisna olmaqla əlavə sərfiyyatın hesablandığı digər aylarda akta əsasən hesablanmış mübahisəli borcla yanaşı sayğac göstəricilərinə əsasən də borc hesablanmış, yəni sözügedən aylarda abonentin sayğacı işlək vəziyyətdə olmuşdur. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Belə olan halda məhkəmə mübahisəli borc məbləğlərinin sayğac göstəricilərinə əsasən hesablanmadığını, Cavabdeh İB-nin isə göstərilən borcların hesablanması üçün əsas olmuş sənədləri təqdim edə bilmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, 2010-cu ilin sentyabr ayında hesablanmış 3.960 manat, oktyabr ayında 7.452 manat, 2011-ci ilin yanvar ayında 1.620 manat, dekabr ayında 38.160 manat, 2014-cü ilin sentyabr ayında 3.152,60 manat, noyabr ayında 1.582 manat; 2017-ci ilin sentyabr ayında 212,40 manat məbləğində borclar əsassız hesablandığından həmin hissədə iddia təmin edilməli, göstərilən tarixlərdə iddiaçıya hesablanmış cəmi 56.139 manat məbləğində borclar əsassız olduğundan silinməlidir. Digər tərəfdən iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi 2010-cu ilin noyabrdekabr ayları və 2014-cü ilin noyabr ayında abonentə məxsus çörək sexində quraşdırılmış sayğac yoxlamaya aparılmış, yəni qeyri-yaşayış sahəsinə gedən xətt üzərində sayğac olmamışdır. Belə olan halda isə qeyd olunan aylar üzrə Cavabdeh İB iddiaçıya əlavə sərfiyyat hesablamaqda haqlı olmuşdur. 2010-cu ilin noyabr-dekabr ayları və 2014-cü ilin oktyabr ayında hesablanmış əlavə sərfiyyatların məbləğinə gəldikdə məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nda qaz sayğacının işləmədiyi dövrdə qaz sərfiyyatının hesablanması qaydası müəyyən edilmədiyindən hazırkı mübahisəyə analogiya üzrə qaz sayğacının olmadığı dövrdə qaz sərfiyyatının hesablanması qaydasını müəyyən edən “X3”nın 5.4-cü maddəsi tətbiq edilməlidir. “X3”nın 5.4-cü maddəsinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Beləliklə, 2010-cu il oktyabr ayında sərfiyyatın 1373,40 manat, 2014-cü ilin sentyabrında isə 963,40 manat olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, “X3”nın 5.4-cü maddəsinə əsasən İddiaçı 2010-cu ilin noyabr-dekabr ayları üçün borc oktyabr ayının sərfiyyatına əsasən 1373,40 manat məbləğində müəyyən edilməli, noyabr ayı üçün hesablanmış borcun 8666,6 manat hissəsi (10040-1373,40) və dekabr ayı üçün hesablanmış borcun 8346,6 manat (9720-1373,4) hissəsi isə silinməlidir. Eynilə 2014-cü ilin oktyabr ayında sərfiyyat isə sentyabr ayının sərfiyyatına əsasən 963,40 manat məbləğində müəyyən edilməli və həmin ay üçün hesablanmış borcun 4145,6 manat (5109-963,4) hissəsi isə silinməlidir. Belə olan halda məhkəmə hesab edir ki, borcun (cərimənin) silinməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, İddiaçı əsassız olaraq hesablanmış cəmi 77.297,8 manat (56.139 +8.666,6+8346,6+4145,6) məbləğində borc silinməlidir. İddia tələbinin maddi zərərin ödənilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, maddi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması (müqavilədən irəli gələn maddi zərər tələbi olduqda isə cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması), ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı işin materiallarından isə görünür ki, İddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Eynilə vəkil xidmətinə görə 160 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən vəkil xidməti ilə bağlı ödəniş edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, belə olan halda isə həmin hissədə də iddianın təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsmunun 5 manat manat hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh İstehsalat Birliyi tərəfindən İddiaçı əsassız hesablanmış 77.297,8 manat (yetmiş yeddi min iki yüz doxsan yeddi manat səksən qəpik) məbləğində borc silinsin. İddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar