Məhkəmə qərarları › İş №e-2-2(113)-2012/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2012/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2012/2022 12.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1080 manat borcun İddiaçı **********00000 saylı abonent kodundan silinməsi və əlavə olaraq 60 manat məbləğində mediasiya xərci, müvəqqəti təminat tədbiri verilərkən əlavə olaraq 10 manat məbləğində dövlət rüsumu və vəkilə ödənilmiş 100 manat məbləğində pulun, cəmi 170 manat məbləğində pulun Cavabdeh tərəfindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Abşeron rayonu, 27-ci məhəllə ünvanda **********00000 saylı abonent kodu olan mən İddiaçı məxsus qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri tərəfimizdən daim vaxtlı vaxtında ödənilmişdir. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən 30.09.2021-ci il tarixdə ******* saylı akt tərtib edilərək mənə 1080 manat məbləğində cərimə hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən bu kimi saxtakarlıq nəticəsində mənə əsassız borc hesablanmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, akt istifadəmdə olan G-4 tipli qaz sayğacının laboratoriyada aparılmış yoxlama nəticəsində guya sayğaca müdaxilə olunduğu üçün yəni guya Sayğacın plastmas qapağının qulaqcıqlarında cızıq izləri olduğu üçün tərtib edilmişdir. Qeyd etmək lazımdır ki, laboratoriyada yoxlama aparılan zaman mənə məlumat verilməmiş və ümumiyyətlə sayğaca müdaxilə olunsa belə mənim təqsirimin olmasına dair hər hansı dəlil belə yoxdur. Cavabdeh təşkilat birtərəfli qaydada qanunsuz akt tərtib edərək əsassız borc hesablamışdır. Sayğacın “Qulaqcıq” deyilən hissəsinin cızılması cavabdeh təşkilata nə kimi zərər vurduğu müəyyən deyil. İş materiallarından da göründüyü kimi İddiaçı G-4 tipli qaz sayğacından istifadə edir, yəni qaz işlədicilərinin cəminin maksimal saatlıq qaz sərfi 6 m qədərdir. Belə olan halda İddiaçı fiziki şəxs olaraq məişət qaz qurğusundan istifadə edən istehlakçıdır. Qaz sayğacı mənim mühafizə edə bilməyəcəyim yerdə yəni yol tərəfdə quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.9cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi sayğac çıxarılarkən bütün möhürlləri üzərində olmuş, yəni sayğacın bütövlüyü pozulmamış və belə olan halda qaz sayğacının daxilinə müdaxilə edilməsi qeyri mümkündür. Abonent saldosundan da göründüyü kimi İddiaçı istifadə etdiyi qazın dəyərini daim vaxtı vaxtında ödəmişdir. Hesablanmış borcla bağlı tərtib edilmiş aktın hüquqi əsasını təşkil edən sənədləri istədikdə cavabdeh tərəfindən bizə heç bir sənəd təqdim edilə bilməmişdir. Əlavə olaraq bildirmək istəyirəm ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyeklərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir, Cavabdeh nümayəndəsi X2 isə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 30.09.2021-ci il tarixdə təsdiq edilmiş ******* nömrəli təbii X3nın pozulması haqqında aktdan görünür ki, **********00000 nömrəli abonent kodu olan İddiaçı qaz sayğacına baxış keçirilərkən Cavabdeh 29.09.2021-ci il tarixli 29/1640-01771-26 nömrəli aktına əsasən ******* nömrəli sayğacın plastmas qapağının daxili qulaqcıqlarında cızıq izləri aşkar edilmişdir. 29.09.2021-ci il tarixli, MS 29/1640-01771-26 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X01771 saylı 30 iyul 2021-ci il tarixli məktubuna əsasən 09 avqust 2021-ci il tarixində BRQSD-dən dövlət yoxlamasına aparılmış G4 markalı mexanika tipli qaz sayğacına 29 sentyabr 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, zavod nömrəsi 4400259, mexaniki göstəricisi 57064 m3 olan qaz sayğacında plastmas qapağın daxili qulaqcıaqlarında cızıq izlərinin olduğuğu, xətaların normaya uyğun olmadığı, sayğacın yararsız olduğu və müdaxiləyə görə qaz itkisinin yarandığı müəyyən edilmişdir. İddiaçı abonent saldosundan görünür ki, qalıq və aktlar qrafasında 2021-ci ilin oktyabr ayına 1080 manat borc hesablanmışdır. 02 aprel 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı müvəqqəti təminat tədbiri ərizəsinin verilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. 15 mart 2022-ci il tarixli 13425 nömrəli qəbzdən görünür ki, 100 manat məbləğində pul hüquqi yardım üçün 18 saylı vəkil bürosuna ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamaları vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Göründüyü kimi aparılan yoxlama qanunsuz olduğundan İddiaçı **********00000 nömrəli abonent koduna 30.09.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1080 manat məbləğində cərimə silinməlidir. Bundan əlavə iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 100 manat tələbi əsaslı olduğundan, cəmi 170 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh tərəfindən İddiaçı **********00000 nömrəli abonent koduna hesablanmış 1080 manat məbləğində borc silinməli və iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 manat, müvəqqəti təminat tədbiri ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 100 manat cəmi 170 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 nömrəli abonent koduna hesablanmış 1080 manat məbləğində borc silinsin. Mediasiya xərci kimi ödənilmiş 60 manat, müvəqqəti təminat tədbiri ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 100 manat cəmi 170 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar