Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-202/2021 01.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri Qanuni nümayəndə və Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı istehlak edilmiş təbii qaza görə qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə istehlak edilmiş təbii qaza görə qanunsuz hesablanmış 160792,02 manatlıq borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə "xxxx" MMC arasında 01 mart 2018-ci il tarixli, AKX-2/910 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cəmiyyət tərəfindən müqavilə imzalanan tarixdən hal-hazırdakı dövrə qədər istifadə edilmiş təbii qazın tam dəyəri Cavabdeh İB-nin hesabına ödənilmişdir. Cavabdeh İB tərəfindən müqavilə üzrə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı tərtib edilmiş, həmin akt üzrə Cəmiyyətin təbii qaza görə 159475,82 manat borcunun olduğu bildirilmişdir. Hesablanmış olan borcun əsassızlığı səbəbindən qeyd edilən akt cəmiyyət tərəfindən imzalanıb möhürlənməkdən imtina edilmişdir. Daha sonradan Cavabdeh İB tərəfindən Cəmiyyətə 17 iyun 2020-ci il tarixli pretenziya məktubu göndərilmiş, istehlak olunmuş təbii qaza görə 160792,02 manat debitor borcun yarandığı və bu borcun ödənilməsi istənilmişdir. Cavabdeh İB tərəfindən ona pretenziya məktubu ilə müraciət edilərkən cəmiyyətin borcunun hansı əsaslarla 160792,02 manat olduğu əsaslandırıla bilməmişdir. Bunun cavabı cəmiyyət olaraq dəfələrcə istər “Bakı Regional Qazın Satışı Departamenti istərsə də Cavabdeh İB-nin özünə müraciət edilsə də cavab alına bilməmişdir. Belə ki, Cavabdeh İB-nin pretenziya məktubuna nəzər yetirildiyində 160792,02 manat borcun yaranma səbəbinin və mənbəyinin nədən ibarət olduğu anlaşılmır. Borcun hesablanmasının düzgün aparılmadığına və hesablamanın qanunvericiliyin tələblərinə uyğun olmadığına aşağıda aydınlıq gətirilir: Əvvəla borcun bu həddə qalxması və bu məbləğdə borcun düzgün hesablanmaması ilkin mərhələdə 2019cu ilin dekabr ayına təsadüf etmişdir. Belə ki, 2019-cu ilin oktyabr ayında Cəmiyyətə aid olan təsərrüfat sahəsində təbii qazın ümumi sərfiyyatı 87086 m3, noyabr ayında 249179 m3, dekabr ayında isə 712318 m3 qeyd edilmişdir ki, dekabr ayında olan 712318 m3 sərfiyyatla bağlı Cavabdeh İB-nin rəhbərliyinə dəfələrcə müraciət edilsə də, müraciətlərə məhəl qoyulmamışdır. Müqayisə üçün əvvəlki 2018-ci ilin oktyabr ayında qeyd edilən ərazi üzrə təbii qazın ümumi sərfiyyatı 65621 m3, noyabr ayı üzrə 241878 m3, dekabr ayı üzrə 425500 m3 təşkil etmişdir ki, illər üzrə ayların bu sərfiyyatını təhlil edilən zaman 2019-cu ilin dekabr ayında hesablanmış 712318 m3 təbii qaz sərfiyyatı özü ilə bərabər suallar yaratmışdır. Həmçinin cəmiyyət tərəfindən bununla bağlı Cavabdeh İB-yə müraciət ünvanlanmış, artıq hesablanmış sərfiyyatla bağlı araşdırma aparılması istənilmişdir. “Bakı Regional Qazın Satışı Departamenti”nin rəis müavini tərəfindən 16 dekabr 2019-cu il tarixində Cavabdeh İB-nin Baş Dirketorunun satış və istismar üzrə müavini Cahid Hüseynova xidməti yazı ünvanlanmışdır. Həmin xidməti yazıda Xəzər rayonunun xidmət ərazisində yerləşən "xxxx" MMC (kod **********00099) 30.11.2019-cu il tarixdə mexaniki göstərici 414654 elektron göstərici isə təkrar 497861 kimi qeyd olunmuşdur. Növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429328 m3 fərqin düzəldilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən göndərilən xidməti yazıya hal-hazırkı dövrə qədər Cavabdeh İB tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Bu səbəbdən həmin 429328 m3 olan fərq 2019-cu ilin dekabr ayındakı sərfiyyata əlavə edilməklə ortaya bu qədər real olmayan bir məbləğ çıxmışdır. Bu fərq hal-hazırda Cavabdeh İB tərəfindən göndərilən pretenziya məktubunda qeyd edilən məbləğin tərkibində yer almaqdadır. Belə ki, 429328 m3 təbii qazın qiyməti hal-hazırda 85866 manat təşkil edir ki, bu məbləğ də Cavabdeh İB tərəfindən iddia tələbi ilə irəli sürülən 160792,02 manat pul vəsaitinə daxildir. Bundan əlavə 2020-ci ili fevral ayında cəmiyyətin təbii qaz sərfiyyatı ilə bağlı sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında SS №29/1640-00407 saylı” akt tərtib edilmişdir. Həmin aktda Cavabdeh İB-nin SOCAR**********31791640X00407 saylı 14 fevral 2020-ci il tarixli telefonoqramı əsasında cəmiyyətin qaz xətti üzərində quraşdırılmış qaz sayğacı 18 fevral 2020-ci il tarixində xətdən çıxarıldığı, 17 mart 2020-ci il tarixində sayğaca texniki baxış keçirildiyi qeyd olunmuşdur. Bundan əlavə 31 mart 2020-ci il tarixində təsdiq edilmiş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı akt tərtib edilmiş, həmin akta əsasən sayğacsız olaraq 14 təqvim günü üçün 14 günlük sərfiyyat 372136 m3 olaraq hesablanmışdır ki, onun dəyəri də 74427,20 manat təşkil edir. Bu səbəbdən 2020-ci ilin mart ayı üçün 667210 m3 qaz sərfiyyatı hesablanmışdır. Yəni fevral ayında Cəmiyyətin aylıq qaz sərfiyyatı 239230 m3 təşkil etdiyi halda, mart ayı üçün sərfiyyat 667210 m3 olmuşdur ki, bu sərfiyyata 14 gün üçün sayğacsız olaraq hesablanmış 372136 m3 təbii qazın sərfiyyatı da əlavə edilmişdir. Halbuki, fevral ayının mart ayına nisbətən daha soyuq keçdiyi məlumdur. Belə ki, cəmiyyətin 2019-cu ilin mart ayı üçün hesablanmış aylıq sərfiyyatı 332012 m3 təşkil edir ki, bir ildən sonra - eyni mart ayı üçün sərfiyyatın 2 dəfədən artıq bir rəqəmlə və miqdarla hesablanmasının heç bir əsası yoxdur. 2020-ci ilin mart ayında 14 təqvim günü üçün hesablanmış 74427,20 manatlıq qaz sərfiyyatı məbləği də Cavabdeh İB tərəfindən pretenziya məktubunda və üzləşdirmə aktında qeyd edilmiş məbləğin tərkibindədir. Həmçinin 2020-ci ilin fevral ayının 18-də Cəmiyyətə məxsus sayğac çıxarıldığı halda, həmin fevral ayı üçün tam qaydada Cavabdeh İB tərfindən hesab faktura göndərilmiş, fevral ayı üzrə 47846,00 manat borcun olduğu bildirilmiş və həmin borc da cəmiyyət tərəfindən cavabdehin hesabına ödənilmişdir. Cavabdeh İB tərəfindən hesablanmış olan 160792,02 manatlıq məbləğ iki qanuni əsası olmayan mənbədən yaranmışdır. Bunlardan birincisi 2019-cu ilin dekabr ayı üçün hesablanmış 712318 m3 qaz sərfiyyatıdır ki, bununla bağlı yaranan fərqin, yəni 429328 m3 fərqin düzəldilməməsi səbəbindən 2019-cu ilin dekabr ayı üçün aylıq sərfiyyat real sərfiyyatdan təxminən 3 dəfə artıq bir rəqəmlə hesablanmışdır. İkincisi isə 2020-ci ilin mart ayında 14 təqvim günü üçün sayğacsız olaraq real sərfiyyatdan uzaq bir rəqəmin hesablanaraq Cəmiyyətin mart ayında istifadə etdiyi təbii qaza görə borcunun şişirdilməsinə səbəbiyyət verilmişdir. Bunu nəzərə alaraq Cavabdeh İB-yə 07 avqust 2020ci il tarixində TTŞ/XM/084 saylı pretenziya məktubu göndərilmiş, Cavabdeh İB tərəfindən qanunsuz olaraq hesablanmış 160792,02 manatlıq borcun silinməsi xahiş edilmiş, əks təqdirdə həmin borcun 5 təqvim günü müddətində silinməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin bu günə qədər cavabdeh tərəfindən hesablanmış həmin borc məbləğinin silinməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən daha əvvəlcədən iddiaçıya pretenziya məktubu göndərilərək əsassız olaraq hesablanmış 160792,02 manatlıq məbləğin tələb edilməsi cavabdehin tərəflər arasında imzalanmış olan təbii qazın alqı-satqı müqaviləsi əsasında müqavilədən yaranan hüquqlarından sui-istifadə etməsindən başqa bir şey deyildir. 2019-cu ilin mart ayında iddiaçı tərəfindən aylıq sərfiyyatı 332012 m3 təşkil etdiyi halda bundan bir il sonra eyni təqvim ayında bundan tam iki dəfə artıq miqdarda qaz sərfiyyatı edildiyi bildirilmişdir. İddiaçı üçün də 14 günə sayğacsız olaraq hesablanmış 372136 m3 (74427,20 manat) sərfiyyatın hansı tariflər və göstəricilər əsasında hesablandığı bu günə qədər anlaşılmaz qalmaqdadır. Belə ki, sayğacsız olaraq 14 gün üçün hesablanmış sərfiyyat həmin ay üzrə əvvəlki ildə sayğac üzrə aylıq sərfiyyatdan daha çoxdur. Sayğacın olmadığı 2020-ci ilin mart ayının ilk 14 günü üçün ümumi sərfiyyat 115.491 m3 təşkil etməlidir. 2020-ci ilin mart ayının digər 17 günü üçün hesablama aparılarkən son 3 ilin (2018,2019 və 2021-ci illər) ümumi ortalaması əsasında ümumi nəticəyə gəlmək mümkündür. Belə ki, 2018- ci ilin mart ayı üçün təbii qaz sərfiyyatı – 209713m3, 2019-cu ilin mart ayı üçün təbii qaz sərfiyyatı – 332012 m3, 2021-ci ilin mart ayı üçün təbii qaz sərfiyyatı – 259.207 m3, son 3 ilin mart ayı üçün təbii qaz sərfiyyatı 800932 m3 olması nəzərə alınmaqla ortalama təbii qaz sərfiyyatı 266977 m3 olmuşdur. Bu halda 14 gün üçün hesablanmış 115491 m3 qaz həcmi ilə 17 təqvim günü üçün hesablanmış 146907 m3 qaz həcmini toplanılan zaman 2020-ci ilin mart ayı üçün ümumilikdə 261898 m3 təbii qaz sərfi təşkil edəcəkdir ki, bu da yuxarıda qeyd edilən son 3 ilin göstəricilərinə yaxındır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, “Bakı Regional Qazın Satışı Departamenti”nin rəis müavini tərəfindən 16 dekabr 2019-cu il tarixində Cavabdeh İB-nin Baş Dirketorunun satış və istismar üzrə müavini Cahid Hüseynova ünvanlanmış xidməti yazıda Xəzər rayonunun xidmət ərazisində yerləşən "xxxx" MMC 30.11.2019-cu il tarixdə mexaniki göstərici 414654 elektron göstərici isə təkrar 497861 kimi qeyd olunduğu, növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429328 m3 fərqin düzəldilməsi üçün göstəriş verilməsi xahiş edilsə də, bununla bağlı Cavabdeh İB-dən məlumat alınmaışdır. Bundan başqa aktda pərlərin sınıq olması qeyd olunub, mübahisələndirilən borc yalnız faktiki sərfiyyata görə deyil, sayğacda olan nasazlıqlar da nəzərə alınmışdır və 74427 manat hesabatdan kənarda qalmış qaz sərfiyyatının məbləğidir. Həmin məbləğ sayğac qoyulduqdan sonra aparılmış sərfiyyat nəticəsində hesablanmışdır. İş materiallarında olan: - 31.03.2021-ci il tarixli. ******* saylı akta əsasən hesablanmış qazın sərfi miqdarı 372136 kubmetr, hesablanmış qaz sərfinin məbləği 74427,20 manat müəyyən edilmişdir. - Bakı Regional Qazın Satışı Departamentinin Cavabdeh İB-yə ünvanladığı 16.12.2019-cu il tarixli xidməti yazıda Xəzər rayonunun xidmət ərazisində yerləşən İddiaçı MMC kod(**********00099) 30.11.2019-cu il tarixdə mexaniki göstərici 414654 elektron göstərici isə təkrar 497861 kimi qeyd olunduğu və növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429328 kubmetr fərqin düzəldilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. - EBAİ seriyalı, 635559 saylı, 10.04.2020-ci il tarixli elektron qaiməyə əsasən 667210 kubmetr qaz sərfinə görə 133442 manat, EBAS seriyalı, 445097 saylı, 11.11.2020-ci il tarixi elektron qaiməyə əsasən 50520 kubmetr qaz sərfinə görə 10104,01 manat məbləğində, EBAT seriyalı, 870448 saylı, 14.12.2020-ci il tarixli elektron qaiməyə əsasən 244403 kubmetr qaz sərfinə görə 48880,60 manat, EBAW seriyalı, 128373 saylı, 14.01.2021-ci il tarixli elektron qaiməyə əsasən 293553 kubmetr qaz sərfinə görə 58710 manat, EBAX seriyalı, 351280 saylı 11.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 75860 manat, EBAY seriyalı, 983240 saylı elektron qaiməyə əsasən 61447 manat, EBBA seriyalı, 236555 saylı 15.04.2021-ci il tarixli elektron qaiməyə əsasən 259207 kubmetr qaz sərfinə görə 51841 manat məbləğində, EBBB seriyalı, 793233 saylı, 18.05.2021-ci il tarixli elektron qaiməyə əsasən 54457 kubmetr qaz sərfinə görə 10891,41 manat, EBBC seriyalı, 844243 saylı, 07.06.2021-ci il tarixli elektron qaiməyə əsasən 9000 kubmetr qaz sərfinə görə 1,80 manat məbləğində "xxxx" MMC-yə təbii qazdan istifadəyə görə borc hesablanmışdır. - 06.10.2020-ci il tarixli ödəmə tapşırığına əsasən İddiaçı MMC-nin 31.05.2020-ci il tarixə borc məbləği 160792,02 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci maddəsinə görə ziziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: mexaniki göstərici 414654 elektron göstərici isə təkrar 497861 kimi qeyd olunduğuna, növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429328 m3 fərqin düzəldilməsi nəticəsində əsassız hesablanmış 85866 manat borcun silinməsi və sayğacın çıxarıldığı müddət ərzində borcun düzgün hesablanmaması. İddianın birinci hissəsi ilə bağlı abonentin saldosunu nəzərdən keçirərkən görünür ki, həqiqətən də mexaniki göstərici 414654 elektron göstərici isə təkrar 497861 kimi qeyd olunmuş və növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə 429328 m3 fərq yaranmışdır. Bu xüsusat Bakı Regional Qazın Satışı Departamentinin Cavabdeh İB-yə ünvanladığı 16.12.2019-cu il tarixli xidməti yazıda da əksini tapmış, göstərilmişdir ki, Xəzər rayonunun xidmət ərazisində yerləşən İddiaçı MMC kod(**********00099) 30.11.2019-cu il tarixdə mexaniki göstərici 414654 elektron göstərici isə təkrar 497861 kimi qeyd olunduğu və növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429328 kubmetr fərqin düzəldilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Yəni, həmin borcun hesablanmasının qanuni əsası və ya müqavilə əsası olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. Tələbin 2-ci hissəsi ilə bağlı Cavabdeh İB tərəfindən tərtib olunmuş 31.03.2021-ci il tarixli. ******* saylı aktdan görünür ki, 372136 kubmetr, hesablanmış qaz sərfinin məbləği 74427,20 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən həmin Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydaların qeyd olunan bəndinə uyğun olaraq hesablama aparıldığı təqdirdə müəyyən olunur ki, əvvəlki ay – fevral ayı üçün sərfiyyat 239230 m3 təşkil etmişdir. Həmin ayın göstəricilərinə əsasən gündəlik sərfiyyat (239230:29=8249) 8249 m3 təşkil edir. Belə olduğu təqdirdə sayğacsız dövr - 14 gün üçün aparılmış hesablama 115486 m3 olmalı idi. Lakin Cavabdeh İB tərəfindən əsassız olaraq 372136 kubmetr sərfiyyat hesablanmışdır. 2020-ci ilin mart ayının qalan 17 günü üçün hesablamanın hansı əsaslarla aparılması ilə bağlı da məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Saldoda mart ayı üçün ümumilikdə 667210 m3 qaz sərfiyyatı qeyd olunmuşdur. Həmin rəqəmdən 14 gün üçün əsassız olaraq hesablanmış 372136 kubmetr sərfiyyat çıxıldıqda 17 gün üçün 295074 m3 sərfiyyat aparıldığı məlum olur. Həmin günlər üçün də hesablama yuxarıda göstərilən qaydada aparılarsa, real məbləğ 140233 m3 təşkil edir. Digər ayların və əvvəlki illərin göstəricilərinə nəzər saldıqda da görünür ki, 17 gün ərzində həmin sərfiyyatın olması mümkün deyildir. Beləliklə, məlum olur ki, 2020-ci ilin mart ayı üçün sərfiyyat 255719 m3 hesablanmalı olduğu halda, əsassız olaraq 667210 m3, yəni, 411491 m3 artıq hesablanmışdır. Belə olduğu təqdirdə isə əsassız hesablanmalı və silinməli olan məbləğ 82298,2 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını qeyd olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı istehlak edilmiş təbii qaza görə qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə istehlak edilmiş təbii qaza görə qanunsuz hesablanmış 160792,02 manat məbləğində borc silinsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-202/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-202/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver