Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2034/2020 29.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin cavabdeh X4 qarşı istehlak edilmiş təbii qaza görə yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 məxsus müəssisədən təbii qazdan istifadəyə görə yaranmış 37304,28 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, ASX- 1/0003 nömrəli saylı müqavilə əsasında X4 məxsus müəssisəni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə 37304,28 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, ASX-1/0003 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, X3 abonent saldosunda 2017-ci il üçün qalıq və aktlar qrafasında 10812,60 manat borc 2019-cu ilin may ayında İddiaçı elektron sistemindən həmin məbləğin yalnız 8620,20 manat hissəsi silinmiş, eyni zamanda abonent saldosunda 2018-ci il üçün qalıq və aktlar qrafasında 7784,80 manat borc qeyd edilsə də həmin məbləğin də Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış 2-2(113)-563/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə silinməsi qət edilsə də, həmin məbləğ İddiaçı elektron sistemindən silinməmiş və həmin məbləğ borc kimi göstərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: ASX-1/0003 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədəmüqavilədən görünür ki, paylayıcı - İddiaçı İB ilə istehlakçı - X6 arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilməklə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-563/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətanməsi ilə iddiaçı X4 (abonent kodu **********00520) İddiaçı İB tərəfindən hesablanmış 7784,80 manat məbləğində borc silinmiş və Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(1030-306/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-563/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətanməsi dəyişdirilmədən saxlanılmış və qətnamə dərhal qanuni qüvvəyə minmişdir. Abonent kodu **********00520 olan X3 abonent saldosundan görünür ki, abonentin təbii qazdan istifadəyə görə 2017-ci il üçün qalıq və aktlar qrafasında 10812,60 manat, 2018-ci il üçün qalıq və aktlar qrafasında 7784,80 manat, 2019-cu ilin may ayında 8620,20 manat ödəniş edilməsi qeyd edilmiş və 2020-ci il may ayının sonuna 37304,28 manat borcu vardır. xx.xx.2020-ci il tarixli, 288 nömrəli hesab fakturadan görünür ki, X3 borcu 37304,28 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi, İddiaçı ilə X6 arasında qaz təhcizatı ilə bağlı müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh isə öz üzərinə düşən öhdəliyi tam yerinə yetirməmiş və nəticədə istifadə etdiyi qaza görə ödənilməmiş borcu qalmışdır. Məhkəmə İddiaçı nümayəndəsinin məhkəmədə verdiyi izahatına, tədqiq olunan sübutlara və yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, İddiaçı cavabdeh X2 təbii qazdan istifadəyə görə yaranmış 37304,28 manat borcu tələb etsə də, X3 abonent saldosunda 2017-ci il üçün qalıq və aktlar qrafasında silinməli olan 10812,60 manat borcun yalnız 8620,20 manat hissəsi silinmiş və nəticədə 2192,40 manat borc qalıq kimi qalmış, eyni zamanda abonent saldosunda 2018-ci il üçün qalıq və aktlar qrafasında 7784,80 manat borc Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-563/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətanməsi ilə silinsə də, həmin məbləğ İddiaçı tərəfindən silinmədiyi üçün borc kimi göstərilmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 məxsus müəssisədən təbii qazdan istifadəyə görə yaranmış 37304,28 manat borcun 2192,40 manatı və 7784,80 manatı ümumilikdə 9977,20 manatı əsassız hesablandığından iddia tələbinin qalan 27327,08 manatı hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 73,2% təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 21,96 manat məbləğində dövlət rüsumu X2 tutularaq “İddiaçı'' İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 təbii qazdan istifadəyə görə yaranmış 27327,08 manat məbləğində borc, 21,96 manat dövlət rüsumu, ümumilikdə 27349,04 manat məbləğində pul tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN ********** İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2034/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2034/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver