Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2100/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti“ X3rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Şirvan-Xidmət Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Su Ehtiyyatları Agentliyinin İri şəhərlərin X5 Xidməti X9 tərəfindən istehlakçı İddiaçı ASC-nin 440174 saylı abonent kodu üzrə hesablanmış 11075,91 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Şirvan-Xidmət" ASC (əvvəlki adı Əli- Bayramlı-Xidmət” ATSC) 14 sentyabr 1997-ci il tarixdə D-6/64 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsində dövlət qeydiyyatına alınmışdır. İddiaçı ASC xx.xx.1997-ci il tarixdən ********** nömrəli VÖEN əsasında (qanuni təmsilçisi X1) ünvan 1 ünvanında 5189,8 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi məişət evi (X2 Firması) 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində tam olaraq özəlləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli, 495 nömrəli sərəncamı ilə təsdiq edilmiş özəlləşdirilən dövlət müəssisələrinin bütün borcları silinmişdir. Lakin buna baxmayaraq, “Azərbaycan Su Ehtiyyatları Ağentliyinin İri şəhərlərin X5 Xidməti” X6 Şirvan Sukanal idarəsi tərəfindən qarşılıqlı üzləşmə aktı tərtib edilməmiş İddiaçı ASC-yə 2011-ci il tarixə qalıq borc üzrə 10909,69 manat debitor borc hesablanmışdır. Fəaliyyət müddəti ərzində qeyri-yaşayış sahəsinin su təminatı üzrə şəbəkə istismar müddəti ərzində suyun həddən artıq bulanıqlığı və bir çox təmir işləri nəticəsində xətlərin tutulması səbəbindən su tankerləri vasitəsi ilə su təminatı həyata keçirilmişdir. Qeyri-yaşayış sahəsinin su təminatı üzrə şəbəkəyə quraşdırılmış su sayğacının ön ödənişli sayğaclarla əvəz edilməsi zərurəti yarandığından qanunsuz hesablanmış və silinməmiş borc səbəbindən su təminatının dayandırılacağı barədə məlumat verilmişdir. Hazırda “Azərbaycan Su Ehtiyyatları Ağentliyinin İri şəhərlərin X5 Xidməti” X6 Şirvan şəhər Sukanal idarəsi əsassız olaraq İddiaçı ASC-dən su və çirkab su xidmətlərinə görə xx.xx.2024-cü il tarixə hesablanmış qalıq borc üzrə 11075,91 manat borcun ödənilməsini tələb edir. Həmin borc Azərbaycan Respublikası Prezidenti tərəfindən bağışlanmışdır. "Şirvan-Xidmət” ASC tərəfindən istehlak edilən suyun pulu qanuna müvafiq şəkildə quraşdırılmış və hesabata qəbul edilmiş sayğac üzrə mütəmadi olaraq tam məbləğdə ödənilmişdir. Hazırda su sərfiyyatı ilə bağlı cavabdeh təşkilata heç bir borc yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 560.1, 560.2-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti tərəfindən iddiaçının vəkilinə ünvanlanmış cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 453 nömrəli sərəncamı ilə Xidmət Dövlət Konserninin Əli Bayramlı şəhər Əhaliyə Məişət Xidməti “Xəzri” istehsalat kommersiya firmasının bazasında "xxxx" ASC yaradılmış və səhmlərinin özəlləşdirilməsi prosesi xx.xx.2007-ci il tarixində yekunlaşaraq müstəqil təsərrüfat subyektinə çevrilmişdir.
8. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın məzmunundan müəyyən olunur ki, Şirvan şəhəri, X8 küçəsi, 2A ünvanında yerləşən, ümumi sahəsi 5189,8 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsusdur. Məlumat daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır.
9. xx.xx.2024-cü il tarixli abonent haqqında məlumatdan görünür ki, abonentin cari tarixə qalıq borcu 11075,91 manat təşkil edir.
10. xx.xx.2024-cü il tarixli ətraflı abonent kartının məzmunundan müəyyən olunur ki, abonentin cari tarixə olan qalıq borcu 11657,79 manat təşkil edir. "xxxx" ASC ilə İddiaçı ASC arasında imzalanmış müqavilənin tarixi xx.xx.2001-ci ildir.
11. xx.xx.2025-ci il tarixli abonent haqqında məlumatdan görünür ki, abonentin cari tarixə qalıq borcu 11772,79 manat təşkil edir.
12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə göndərilən borcun silinməsi tələbinə dair pretenziya məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən 440174 saylı abonent kodu üzrə hesablanmış 11075,91 manat məbləğində borcun silinməsinə köməklik göstərilməsini xahiş etmişdir.
13. “İri Şəhərlərin X5 Xidməti” X6 Şirvan Şəhər Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 3-53-3-18/2-102/2025 nömrəli arayışda qeyd olunur ki, sizin Şirvan şəhər Sukanal İdarəsinə ünvanladığınız 03 mart 2025-ci il tarixli EO- 1769VK- 5789/25 nömrəli məktuba cavab olaraq bildiririk ki, abonent kodu 440174 olan İddiaçı ASC-yə 2017-ci ilədək su qrafiklə verilmiş, 2017-ci ildən yeni şəbəkə qurulduqdan sonra 24 saatlıq qrafiklə su almışdır. Yaranmış borc ünvanda mövcud olmuş mexaniki su sayğacına əsasən yaranmıışdır. Məlumat üçün bildiririk ki, Şirvan şəhər Sukanal idarəsinin müştəri informasiya sitemi 2011-ci ildən formalaşmışdır.
14. "xxxx" ASC-nin Şirvan Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktında qeyd olunur ki, İddiaçı ASC-nin sudan istifadəyə və kanalizasiya xidmətinə görə ümumilikdə 11856,79 manat borcu vardır. Akt abonent tərəfindən imzalanmamış və nümayəndə tərəfindən borcla razı olmadıqları qeyd edilmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.8-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən birini təşkil edir. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
16. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
18. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2024-cü il tarixli Ətraflı abonent kartı ilə müəyyən olunur ki, 440174 abonent kodu qeyd olunan ünvanda xx.xx.2010-cu ildə 698942 nömrəli sayğac quraşdırılmış, həmin sayğac 2012-ci ildə sökülərək xx.xx.2012-ci il tarixdə yenidən quraşdırılmış, xx.xx.2014-cü il tarixdə həmin sayğac sökülmüş, xx.xx.2014-cü il tarixdə ******* nömrəli, SSS-20 markalı yeni sayğac quraşdırılmışdır. Həmin abonent kartında bəzi ziddiyətli məqamlar olsa da (məsələn, abonentin adı "Xidmət ATSC" kimi (VÖEN nömrəsi fərqlidir) qeyd olunmuşdur), tərəflər arasında olan yazışmalar, abonent kartında göstərilən ünvan (iddiaçıya məxsus ünvandır), cavabdeh tərəfindən tərtib olunmuş üzləşmə aktı ilə təsdiq olunur ki, qeyd olunan abonent kodu iddiaçı ilə bağlı olan koddur, münasinbətlər hazırkı tərəflər arasında olan münasibətlərdir. Həmçinin müəyyən olunur ki, Şirvan şəhər Sukanal idarəsinin müştəri informasiya sitemi 2011-ci ildən formalaşmışdır və ətraflı abonent kartında 2011-ci il üçün borcun məbləği 11319,19 manat, edilmiş ödənişin məbləği 409,5 manat, qalıq borc 10909,69 manat kimi qeyd olunmuşdur.
19. İddia tələbi İddiaçı ASC-nin 440174 saylı abonent kodu üzrə hesablanmış 11075,91 manat məbləğində borcun silinməsindən ibarətdir.
20. Qeyd olunduğu kimi, abonent kartı abonentin 2011-ci ilə olan borcunun 10909,69 manat təşkil etdiyi qeyd olunmuş, həmin vaxtdan 2025-ci ilin mart ayına qədər sərfiyyatlar olmuş, müvafiq ödənişlər edilmiş və 2025-ci ilin mart ayı üçün 11753,79 manat qalıq borc qalmışdır, yəni iddiaçı tərəfindən mübahisələndirilən borc məbləğindən demək olar ki, ödənişlər edilməmiş, həmin borc məbləği qəbul edilməmişdir. Həmçinin ziddiyyətli məqam ondan ibarətdir ki, illər üzrə sərfiyyata nəzər saldıqda 2011-ci il üçün borcun məbləği 11319,19 manat göstərildiyi halda, 2012-ci ildən başlayaraq bütün illər üzrə sərfiyyat 2011ci il qeyd olunan sərfiyyatdan dəfələrlə az olmuşdur (məsələn 2012-ci il üçün ümumilikdə 669,5, 2013-cü il üçün 504,4 manat, 2014-cü il üçün 387,4 manat məbləğində və s.). 440174 saylı abonent kodu üzrə 2011-ci il üçün borc kimi göstərilmiş 11319,19 manat borcun yaranma əsaslarına (hesabat, hesab faktura, üzləşmə aktları və s.), qeyd olunan ziddiyyətli məqamlara dair məlumatlar, sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmiş, yazılı etiraz edilməmiş, borcun yaranma əsaslarını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir.
21. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən 10909,69 manat (on min doqquz yüz doqquz manat altmış doqquz qəpik) məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 440174 nömrəli abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli abonent haqqında məlumatdan görünür ki, abonentin 2011-ci ilə olan qalıq borcu 10909,69 manat təşkil etmişdir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən 10909,69 manat (on min doqquz yüz doqquz manat altmış doqquz qəpik) məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 440174 nömrəli abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova