Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2184/2021 06.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktına əsasən İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 7319 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təsisçisi olduğu İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.07.2018-ci il tarixli, AKX-1/2202 saylı müqaviləyə əsasən MMC təbii qazla təchiz olunur və istifadə olunmuş təbii qaza görə hər ay vaxtlı-vaxtında ödənişlər edilir. Müəssisənin qaz təminatı 5 km uzaqlıqda yerləşir və bu da onlar üçün qaz xəttinin nəzarətdə saxlanılmasında çətinlik yaradır. Müəssisənin istehsal fəaliyyəti ilə məşğul olduğu, 30-a yaxın əməkdaşın burda çalışması qaz təminatının müəssisələri üçün nə qədər önəmli amil olduğunu anlamağa kifayət edir. Qaz xəttinin keçdiyi ərazidə tikinti işlərinin aparılması zamanı tikinti aparan şirkətin əməkdaşları müəssisələrinə məxsus qaz xəttini zədələmiş, bu barədə onlara məlumat vermək əvəzinə isə özləri kustar üsullarla qaz xəttini bərpa etməyə çalışmışlar. Ayın sonunda gələn hesab-fakturada əks etdirilən sərfiyyat miqdarında şübhələr yarandığından tərəflərindən araşdırma aparılan zaman yaranmış hadisə barədə məlumat əldə etmişlər. Bir ay sonra isə buna bənzər digər bir hadisə baş vermişdir. Yaxınlıqda yerləşən təmir işləri ilə məşğul olan avtonəqliyyat idarəsi yol çəkilişi zamanı yenidən qaz xəttini zədələmişdir. Bu fakt ilə bağlı video görüntülər də mövcuddur. Bütün bunlardan sonra tərəflərindən qaz kəmərinin bütövlükdə yoxlanılması məqsədilə "xxxx" QSC ilə Müqavilə bağlanılmış və bütün xətt boyunca (həm yeraltı, həm də yerüsütü hissələrdə) yoxlamalar aparılmış və sızıntı aşkar edilən hissələr tərəfimizdən bərpa edilmişdir. Nəticə etibarı ilə “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktında müəssisəyə hesablanmış 8281,41 manat debet borcdan 7319 manat hissəsi ilə razı deyil. Belə ki, 2020-ci ilin yanvar ayı üzrə 9237 m3, fevral ayı ayında isə 22658 m3 qaz sərfiyyatı göstərilmişdir ki, həmin qazdan müəssisənin istifadə etməsi mümkünsüzdür. Digər tərəfdən aktda göstərilən nöqsanların məhz müəssisənin səhvi və ya qəsdi nəticəsində baş verməsi sübut olunmamışdır. Yəni müəssisənin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, müəssisəyə əlavə pul hesablanmışdır ki, bu da yolverilməzdir. Cavabdeh X1 Departamenti tərəfindən 18.03.2020-ci il tarixli aktı düzgün tərtib edilməmişdir. Belə ki, həmin akt üzrə qeyd olunan sayğac yerləşdiyi yerdən çıxarılarkən 2 (iki) nəfər hal şahidinin iştirakı təmin olunmamış, həmçinin qaz sayğacı qismən zədəli olsa da, çıxarılarkən və aidiyyəti laboratoriyaya müayinəyə aparılarkən aktda göstərilən nöqsanların qaz sayğacının sökülməsi və daşınması zamanı yaranması ehtimalı vardır. Bununla bağlı pretenziya qaydasına riayət edərək müəssisə barədə qanunsuz hesablanmış borcun silinməsi ilə bağlı Cavabdehnə rəsmi müraciət edilsə də, bugünə kimi şikayətə cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatda iddianı qəbul etməyərək, əsassız olduğundan rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdeh “paylayıcı” ilə “istehlakçı” İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 06.07.2017-ci il tarixli, AKX-1/2202 nömrəli müqaviləyə əsasən sonuncu təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. - “İstehlakçı” - İddiaçı adına olan **********00000 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, abonent İddiaçı 2019-cu ilin sonuna olan borcu 961,80 manat, 2020-ci ilin sonuna olan borcu 11732,86 manat, 2021-ci ilin may ayına olan borcu isə 12653,29 manat təşkil edir. Həmçinin iddiaçının 2020-ci ilin yanvar ayında 1847,40 manat, fevral ayında 4132,60 manat, mart ayında 800,60 manat, aprel ayında 1049,40 manat məbləğində qaz sərfiyyatı olmuşdur. - Tərəflər arasında tərtib edilmiş Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, cavabdeh İddiaçı Cavabdehnə 30.06.2020-ci il tarixə olan yekun borcu 8281,41 manat təşkil edir. - Cavabdeh İB tərəfindən 18.10.2019-cu il tarixli, EBAB seriyalı, 361358 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 672 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 12.11.2019-cu il tarixli, EBAC seriyalı, 372861 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 11,60 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 11.12.2019-cu il tarixli, EBAD seriyalı, 696261 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 356,20 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 14.01.2020-ci il tarixli, EBAF seriyalı, 041429 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 498,20 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 12.02.2020-ci il tarixli, EBAG seriyalı, 265012 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 1847,40 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 06.03.2020-ci il tarixli, EBAH seriyalı, 363739 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 357 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 12.03.2020-ci il tarixli, EBAH seriyalı, 589923 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 4531,60 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 15.04.2020-ci il tarixli, EBAİ seriyalı, 802056 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 881,20 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 13.05.2020-ci il tarixli, EBAJ seriyalı, 847871 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 1224,40 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 12.06.2020-ci il tarixli, EBAL seriyalı, 050913 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 172,80 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 08.07.2020-ci il tarixli, EBAM seriyalı, 131835 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 397,60 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 20.07.2020-ci il tarixli, EBAM seriyalı, 599744 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 706 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 11.08.2020-ci il tarixli, EBAN seriyalı, 499204 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 106 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 14.09.2020-ci il tarixli, EBAP seriyalı, 953297 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 156,80 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 13.10.2020-ci il tarixli, EBAR seriyalı, 219450 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 611,80 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 11.11.2020-ci il tarixli, EBAS seriyalı, 440552 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 917,40 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 13.01.2021-ci il tarixli, EBAW seriyalı, 079555 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 1930,60 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 14.01.2021-ci il tarixli, EBAW seriyalı, 135771 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 103,82 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 12.02.2021-ci il tarixli, EBAX seriyalı, 393033 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 1990,80 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - Cavabdeh İB tərəfindən 15.03.2021-ci il tarixli, EBAY seriyalı, 737591 saylı elektron qaimə tərtib edilərək İddiaçındən 1329,60 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. - 78 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 30.11.2018-ci il tarixinə borcu 73,20 manat təşkil edir. - 128 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 30.12.2018-ci il tarixinə borcu 135,48 manat təşkil edir. - 81 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.01.2019-cu il tarixinə borcu 580,60 manat təşkil edir. - 3 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 28.02.2019-cu il tarixinə borcu 1143,60 manat təşkil edir. - 83 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.03.2019-cu il tarixinə borcu 1417,20 manat təşkil edir. - 85 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 30.04.2019-cu il tarixinə borcu 497,40 manat təşkil edir. - 82 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.05.2019-cu il tarixinə borcu 657,80 manat təşkil edir. - 72 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 30.06.2019-cu il tarixinə borcu 688,40 manat təşkil edir. - 68 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.10.2019-cu il tarixinə borcu 669,40 manat təşkil edir. - 86 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 30.11.2019-cu il tarixinə borcu 463,60 manat təşkil edir. - 102 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.12.2019-cu il tarixinə borcu 961,80 manat təşkil edir. - 297 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.01.2020-ci il tarixinə borcu 2278,20 manat təşkil edir. - 94 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.03.2020-ci il tarixinə borcu 7691 manat təşkil edir. - 76 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 30.04.2020-ci il tarixinə borcu 7883,81 manat təşkil edir. - 77 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.05.2020-ci il tarixinə borcu 8056,61 manat təşkil edir. - 83 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 30.06.2020-ci il tarixinə borcu 8281,41 manat təşkil edir. - 76 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.07.2020-ci il tarixinə borcu 7283,82 manat təşkil edir. - 228 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.08.2020-ci il tarixinə borcu 7334,63 manat təşkil edir. - 69 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 30.09.2020-ci il tarixinə borcu 7798,64 manat təşkil edir. - 74 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.10.2020-ci il tarixinə borcu 8104,25 manat təşkil edir. - 86 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 30.11.2020-ci il tarixinə borcu 10173,06 manat təşkil edir. - 63 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.12.2020-ci il tarixinə borcu 12106,66 manat təşkil edir. - 87 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 31.01.2021-ci il tarixinə borcu 13275,88 manat təşkil edir. - 88 nömrəli hesab fakturadan görünür ki, İddiaçı 28.02.2021-ci il tarixinə borcu 14605,48 manat təşkil edir. İddia tələbini əsassız hesablanmış borcun silinməsi təşkil edir. Məhkəmənin qənaətinə əsasən cavabdeh tərəfindən mübahisələndirilən borc məbləğinin əsassız olaraq hesablanması sübuta yetirilməmişdir. İddia ərizəsində 18.03.2020-ci il tarixli akta istinad olunsa da, həmin akt cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, eləcə də həmin akın mövcudluğu iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı qaz xəttinin zədələnməsi nəticəsində sızıntı baş verməsi səbəbindən ona əlavə sərfiyyat hesablandığını bildirmiş, lakin bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə 7319 manat məbləğin əsassız olaraq hesablanmasını təsdiqləyə biləcək sübutlar təqdim etməmişdir. Ona görə də iddia tələbi rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2184/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2184/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver