Məhkəmə qərarları › İş №e-2-2(113)-2215/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2215/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2215/2020 20.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxx» ASC-nin cavabdeh “X1” MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMC-nin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 11088,18 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “X1” MMC-dən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxx» ASC məhkəməyə göndərdiyi ərizədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “X1” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə, ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxxxxxx» ASC-nin cavabdeh “X1” MMC-yə qarşı istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar