Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2259/2024 17.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2656 manat əsas borc, ödənilmiş 46.56 manat dövlət rüsumu olmaqla, cəmi 2702.56 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraçı olaraq İddiaçı, “Sifarişçi” olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 022/007 saylı, 28 fevral 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən tərəflərindən “Sifarişçi” olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. Məlumat üçün bildirir ki, tərəflərindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti tərəflər arasında tərtib edilmiş 03 mart 2022-ci il akt və EQ EBBS 295153, 03 mart 2022-ci il akt və EQ EBBS 295185, 05 mart 2022-ci il akt və EQ EBBS 420819, 26 mart 2022-ci il akt və EQ EBBT 344837, 30 mart 2022-ci il akt və EQ EBBT 604366, 02 aprel 2022-ci il akt və EQ EBBT 780036, 02 aprel 2022-ci il akt və EQ EBBT 780462, 12 aprel 2022-ci il akt və EQ EBBU 351233, 12 aprel 2022-ci il akt və EQ EBBU 351489, 18 aprel 2022-ci il akt və EQ EBBU 676140, 18 aprel 2022-ci il akt və EQ EBBU 676234 və 20 aprel 2022-ci il akt və EQ EBBU 866744 təsdiq edilir, görülmüş işlər Aktlarla “İcraçı”nın nümayəndəsi tərəfindən təhvil verilmiş və “Sifarişçi”nin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Görülmüş işlərin məbləği cəmi 2656 manat təşkil edir. "xxxx" MMC dəfələrlə müraciət olunmasına baxmayaraq yuxarıda qeyd edilmiş borc ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 28 fevral 2022-ci il tarixli 022/007 nömrəli təmir xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçi təmir xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair qiymət razılaşma protokoluna və ya hesab-fakturada qeyd edilir.
8. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.
9. İddiaçı tərəfindən cavabdehə 03 mart 2022-ci il tarixli 002 nömrəli 490 manat məbləğində, 03 mart 2022-ci il tarixli 003 nömrəli 48 manat məbləğində, 05 mart 2022-ci il tarixli 016 nömrəli 330 manat məbləğində, 26 mart 2022-ci il tarixli 019 nömrəli 420 manat məbləğində, 30 mart 2022-ci il tarixl 020 nömrəli 100 manat məbləğində, 02 aprel 2022-ci il tarixli 022 nömrəli 260 manat məbləğində, 02 aprel 2022-ci il tarixli 023 nömrəli 65 manat məbləğində, 12 aprel 2022-ci il tarixli 027 nömrəli 48 manat məbləğində, 12 aprel 2022-ci il tarixli 028 nömrəli 115 manat məbləğində, 18 aprel 2022-ci il tarixli 031 nömrəli 320 manat məbləğində, 18 aprel 2022-ci il tarixli 032 nömrəli 260 manat məbləğində, 20 aprel 2022-ci il tarixli 033 nömrəli 200 manat məbləğində hesab-fakturalar göndərilmişdir.
10. İddiaçı tərəfindən cavabdehə EBBS 295153 nömrəli xx.xx.2022-ci il tarixli 490 manat məbləğində, EBBS 295185 nömrəli xx.xx.2022-ci il tarixli 48 manat məbləğində, EBBS 420819 nömrəli xx.xx.2022-ci il tarixli 330 manat məbləğində, EBBT 344837 nömrəli xx.xx.2022-ci il tarixli 420 manat məbləğində, EBBT 604366 nömrəli xx.xx.2022-ci il tarixli 100 manat məbləğində, EBBT 780036 nömrəli xx.xx.2022-ci il tarixli 260 manat məbləğində, EBBT 780462 nömrəli xx.xx.2022-ci il tarixli 65 manat məbləğində, EBBU 351233 nömrəli xx.xx.2022-ci il tarixli 48 manat məbləğində, EBBU 351489 nömrəli xx.xx.2022-ci il tarixli 115 manat məbləğində, EBBU 676140 nömrəli xx.xx.2022-ci il tarixli 320 manat məbləğində, EBBU 676234 nömrəli xx.xx.2022-ci il tarixli 260 manat məbləğində, EBBU 866744 nömrəli xx.xx.2022-ci il tarixli 200 manat məbləğində elektron qaimələr göndərilmişdir.
11. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 03 mart 2022-ci il tarixli aktla 490 manat məbləğində, 03 mart 2022-ci il tarixli aktla 48 manat, 05 mart 2022-ci il tarixli aktla 330 manat, 26 mart 2022-ci il tarixli aktla 420 manat, 01 mart 2022-ci il tarixli aktla 100 manat, 02 aprel 2022-ci il tarixli aktla 260 manat, 02 aprel 2022-ci il tarixli aktla 65 manat, 12 aprel 2022-ci il tarixli aktla 115 manat, 12 aprel 2022-ci il tarixli aktla 48 manat, 18 aprel 2022-ci il tarixli aktla 100 manat, 01 mart 2022-ci il tarixli aktla 320 manat, 01 mart 2022-ci il tarixli aktla 260 manat, 01 mart 2022-ci il tarixli aktla 200 manat məbləğində xidmət göstərilməsi təsdiq edilmişdir.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 28 fevral 2022-ci il tarixli 022/007 nömrəli podrat müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
20. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2656 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 46,56 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2656 manat əsas borc, ödənilmiş 46,56 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2702,56 (iki min yeddi yüz iki manat əlli altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova