Məhkəmə qərarları › İş №e-2-2(113)-2286/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2286/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2286/2020 23.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 150.000 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 76313,80 manat məbləğində artıq hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili barışıq sazişi təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi barışıq sazişinin şərtləri ilə razı olduğunu və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəməyə təqdim edilmiş, xx xxxxxx 2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. İddiaçı Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2286/2020 saylı iş üzrə iddia tələbindən tam olaraq imtina edir, cavabdehə təbii qazdan istifadəyə görə yaranmış və iddia tələbinin bir hissəsini təşkil edən 76313,80 (yetmiş altı min üç yüz on üç manat, səksən qəpik) manat məbləğində borcunu qəbul edir və həmin məbləğin 16000 (on altı min) manat hissəsini Saziş imzalanadək, qalan 60313,80 (altmış min üç yüz on üç manat, səksən qəpik) manat hissəsini isə 3 (üç) ay müddətinə, hər ayın 20 dək, ayda 20104,60 (iyirmi min yüz dörd manat, altmış qəpik) manat olmaqla ödəməyi öhdəsinə götürür.

2. Cavabdeh İddiaçıya məxsus, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik- Südçülük sovxozu ünvanda yerləşən istixanaya (Kod: **********00180) Saziş imzalandıqdan sonra dərhal qazın verilməsinin bərpa edilməsini öhdəsinə götürür.

3. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydalrı”nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək.

4. Cavabdeh Sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir.

5. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəsi qəbul edirlər.

6. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir.

7. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi Sazişdə göstərilən şərtlərin yerinə yetirilcəyini nəzərə alaraq məhkəmədən Sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.

8. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. İddiaçı Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2286/2020 saylı iş üzrə iddia tələbindən tam olaraq imtina edir, cavabdehə təbii qazdan istifadəyə görə yaranmış və iddia tələbinin bir hissəsini təşkil edən 76313,80 (yetmiş altı min üç yüz on üç manat, səksən qəpik) manat məbləğində borcunu qəbul edir və həmin məbləğin 16000 (on altı min) manat hissəsini Saziş imzalanadək, qalan 60313,80 (altmış min üç yüz on üç manat, səksən qəpik) manat hissəsini isə 3 (üç) ay müddətinə, hər ayın 20 dək, ayda 20104,60 (iyirmi min yüz dörd manat, altmış qəpik) manat olmaqla ödəməyi öhdəsinə götürür.

2. Cavabdeh İddiaçıya məxsus, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik- Südçülük sovxozu ünvanda yerləşən istixanaya (Kod: **********00180) Saziş imzalandıqdan sonra dərhal qazın verilməsinin bərpa edilməsini öhdəsinə götürür.

3. Hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “Qazdan istifadə Qaydalrı”nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək.

4. Cavabdeh Sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir.

5. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəsi qəbul edirlər.

6. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericliyin tələblərinə uyğun olaraq tənzimlənir.

7. Tərəfər aralarında xoş məramlı niyyətin təzahürü kimi Sazişdə göstərilən şərtlərin yerinə yetirilcəyini nəzərə alaraq məhkəmədən Sazişin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər.

8. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar