Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2331/2024 16.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əmlakdan çıxarılma tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əmlakdan çıxarılma) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əmlakdan çıxarılma tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvanda yerləşən 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası, eləcə də həmin binanın yerləşdiyi istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsindən cavabdeh və onun tabeçiliyində olan qurum olaraq “Bibiheybət” NQÇİ-nin rəbər və işçi heyətinin çıxarılması, həmin qeyri yaşayış binasına və torpaq sahəsinə köçürülməsi, məhkəmə xərci olaraq mediasiyaya ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvanda yerləşən 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası rəhbəri olduğu İddiaçı KM-nin xx.xx.2022-ci ildən xüsusi mülkiyətindədir və texniki pasportu da vardır. Həmin bina mülkiyyət hüququ əsasında qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2022-ci il tarixdə ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsində qeydə alınmışdır. Nəzərə alaraq ki, həmin binanın yerləşdiyi torpağa görə də Əmlak Komitəsinə hər ay icarə haqqı ödənişlərini artıq 3-cü ildir ki, İddiaçı KM ödəyir, lakin nə torpaqdan, nə üzərində olan xüsusi mülkiyyətində olan binadan cavabdeh binanı boşaltmadığı üçün yaralana, gəlir əldə edə və ya istifadə edə, sərəncam verə bilmir, hesab edilir ki, hüquqları və qanunla qorunan mənafeləri əhəmiyyətli dərəcədə cavabdeh tərəfindən pozulur.
3. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 74 G ünvanda yerləşən 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv metrdən ibarət qeyriyaşayış binası, eləcə də həmin binanın yerləşdiyi istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsindən cavabdeh və onun tabeçiliyində oln qurum olaraq “Bibiheybət” NQÇİ-nin rəbər və işçi heyətinin çıxarılması, həmin qeyri-yaşayış binasına və torpaq sahəsinə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı kiçik müəssiəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nə qarşı “qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxarılma, binaya köçürülmə” tələbinə dair iş hazırda Bakı Kommersiy Məkhəməsinin icraatındadır. Hesab edilir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “... Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvanda yerləşən 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv metrdən ibarət qeyriyaşayış binası rəhbəri olduğu İddiaçı KM-nin xx.xx.2022-ci ildən xüsusi mülkiyətindədir və texniki pasportu da vardır. Həmin bina mülkiyyət hüququ əsasında qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2022-ci il tarixdə ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsində qeydə alınmışdır. Nəzərə alaraq ki, həmin binanın yerləşdiyi torpağa görə də Əmlak Komitəsinə hər ay icarə haqqı ödənişlərini artıq 3-cü ildir ki, İddiaçı KM ödəyir, lakin nə torpaqdan, nə üzərində olan xüsusi mülkiyyətində olan binadan cavabdeh binanı boşaltmadığı üçün yaralana, gəlir əldə edə və ya istifadə sərəncam verə bilmirlər, hesab edilir ki, hüququ və qanunla qorunan mənafeyi əhəmiyyətli dərəcədə cavabdeh tərəfindən pozulur”. İddia ərizəsində göstərilənlərlə razı deyillər. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvanında yerləşən 0,062210 ha torpaq sahəsinin üzərində mövcud olan 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası, SOCAR-in Cavabdeh, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma Sahəsinin müvafiq işçi biriqadasının iş otağı və operator otağı olaraq istifadə edilir. Həmin bina xx.xx.1960-cı il tarixindən SAP nömrəsi ******* olmaqla “Bibiheybətneft” NQÇİ-nin istismarına verilmişdir. Qeyd edilən bina ilə bağlı iddiaçının xx.xx.2022-ci il qeydiyyat tarixli, **********35-06301 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan çıxarış qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 74G ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti İddiaçıdir.
9. Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 763 nömrəli sərəncamda qeyd edilmişdir ki, Salyan şossesi 2-ci Yubiley döngəsinin arasında /48x30/m ölçüsündə avtomobillərə texniki xidmət emalatxanasının tikintisi üçün İddiaçınə torpaq sahəsi ayrılmasına icazə verilsin.
10. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 14-2-1-3/2-117/2024 nömrəli arayışda qeyd edilmişdir ki, Bakı şəhəri Sabail rayonu Salyan şossesi 74G ünvanda yerləşən SAP ******* olan “Operator binası” 1960-cı ildən SOCAR Cavabdeh “Bibiheybətneft” Neft və Qazçıxarma idarəsinin balansındadır. Hal-hazırda Operator binası “Bibiheybətneft” Neft və Qazçıxarma idarəsinin 3 saylı Neft və qazçıxarma sahəsi tərəfindən istismar olunur. Hər hesabat ilinin sonunda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilən daşınmaz dövlət əmlakı haqqında “Dövlət müəssiəsinin balansında olan daşınmaz dövlət əmlakının siyahısı” adlı hesabatda SAP ******* olan Operator binası haqqında müvafiq rekvizitləri ilə birlikdə məlumatlar öz əksini tapmışdır. Həmçinin Operator binası üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.2-ci maddəsinə əsasən hər il əmlak vergisi hesablanmış və mərkəzləşdirilmiş qaydada Cavabdeh tərəfindən müvafiq qaydada Dövlət büdcəsinə ödənilmişdir.
11. Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 74G ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
12. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-1(112)-9438/2024 saylı qərardadından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3215/2024 saylı qərardadında görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9438/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. İcarəyə verən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi qismində İddiaçı arasında hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 418 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 622.1 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır. Torpaq sahəsinin illik icarə haqqı 3384 manat, aylıq icarə haqqı 282 manatdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10dan gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat idarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T., bik: NABZAZ2C) ödənilməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır.
15. İddiaçı şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, xx.xx.2024-cü il tarixinə 896,40 manat icarə haqqı borcu mövcuddur.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4660 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci və ikinci suallar üzrə: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh, “Bibiheybət” NQÇİ-nin rəhbər və işçi heyətinin yerləşdiyi qeyd olunan əmlakın (qeyriyaşayış binası) bütövlüklə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvanda 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası, eləcə də həmin binanın yerləşdiyi, istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdehin işçilərinin yerləşdiyi deyilən binanın, binanın yerləşdiyi torpaq sahəsinin kordinatlarının iddiaçı tərəfindən təqdim olunmuş texniki pasportda qeyd olunmuş kordinatlarla üst-üstə düşdüyü müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Cavabdehin yerləşdiyi mübahisəli binaya, binanın yerləşdiyi torpaq sahəsinə dair dair cavavdehə məxsus hər hansı mülkiyyət, istifadə və sahiblik hüququnu təsdiq edən dövlət tərəfindən qeydə alınmış hüquqmüəyyənedici sənəd mövcud olub-olmamasının müəyyən edilməsi məsələsi məhkəmə tikniti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyil. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərini təşkil edir. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
21. İddia tələbi iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 74 G ünvanda yerləşən 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv metrdən ibarət qeyri-yaşayış binası, eləcə də həmin binanın yerləşdiyi istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsindən cavabdeh və onun tabeçiliyində oln qurum olaraq “Bibiheybət” NQÇİ-nin rəbər və işçi heyətinin çıxarılması, həmin qeyri-yaşayış binasına və torpaq sahəsinə köçürülməsindən ibarətdir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti təşkil edən əmlak – Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvanda yerləşən 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir və həmçinin Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 74G ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********), eləcə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 74G ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti İddiaçıdir.
23. Məhkəmə tərəfindən mübahisə predmeti təşkil edən əmlakla əlaqədar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4660 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh, “Bibiheybət” NQÇİ-nin rəhbər və işçi heyətinin yerləşdiyi qeyd olunan əmlakın (qeyriyaşayış binası) bütövlüklə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvanda 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası, eləcə də həmin binanın yerləşdiyi, istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir, həmçinin cavabdehin işçilərinin yerləşdiyi binanın, binanın yerləşdiyi torpaq sahəsinin kordinatları iddiaçı tərəfindən təqdim olunmuş texniki pasportda qeyd olunmuş kordinatlarla üst-üstə düşür.
24. İddiaçı həmin əmlakın mülkiyyətçisi olsa da, həmin əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, həmin əmlak cavabdehin istifadəsindədir. İddiaçı cavabdehə əmlakından çıxmağı, əmlakı boşaltmağı təklif etsə də, cavabdeh əmlakı təhvil verməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
25. Cavabdehin mübahisəli əmlak üzərində hər hansı əmlak hüquqlarının olması, həmin əmlakdan istifadə etməkdə davam etməsi üçün hər hansı əsasın olması müəyyən olunmamışdır.
26. Məhkəmə qeyd edilənləri, işin faktiki hallarını və qanunvericilik normalarını, mülkiyyətçi olan iddiaçının cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 74 G ünvanda 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası, eləcə də həmin binanın yerləşdiyi istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh və onun tabeliyində olan qurum “Bibiheybət” NQÇİ-nin rəhbər və işçi heyəti çıxarılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 74 G ünvanda 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası, eləcə də həmin binanın yerləşdiyi istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh və onun tabeliyində olan qurum “Bibiheybət” NQÇİ-nin rəhbər və işçi heyəti çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova