Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2349/2024 20.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ("xxxx" Firması, X6 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmaqla) qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ("xxxx" Firması, X6 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmaqla) qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 46/01 №-li ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolundan görünür ki: İpoteka saxlayan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti İpoteka predmetinin (qeyri-yaşaış binası) ilkin hərrac qiyməti: 1.500.000 manat İpoteka predmetinin (qeyri-yaşaış binası) təkrar hərracdakı ilkin satış qiyməti: 1.275.000 manat İpoteka predmetinin (qeyri-yaşayış binası) “İpoteka Haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 956.250 manat qiymətə tələbkar əldə etmək hüququnu bildirdi. İpoteka predmetinin və onun mülkiyyətçisi: Cavabdeh məxsus qiyməti tam dəyəri 956.250 manat olan ünvan 1 ünvanında, 0,303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252,1 kv.m və zirzəmisindən (264,7 kv.m) ibarət olan qeyri-yaşayış binası. Səbail rayon Məhkəməsinin 2(009)-2197/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə, Nizami rayon İcra Şöbəsinin 17/xx-xx-178620/2219 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunun və İddiaçı ASC-nin müvafiq məktubunun icrasına əsasən.
2. xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında, 0,303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252,1 kv.m və zirzəmisindən (264,7 kv.m) ibarət olan qeyri-yaşayış binası 956.250 manata alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir.
3. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********42-06301 olan Çıxarışla təsdiq edilir ki, ünvan 1 ünvanında 0,3130 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 4883,10 kv.m. olan qeyriyaşayış sahəsinin 75%-dən “B” tikilisinin, 2-ci, 3-cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252,1 kv.m və zirzəmisindən ümumi sahəsi 264,7 kv.m ibarət olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. (75%-dən qalan hissə "xxxx" Firmasının adına xx.xx.2010-cu ildə, 25%-dən ½ hissə X3 adına xx.xx.2019-cu ildə ********** nömrə ilə, 25%-dən ½ hissə X4 adına xx.xx.2016-cı ildə ********** nömrə ilə qeydiyyata alınmışdır.)
4. İddiaçı ASC tərəfindən Cavabdeh xəbərdarlıq (pretenziya) ünvanlanmışdır. İİ. MƏHKƏMƏDƏ İCRAAT 5. a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiaçıya məxsus ünvan 1 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4cü mərtəbələri ümumi sahəsi 1252.1 kv.m və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyriyaşayış binasının boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz manat) manat rüsumun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kapital Bank” ASC-nin 26 iyul 2023-cü il tarixli, 46/01 saylı hərracın yekunları barədə protokol və eyni tarixli əmlakın alqı-satqısı barədə müqavilə əsasında ünvan 1 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən 75%dən ibarət “B” tikilisinin, 2- ci, 3-cü, 4-cü mərətbələri ümumi sahəsi 1252.1 kv.m və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış binasını alaraq, tam mülkiyyət hüququ əldə etmişdir (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqişəxsinin 23 fevral 2024-cü il tarixli, **********42-06301 reystr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış). Hal-hazırda cavabehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsindən istifadə etmələri bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan qeyriyaşayış sahəsi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edirlər ki, bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsi tamamilə boşaldılmalıdır. İddiaçının tələbinin əsaslandırdığı sənədlər mülkiyyət çıxarışı, hərracın yekunları haqqında protokol və alqı-satqı müqaviləsidir
8. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252.1 kv.m və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz manat) manat rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi Marck Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarına, AR Mülki Məcəlləninn 152.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
a. İşdə iştirak edən şəxslər və onların izahatları
11. Bakı Kommersiya Məhkəmisinin xx.xx.2024-cü il qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı qeyri-yaşayış binasının boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iş üzrə "xxxx" Firması, X6 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
12. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 dəqiqləşmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən mülki işə iddiaçı tərəfin məhkəmənin baxış iclasında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
17. AR Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 203.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
18. “İpoteka haqqında” AR Qanununun: - 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya - 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. - 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətindəməcburi qaydada çıxarılırlar.
19. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Səbail rayon Məhkəməsinin 2(009)-2197/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Nizami rayon İcra Şöbəsinin 17/xx-xx-178620/2219 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında, 0,303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2ci, 3-cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252,1 kv.m və zirzəmisindən (264,7 kv.m) ibarət olan qeyri-yaşayış binasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracı keçirilmiş və hərracın nəticəsi olaraq Hərracın yekunları üzrə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipoteka predmeti olan sözügedən əmlakı 956.250 manata əldə etmişdir.
22. Həmin müqavilə əsasında ünvan 1 ünvanında 0,3130 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 4883,10 kv.m. olan qeyri-yaşayış sahəsinin 75%-dən “B” tikilisinin 2-ci, 3-cü, 4-cü mərtəbələrindən ( ümumi sahəsi 1252,1 kv.m) və ümumi sahəsi 264,7 kv.m olan zirzəmisindən ibarət olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyata alınmışdır.
23. Göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti boşaldılmasını tələb etdiyi qeyriyaşayış sahəsinin mülkiyyətçisidir.
24. Cavabdeh isə əvvəllər sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olsa da, hərracın yekunları üzrə alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququna dair qeydiyyatın ləğv edildiyi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun qeydiyyata alındığı andan həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu itirmişdir.
25. Odur ki, Cavabdeh hal-hazırda mübahisəli qeyri-yaşayış sahəsi üzərində hər hansı qanunla qorunan hüquqa malik olması (əşya və ya tələb hüququna) iş materiallarına əsasən müəyyən edilmədiyindən cavabdehin sözügedən qeyri-yaşayış sahəsinin qanuni sahibi hesab edilməsi üçün əsaslar mövcud deyildir.
26. Belə olan halda İddiaçı Açıq Səhmdar Cəmiyyəti AR Mülki Məcəlləsinin 157.1-ci maddəsinin tələbləri baxımdan xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252.1 kv.m və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış binasını cavabdehin qanunsuz sahibliyindən geri tələb edərək həmin sahənin boşaldılmasını və iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlıdır.
27. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
28. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir.
29. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 75%dən “B” tikilisinin 2-ci, 3-cü, 4-cü mərtəbələrindən (ümumi sahəsi 1252.1 kv.m) və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva