Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-235/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin “xxxx” ASC-yə qarşı pulun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları 39 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasına dair İddiaçı MMC-nin şəxsi uçot haqqında məlumlarına borc vəsaiti kimi əks etdirilimiş 8.568,81 manat məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx xxxxxx 2018-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Şirkət əvvəllər kooperativ kimi qeydiyyatdan keçmiş və xx.xx.2018-ci il tarixində kooperativin təşkilati-hüquqi forması dəyişilərək MMCyə çevrilmişdir. Hüquqi şəxs kimi qeydiyyatdan keçdiyi zaman vergi orqanında vergi ödəyicisi kim qeydiyyata alınaraq şirkət ********** saylı VÖEN-i almışdır. İddiaçı MMC qeydiyyata alındığından sonra qanunvericiliklə qadağan edilməmiş fəaliyyət növləri ilə məşğul olmuş və əsas fəaliyyət növü tikinti sahəsi olmuşdur ki, şirkət çoxsaylı çoxmərtəbəli yaşayış kompleksləri və qeyri-yaşayış binaları inşa edərək həmin binaları tam yararlı şəkildə istismara təhvil vermişdir. Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları 39 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binası İddiaçı MTK tərəfindən inşa edilərək sakinlərin xüsusi mülkiyyətinə verilmişdir. Həmin ünvan üzrə İddiaçı MTK tərəfindən istifadə olunan elektrik enerjisinə görə hesablanmış ödənişlər MTK tərəfindən daim ödənilmiş və bununla əlaqədar tərəflər arasında heç bir zaman ziddiyat yaranmamışdır. Sonradan İddiaçı MTK-nın təşkilati-hüquqi fоrmаsı dəyişilərək İddiaçı MMC-yə çevrilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının hesab ödəniş vərəqisinə xx.xx.2018-ci il tarixində 8.568,81 manat məbləğində borc hesablanmış və sonradan həmin məbləğin ödənilməsi xahiş edilmişdir. 2018-ci ilin yanvar ayından başlayaraq, elektrik enerjisindən istifadəyə dair hesab ödəniş vərəqəsinə nəzər yetirsək, məlum olur ki, kooperativin xx.xx.2018-ci il tarixinə 388,98 manat, xx.xx.2018-ci il tarixinə 375,66 manat, xx.xx.2018-ci il tarixinə 183,60 manat dəyərində elektrik enerjisindən istifadəyə görə haqq hesablanmış və həmin məbləğlər iddiaçı tərəfindən ödənilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisindən istifadəyə görə xx.xx.2018-ci il tarixinə 8.568,81 manat növbəti ay üzrə xx.xx.2018-ci il tarixinə isə 515,05 manat məbləğində borc hesablanmışdır. xx.xx.2018-ci il tarixinə hesablanmış 8.568,81 manat məbləğinin haradan yaranması iddiaçıya məlum deyildir. Həmin dövrdə kooperativin əməkdaşları tərəfindən bu borcun aydınlaşdırılması üçün enerji satış departamentinə şifahi qaydada müraciət edilmiş və cavabdehin nümayəndəsi həmin məbləğin texniki sahədən səhv olduğunu, iddiaçının hesab ödəniş vərəqisində müvafiq düzəlişlərin ediləcəyini bildirmişdir. Lakin, bu günə qədər bu düzəlişlər edilməmiş və nəticə etibarı ilə adı çəkilən borc məbləği iddiaçının hesab ödəniş vərəqəsində saxlanılmışdır. Göstərilənlərə əsasən cavabdehə xx.xx.2019-cu il tarixli, 03/09 saylı məктub ünvanlanaraq, xx.xx.2018-ci il tarixinə hesablanmış 8.568,81 manat məbləğinin haradan yaranması və hansı səbəbdən şirkətin hesab ödəniş vərəqisində həmin məbləğin borc kimi əks olunması barədə məlumatın verilməsini, həmçinin əsassız hesablanmış bu məbləğin hesab ödəniş vərəqəsindən silinməsini xahiş edilmişdir. Müraciətə cavab оlаrаq cavabdeh tərəfindən tərtib еtdiyi xx.xx.2019-cu il tariхli cаvаb məktubu şirkətə xx.xx.2019-cu il tаrixində təqdim edlmişdir. Həmin məktubdа cavabdeh göstərmişdir кi, xx.xx.2017-ci il tаriхində 092109 saylı akt ilə yarımstansiyada quradırılmış 60018475 nömrəli elektrik sayğacından yaşayış binasının ehtiyacları üçün istifadə edilmiş, lakin 73308621 nömrəli elektrik sayğacı ləğv edilmədiyindən xx.xx.2017xx.xx.2018-ci il tаriхə kimi istifadə edilmiş elektrik enerjisi sərfiyyatının dəyəri rəsmi qeydiyyata alınmamış və ödənilməsi üçün hesab ödəniş vərəqi verilməmişdir. 73308621 nömrəli elektrik sayğacının və ondan istifadə edilmiş elektrik enerjisinin iddiaçıya heç bir aidiyyəti yoxdur və iddiaçıya aidiyyəti olmayan еlеktrik enerjisinin ödənilməsinin cavabdeh tərəfindən də tələb etməsi absurddur. Buna görə də Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları 39 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasına dair İddiaçı MMCnin şəxsi uçot haqqında məlumatlarınа borc vəsaiti kimi əks еtdirilmiş 8.568,81 manat məbləğinin silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.M.Həsənov iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını məhkədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərişığın nümayəndəsi X2 bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları 39 ünvanında olan sayğac xx xxx 2015-ci ildə quraşdırılıb. Bundan başqa həmin ünvanda abonent tərəfindən əldə olunmuş 34500/100 parametrli gərginlik transformatoru və 150/1 cərəyan transformatoru quraşdırılmışdır. Buna gorə də, transformasiya əmsalının 51750 olduğu müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli, ********* nömrəli fakturasından görünür ki, İddiaçı MMC-nin 60018475M347933 nömrəli sayğaca 0.08 tarifi ilə, 51750 əmsalla, 100964.25 sərfiyyat üzrə 7.700,66, 60017853M357186 nömrəli sayğaca 0.08 tarifi ilə, 51750 əmsalla, 1293.75 sərfiyyat üzrə 98,68 manat və əhalinin sərfiyyatı üzrə isə -537.64 manat çıxmaqla, cəmi 7.261,70 manat, 1.307,11 ƏDV, ümumilikdə 8.568,81 manat məbləğində borc hesablanmışdır. İşdə olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 7-xx/xx/1715 saylı İddiaçı MMC-nin 8.568,81 manat məbləğin iddiaçının hesabından silinməsinə dair müraciətinə cavab məktubundan görünür ki, cavabdeh iddiaçıya bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M Qardaşları 39 ünvanında yerləşən yaşayış binasının xx.xx.2018-ci il tarixinə elektrik enerjisinə görə yaranmış 8.568 81 manat borcunun əsassız olduğu və silinməsi ilə bağlı olan müraciətinə aidiyyəti üzrə Azənşıq ASC-də baxılmış və bununla əlaqədar olaraq iddiaçıya bildirilib ki, informasiya məlumat bazasında 07/87/23 saylı kod altında qeydiyyatda olan Nəsimi rayonu, M.Qardaşları 39 ünvanında yerləşən hundurmərtəbəlı yaşayış binasının elektrik enerjisi təchizatı xx.xx.2018-cı ıl tarixinə kimi 1339 nömrəli transformator məntəqəsində quraşdırılmış 73308621 saylı elektrik sayğac «vasitəsi ilə təmin edilmiş və həmin sayğaca qoşulmuş cərəyan transformatoru 200/5 olduğundan göstərici fərqi 40 əmsala vurulmaqla sərfıyyat müəyyən edilmişdir. Azərışıq ASC-nın Sayğac Quraşdırma və X5 əməkdaşları tərəfindən qeyd edilən hundurmərtəbəli yaşayış binasına 09.01 2017-cı ıl tarixində 092109 saylı akt əsasında 60017853 və 60018475 nömrəli elektnk sayğacları 0 (sıfır) göstərici ilə balans sərhəd nöqtəsində hesabat sayğacı kımı quraşdırılmışdır. Eyni vaxtda 34500/100 parametrlı gərginlik transformatoru və 150/1 cərəyan transformatoru quraşdırıldığından transformasiya əmsalının 51750 oluğu müəyyən edilərək sənədləşdirilmışdır. xx.xx.2018-cı ıl tarixdə yaşayış binasının tikintisini elektrik enerjisi ilə təmin edən 73308621 saylı elektrik sayğacı Sayğac Quraşdırma və X5 əməkdaşları tərəfindən 147182 saylı akt əsasında üzərində 6748.14 göstəricisi ilə ləğv edilmişdir. Həmin uçot nöqtəsində olan 60018475 nömrəli elektrik sayğacı aktıvləşdirilmış və gostəricisi 1.845 olduğu rəsmiləşdırilmışdır. Lakin xxxx ASC-nın Nəsimi RETSİ tərəfindən xx.xx.2018-cı ıl tarixındə 60018475 saylı elektrik sayğacının göstəricisinin 1.951, 60017853 saylı elektrik sayğacının göstəricisinin isə 0.025 olduğu qeydə alınmışdır. 60018475 saylı sayğacın elektrik enerjisi sərfıyyatının hesablanma qaydası 1.951- 0=1.951x51750=100964.3 kvt/s, 60017853 saylı sayğacın elektrik enerjisi sərfıyyatının hesablanma qaydası 0.025-0=0.025x51750= 1293.75 kvt/s, Hər iki sayğacın cəmi sərfıyyatı 100964.3 kvt/s-»-1293.75 kvt/s=102258 kvt/s. Həmin yaşayış binasında yaşayan əhalinin cəmi sərfıyyatı 7049 kvt/s olduğu muəyyənləşdırilərək cəmi sərfıyyatdan çıxılmışdır. 102258 kvt/s-7049 kvt/s=95209 kvt/s x 0.09man=8568.81 manat. Elektrik enerjisi sərfıyyatının təhlili göstərir ki, xx.xx.2017-cı il tarixində 092109 saylı akt ilə yarımstansiyada quraşdırılmış 60018475 nömrəli elektrik sayğacından yaşayış binasının ehtiyacları uçun istifadə edilmiş, lakin 73308621 nömrəli elektrik sayğacı ləğv edilmədiyindən, xx.xx.2017-xx.xx.2018 il tarixə kimi, (15 ay müddətində) istifadə edilmiş elektrik enerjisi sərfiyyatının dəyəri rəsmi qeydiyyata alınmamış və ödənilməsi üçün iddiaçıya hesab-ödəniş cədvəli verilməmişdir. Yekun olaraq iddiaçıya bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdə hesablanmış 8.568,81 manat məbləğində elektrik enerjisi sərfiyyatının dəyəri düzgündür və ödənilməsi iddaçı tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinin tələbinə əsasən: Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC Bakı şəhəri, Nəsimi rayonu, M Qardaşları 39 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının qeyri - yaşayış obyektlərinin elektrik təchizatının təmin edilməsi məqsədi ilə iki fərqli sayğacdan istifadə etmişdir. Bununla yanaşı hər zaman hesabat dövrü yalnız bir sayğacın göstəricisi əsas götürülərək ödənişlər həyata keçirilmişdir. Lakin digər sayğac ləğv edilməli olduğu halda, ondan istifadə edilmiş və elektrik enerjisinin sərfiyyatına görə ödənilməli olan məbləğ ödənilməmişdir. Bundan başqa iddiaçının iddia tələbi üzrə silinməsini tələb etdiyi məbləğ cərimə deyil, borc kimi hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdeh «xxxx» ASC-yə qarşı Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları 39 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasına dair İddiaçı MMC-nin şəxsi uçot haqqında məlumlarına borc vəsaiti kimi əks etdirilimiş 8.568,81 manat məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-235/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-235/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver