Məhkəmə qərarları › İş №e-2-2(113)-2358/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2358/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2358/2021 29.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi , iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, X2 Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 244345,20 manat borcun **********00150 saylı abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən **********00150 saylı abonent kodu olan istixana fəaliyyət göstərir. Həmin İstixana Cavabdeh tərəfindən qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazla təmin edilmişdir. Tərəflər arasında 09.01.2020-ci il tarixdə qazın alqı-satqısı müqaviləsi yenilənərək AMX-0326/20 saylı müqavilə bağlanmışdır. İstixanada istifadə edilən təbii qazın dəyəri tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Ayrı-ayrı tarixlərdə cavabdeh təşkilat ona əsassız borclar hesablamışdır. Belə ki, 2018-ci ilin noyabr ayında 37156,20 manat, dekar ayında isə 35355, 2019-cu ilin yanvar ayında 52015,60 manat, fevral ayında 47065,60 manat, mart ayında 43828,60 manat, aprel ayında 25392,20 manat, may ayında 439 manat, iyun ayında 242,80 manat, iyul ayında 649,40 manat, avqust ayında isə 2200,80 manat, ümumilikdə 244345,20 manat məbləğində əsassız borc hesablanmışdır. 2020-ci il ərzində əsassız borcun silinəcəyinə vəd verən cavabdeh təşkilat əksinə indi ona həmin borcu ödəməyə məcbur edir. Cavabdeh İB ölkə ərazisində təbii qazın satışı sahəsində inhisarçı orqandır. Hesablanmış borcu əsassız hesab etməyinə baxmayaraq Birlik qazın dayandırılması xəbərdarlığı ilə borcun ödənilməsini məcbur edir. Fəaliyyət sahəsindən də göründüyü kimi təbii qaz olmadıqda istixanada mövcud olan bitkilər tamamilə məhv ola bilər,bu da onun müflisləşməsinə gətirib çıxara bilər. Bu səbəbdən o hesablanmış borcu əsassız hesab etsə də hissə-hissə ödəmə məcburiyyətində qalmışdır. İllər ərzində əsassız hesablanmış borcun yaranma əsaslarını araşdırsa da bununla bağlı cavabdeh təşkilat ona hər hansı qanuni sənəd təqdim etməmişdir. Lakin bu məsələnin araşdırılacağını və artıq hesablanmış borcun silinəcəyi vədləri vermişlər. Əfsuslar olsun ki, bu yalnız sözdə qalan vədlər olmuşdur, bunun əksinə əlavə olaraq borc hesablanmış və hazırda ona borcun tam ödənilməli olduğunu bildirmişlər, əks təqdirdə təbii qazın verilməsi dayanacaqdır. Abonent saldosundan da göründüyü kimi sayğac tam saz vəziyyətdə olduğu və hesabatı dəqiq apardığı halda ona sayğac göstəricisindən əlavə əsassız borclar hesablanmışdır. Hesablanmış borclarla bağlı sənədləri istədikdə cavabdeh tərəfindən ona əlavə hesabatın qanuni əsaslarla aparıldığını təsdiq edən heç bir sənəd təqdim edilə bilməmişdir. Ona yalnız heç bir hüquqi qüvvəyə malik olmayan və qanunvericiliklə nəzərdə tutulmayan qaydada tərtib edilmiş saxta aktlar təqdim edildi. Həmin aktlarda qeyd edilir ki, sayğacın elektron hissəsi işləmədiyi üçün ona yuxarıda qeyd etdiyi əlavə borc məbləğləri hesablanmışdır. Abonent saldosuna baxdıqda “cəmi” bölümünə nəzər salınsa saldonun tərtibatında uyğunsuzluqları və cavabdehin qanunsuz hərəkətlərini aydın görmək olar. Belə ki, həmin bölümdə aktlar üzrə hesablanmış məbləğin cəmi 179136,20 manat qeyd edilsəd ə aylar üzrə aktlara əsasən hesablanmış məbləğləri cəmləyəndə bu 244345,20 manat edir. Bu necə ola bilər? Cavabdeh təşkilat öz qanunsuz əməllərini gizlətməyə çalışır. Təsəvvür edilsə ki, qaz sayğacının elektron hissəsi işləmir, belə olan halda nə səbəbdən qaz sayğacı çıxarılaraq təmirə göndərilmir və ya yenisi ilə əvəz edilmir. Qaz sayğacı istixanadan kənarda, SOCAR-a məxsus xüsusi mühafizə edilən ərazidə yerləşir və sayğac göstəriciləri cavabdeh təşkilatın əməkdaşları tərəfindən onun iştirakı olmadan götürülür. Qaz sayğacının elektron hissəsinin işləməməsi ilə bağlı yalnız 10 aydan (11.2018 – 08.2019) sonra ona məlumat verilir və sayğac 14.08.2019-cu il tarixdə yenisi ilə əvəz edilir. Abonent saldosundan da göründüyü kimi cavabdeh təşkilat sayğac göstəricilərinə əsasən müəyyən edilmiş borcun üzərinə heç bir hüquqi əsası olmayan əlavə borclar hesablamışdır. Belə bir hesablama qaydası heç bir qanunda, normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Qanunvericilikdə istifadə edilmiş təbii qazın dəyərinin müəyyən edilməsinin iki üsulu var bir sayğac vasitəsi ilə, ikinci sayğac olmadığı təqdirdə ötən ayın orta günlük sərfiyyatına uyğun. Göründüyü kimi cavabdeh təşkilat özündən yeni hesabat üsulu müəyyən edib və qanunsuz olaraq istehlakçılara tətbiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, aktlar yazılarkən iddiaçının iştirakı təmin edilməmiş, ümumiyyətlə aktlardan xəbərsiz olmuş və bugünə kimi aktların surətini əldə edə bilməmişdir. Qanunvericiliyə əsasən qaz sayğacının işlək vəziyyətdə saxlanılması qaz paylayıcının üzərinə düşdüyü halda 9 ay akt tərtib olunmuş nasazlıq aradan qaldırılmamışdır. Tərtib edilmiş aktların əsassız və qanunsuz olmasını nəzərə alıb bu aktlar əsasında hesablanmış borcun silinməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, “Qaz İxrac“ İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilərkən sayğaca baxış zamanı sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, təhvil verilmiş qaz həcminin hesabatı aparılaraq bununla bağlı akt tərtib edilmişdir. Bu akt qazın uçotunun aparılması üçün tərtib edilmiş, Azəriqazla qaz paylayıcı arasında istifadə olunmuş qazın hesabatı ilə bağlı tərtib olunmuşdur. Burada söhbət hesabatdan kənarda qalmış qazdan gedir. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - 30.11.2018-ci il tarixli aktdan görünür ki, “Qaz İxrac “ İdarəsi Abşeron MQKS-nin ”İPA və Metrologiya“ şöbəsinin rəisi A.Həsənov, 3 saylı XİX-nin mühəndisi P.Rəhimov və Bakı RQSD–nin nümayəndəsi Kamran Qədirov tərəfindən akt tərtib olunaraq, “Pirallahı-Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan ”Könül Fərhadzadə”qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2018-ci ilin noyabr ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və noyabr ayı ərzində təhvil verilmiş qazın həcmi 321736 kubmetr kimi qəbul edilmişdir. - 28.12.2018-ci il tarixli aktdan görünür ki, “Qaz İxrac “ İdarəsi Abşeron MQKS-nin ”İPA və Metrologiya“ şöbəsinin rəisi A.Həsənov, 3 saylı XİX-nin mühəndisi P.Rəhimov və Bakı RQSD–nin nümayəndəsi Kamran Qədirov tərəfindən akt tərtib olunaraq, “Pirallahı-Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan ”Könül Fərhadzadə”qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2018-ci ilin dekabr ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və dekabr ayı ərzində təhvil verilmiş qazın həcmi 344017 kubmetr kimi qəbul edilmişdir. - 31.01.2019-cu il tarixli aktdan görünür ki, “Qaz İxrac “ İdarəsi Abşeron MQKS-nin ”İPA və Metrologiya “ şöbəsinin rəisi A.Həsənov, 3 saylı XİX-nin mühəndisi P.Rəhimov və Bakı RQSD–nin nümayəndəsi Kamran Qədirov tərəfindən akt tərtib olunaraq, “Pirallahı- Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan ”Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin yanvar ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və yanvar ayı ərzində təhvil verilmiş qazın həcmi 496943 kubmetr kimi qəbul edilmişdir. - 28.02.2019-cu il tarixli aktdan görünür ki, “Qaz İxrac “ İdarəsi Abşeron MQKS-nin ”İPA və Metrologiya“ şöbəsinin rəisi A.Həsənov, 3 saylı XİX-nin mühəndisi P.Rəhimov və Bakı RQSD–nin nümayəndəsi Kamran Qədirov tərəfindən akt tərtib olunaraq, “Pirallahı- Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan ”Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin fevral ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və fevral ayı ərzində təhvil verilmiş qazın həcmi 446007 kubmetr kimi qəbul edilmişdir. - 01.04.2019-cu il tarixli aktdan görünür ki, “Qaz İxrac “ İdarəsi Abşeron MQKS-nin ”İPA və Metrologiya “ şöbəsinin rəisi A.Həsənov, 3 saylı XİX-nin mühəndisi P.Rəhimov və Bakı RQSD–nin nümayəndəsi Kamran Qədirov tərəfindən akt tərtib olunaraq, “Pirallahı- Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan ”Könül Fərhadzadə”qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı saygaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin mart ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və mart ayı ərzində təhvil verilmiş qazın həcmi 418727 kubmetr kimi qəbul edilmişdir. - 30.04.2019-cu il tarixli aktdan görünür ki, “Qaz İxrac “ İdarəsi Abşeron MQKS-nin ”İPA və Metrologiya “ şöbəsinin rəisi A.Həsənov, 3 saylı XİX-nin mühəndisi P.Rəhimov və Bakı RQSD–nin nümayəndəsi Kamran Qədirov tərəfindən akt tərtib olunaraq, “Pirallahı- Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan ”Könül Fərhadzadə”qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı saygaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin aprel ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və aprel ayı ərzində təhvil verilmiş qazın həcmi 245284 kubmetr kimi qəbul edilmişdir. - 31.05.2019-cu il tarixli aktdan görünür ki, “Qaz İxrac “ İdarəsi Abşeron MQKS-nin ”İPA və Metrologiya “ şöbəsinin rəisi A.Həsənov, 3 saylı XİX-nin mühəndisi P.Rəhimov və Bakı RQSD–nin nümayəndəsi Kamran Qədirov tərəfindən akt tərtib olunaraq, “Pirallahı- Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan ”Könül Fərhadzadə”qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı saygaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin may ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və may ayı ərzində təhvil verilmiş qazın həcmi 4332 kubmetr kimi qəbul edilmişdir. - 01.07.2019-cu il tarixli aktdan görünür ki, “Qaz İxrac “ İdarəsi Abşeron MQKS-nin ”İPA və Metrologiya “ şöbəsinin rəisi A.Həsənov, 3 saylı XİX-nin mühəndisi P.Rəhimov və Bakı RQSD–nin nümayəndəsi Kamran Qədirov tərəfindən akt tərtib olunaraq, “Pirallahı- Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan ”Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin iyun ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və iyun ayı ərzində təhvil verilmiş qazın həcmi 2450 kubmetr kimi qəbul edilmişdir. - 01.08.2019-cu il tarixli aktdan görünür ki, “Qaz İxrac “ İdarəsi Abşeron MQKS-nin ”İPA və Metrologiya “ şöbəsinin rəisi A.Həsənov, 3 saylı XİX-nin mühəndisi P.Rəhimov və Bakı RQSD–nin nümayəndəsi Kamran Qədirov tərəfindən akt tərtib olunaraq, “Pirallahı- Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan ”Könül Fərhadzadə” qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı sayğaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin iyul ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və iyul ayı ərzində təhvil verilmiş qazın həcmi 6619 kubmetr kimi qəbul edilmişdir. - 30.08.2019-cu il tarixli aktdan görünür ki, “Qaz İxrac “ İdarəsi Abşeron MQKS-nin ”İPA və Metrologiya “ şöbəsinin rəisi A.Həsənov, 3 saylı XİX-nin mühəndisi P.Rəhimov və Bakı RQSD–nin nümayəndəsi Kamran Qədirov tərəfindən akt tərtib olunaraq, “Pirallahı- Qala” magistral qaz kəmərindən təbii qazla qidalanan ”Könül Fərhadzadə”qaz xətti üzərində quraşdırılmış Elster tipli,G-1000 markalı, 83048717 saylı saygaca baxış keçirilən zaman sayğacın elektron korrektor hissəsinin işləməməsi müəyyən edilmiş, bu səbəblə 2019-cu ilin avqust ayı ərzində təhvil verilmiş qaz həcminin hesabatı aparılmış və avqust ayı ərzində təhvil verilmiş qazın həcmi 23581 kubmetr kimi qəbul edilmişdir. - **********00150 saylı abonent saldosundan görünür ki, aktlar üzrə 2018-ci ilin noyabr ayında 37156,20 manat, 2018-ci ilin dekabr ayında 33448,40 manat, 2019-cu ilin yanvar ayında 52015,60 manat, 2019-cu ilin fevral ayında 47065,60 manat, 2019-cu ilin mart ayında 43828,60 manat, 2019-cu ilin aprel ayında 25392,20 manat, 2019-cu ilin may ayında 439 manat, 2019-cu ilin iyun ayında 242,80 manat, 2019-cu ilin iyul ayında 649,40 manat, 2019-cu ilin avqust ayında 2200,80 manat qazdan istifadəyə görə X8 oğluna borc hesablanmışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X4, qeyd etmişdir ki, hazırda Qaz İxrac İdarəsi Abşeron MQKS-nin İPA və Metrologiya şöbəsində şöbə rəisi vəzifəsində çalışır. Həmin şöbənin əsas fəaliyyəti Abşeron yarımadasında olan qaz apartlarının istismarına nəzarət, eyni zamanda qaz istismarının hesabatının tərtibi üzrədir. Ölçü cihazlarına nəzarəti onun şöbəsi nəzarət edir. İstehlakçının cihazı ilə qaz Azəriqaz İB verilmiş hesab olunur.Azəriqaz İB-nə verilmiş qaz həcmini isə istehlakçının sayğacına yoxlanış keçirərək müəyyən edirlər. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən (kod **********00150) abonent X8 oğluna hesablanmış 244345,20 manat borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X8 oğluna Cavabdeh İB-yi tərəfindən aktlar üzrə 2018-ci ilin noyabr ayında hesablanmış 37156,20 manat, 2018-ci ilin dekabr ayında hesablanmış 33448,40 manat, 2019-cu ilin yanvar ayında hesablanmış 52015,60 manat, 2019-cu ilin fevral ayında hesablanmış 47065,60 manat, 2019-cu ilin mart ayında hesablanmış 43828,60 manat, 2019-cu ilin aprel ayında hesablanmış 25392,20 manat, 2019-cu ilin may ayında hesablanmış 439 manat, 2019-cu ilin iyun ayında hesablanmış 242,80 manat, 2019-cu ilin iyul ayında hesablanmış 649,40 manat, 2019-cu ilin avqust ayında hesablanmış 2200,80 manat, cəmi 244345,20 manat borc (abonent kodu **********00150) hesabından silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar