Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2426/2020 27.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi X2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X7 Departamenti Binəqədi XS tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli 230 saylı hesab-faktura üzrə xx.xx.2020-ci il tarixə olan müddətə hesablanmış 10.981,43 manat məbləğində borc məbləğinin silinməsi və 2020-ci ilin mart-iyun ayları üzrə aylıq sərfiyyat göstəricilərinə uyğun yenidən hesablanmasının QİS-in üzərinə öhdəlik olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN:**********) tərəfindən təsis olunaraq yaradılmış hüquqi şəxs olmaqla rəsmi dövlət qeydiyyatından keçmiş və xx.xx.2008-ci il tarixli **********405300 kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış alınmışdır. Cəmiyyət əsasən istehsal fəaliyyəti ilə məşğul olmaqla trikotaj və tekstil sexlərinin yaradılaraq fəaliyyətinin təmin olunması və istehsalın həyata keçirilməsi sahəsində ixtisaslaşmışdır. Müəssisənin istehsal obyekti Bakı şəhəri Binəqədi r-n Şamaxı şosesi 1 C ünvanında yerləşmişdir. İstehsal prosesində qaz təchizatının vacibliyi nəzərə alınaraq müvafiq qaydada sənədləşdirilməklə kifayət qədər uzaq məsafədən ayrıca qaz xətti çəkilmiş və müəssisə qanuni əsaslarla təchiz edilmişdir. Son günlər istehsal müəssisəsinin fəaliyyətində əsassız müdaxilələr səbəbindən müəyyən problemlər yaranmışdır. Belə ki, qazdan istifadəyə görə müəssisəyə əsassız pul hesablanmış və ödənilməsi tələb edilmişdir. Halbuki əvvəlki dövrlərdə də onların aylıq sərfiyyatı 1500-2000 manatı heç vaxt ötməyib və xüsusilə də bu ilin mart ayından başlayaraq bütün ölkədə məlum pandemiya ilə mübarizə aparılması istiqamətində tədbirlər görüldüyü, təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə bir sıra məhdudiyyətlər tətbiq edildiyindən faktiki işləri dayanmış və çox məhdud sayda işçi qüvvəsi ilə az əhəmiyyətli işlərin görülməsinə başlanılmışdır. Heç bir halda bu qədər sərfiyyat ola bilməzdi. Müəyyənləşdirilmişdir ki, müəssisəyə gələn qaz xətti X10 idarəsi tərəfindən ərazidə qazıntı işləri aparılan zaman dağıdılmış və qaz kəməri ilə gələn qaz havaya buraxıldığından (pandemiya ilə əlaqədar olaraq müəssisə işləmədiyi halda) müəssisəyə məxsus və qəza nöqtəsindən əvvəldə yerləşən sayğac sərfiyyatı qeydə alaraq pul hesablamışdır. Bu barədə dəfələrlə aidiyyatı təşkilatlara və cavabdehə elektron məktub vasitəsi ilə müraciətlər olunmuş, qəzanın aradan qaldırılması və əsassız sərfiyyat qeydinin və vəsait hesablanmasının dayandırılması bildirilmişdir. Lakin Cavabdeh Bakı X7 Departamenti Binəqədi XS tərəfindən onlara xx.xx.2020-ci il tarixə olan müddət ərzində 10.981.43 manat məbləğində borc hesablanması barədə xx.xx.2020- ci il tarixli 230 saylı hesab-faktura təqdim edilmişdir. Dəfələrlə cavabdehə müraciətlər edilsə də, haqlı tələbin təmin olunması həyata keçirilmir və işləriə süni maneələr yaradılır. Bu səbəbdəndir ki, sonradan onlara hazırda mübahisələndirilən cərimə tətbiq olunmuş və qazdan istifadəsinə müdaxilələr edilməklə işlərində ciddi dayanmalara səbəb olan problemlər yaradılmışdır. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddianın gələcəkdə icrasını təmin etmək məqsədilə İddiaçı MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi 1 C ünvanında yerləşən istehsal sahəsinə müqavilə əsasında ötürülən qaz təchizatının cavabdeh tərəfindən birtərəfli qaydada dayandırılmasının Cavabdehnə qadağan edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi 1 C ünvanında yerləşən istehsal sahəsinə qaz təchizatının dayandırılması Cavabdehnə qadağan edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edib iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının qanuni təmsilçisi məhkəmə iclasında iddia tələbini müdafiə edib iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, mübahisəli borc məbləği sayğac göstəricilərinə əsasən hesablanmış, bu səbəbdən də ödənilməlidir. Hüquqi şəxslərin balansında olan boruların təmiri Cavabdeh yox, həmin hüquqi şəxslərin hesabına aparılır. Hazırkı boru isə abonentin balansında olduğundan təmir də abonent tərəfindən keçirilmişdir. X9 və Cavabdeh ayrı-ayrı hüquqi şəxslərdir və İB X5 təqsiri üzündən baş vermiş qəzaya görə məsuliyyət daşımamalıdır. Sonda nümayəndə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: Qaz paylayıcısı (cavabdeh) ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı (iddiaçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AMX-4921/2020 saylı “Qazın alqısatqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Müqavilənin 4.3-cü bəndinə əsasən, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinə 1 su qızdırıcı qazanın quraşdırılması nəzərdə tutulmuşdur. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 45 gün müəyyən edilmişdir. Abonent saldosundan görünür ki, İddiaçı MMC-yə qazdan istifadəyə görə 2020-ci ilin mart ayında 9357,20 manat, may ayında 1219,40 manat borc hesablanmış, aprel ayında qazdan istifadəyə görə borc hesablanmamışdır. 2020-ci ilin sentyabr ayının əvvəlinə MMC-nin qazdan istifadəyə görə borcu 13.075,44 manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdehnə xx.xx.2020-ci il tarixdə ünvanlanmış ərizədən görünür ki, MMC müəssisəyə dəymiş ziyanın X6 tərəfindən ödənilməsini və qaz xəttinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ona qazdan istifadəyə görə hesablanmış 10.981,43 manat məbləğində borcun silinməsi tələbinə dair iddiasını onunla əsaslandırmışdır ki, MMC-yə məxsus sexə gedən qaz xətti (həmin xəttin qaz sayğacından sonrakı hissəsi) SOCAR-ın X6 tərəfindən qazıntı işlərinin aparılması zamanı zədələnmiş, xəttin zədələnmiş hissəsindən qaz havaya axıdılmış və nəticədə 2020-ci ilin mart-may aylarında MMC ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar bağlı olduğu və qazdan istifadə etmədiyi halda onlara qazdan istifadəyə görə əsassız borc hesablanmışdır. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği qazdan istifadə haqqına görə qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Tərəflər arasında bağlanmış “Qazın alqı-satqısı barədə” müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstərişinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Mülki Məcəllənin 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının silinməsini tələb etdiyi 10.981,43 manat məbləğində borc məbləği qaz sayğacının göstəricilərinə əsasən hesablandığından Cavabdeh İB iddiaçı tərəfindən həmin pulun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı MMC-nin istinad etdiyi 2020-ci ilin mart ayında qazdan faktiki olaraq istifadə etməməsi, qaz sayğacından keçmiş qazın isə qaz borusunun zədələnməsi nəticəsində havaya axıdılması barədə dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, həmin halların həqiqətə uyğun olması təsdiq edilsə belə, göstərilən hallar mübahisəli borcun silinməsi üçün əsas vermir. Belə ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi, qaz xəttinin ehtimal olunan zədələnməsi Cavabdeh İB-nin təqsiri üzündən baş verməmiş, iddiaçı İddiaçı MMC-nin özü də həm iddia ərizəsində, həm məhkəmə iclasında verdiyi izahatlarda həmin zədələnmənin digər hüquqi şəxs tərəfindən qazıntı işlərinin aparılması nəticəsində baş verməsini göstərmişdir. Həm qazıntı işlərini aparması iddia edilən X3, həm də Cavabdeh İB-nin SOCAR-ın strukturuna daxil olan idarələr olması və buna görə də mübahisəli borcun Cavabdeh İB tərəfindən silinməli olması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, X6 və Cavabdeh İB müvafiq qaydada hüquqi şəxs kimi dövlət qeydiyytaına alınmış qurumlar olmaqla Mülki Məcəllənin 43.1-ci maddəsinin tələblərinə əsasən öz öhdəlikləri üçün özləri məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Digər tərəfdən mübahisəli dövrdə tərəflər arasında bağlanmış qaz alqı-satqısı barədə müqavilənin müddətinin bitməsi, buna görə də iddiaçının cavabdehin təqdim etdiyi hesab üzrə qazdan istifadə haqqını ödəmək öhdəliyini daşımaması barədə iddiaçının istinad etdiyi dəlillərə münasibətdə qeyd edilməlidir ki, “Qazdan istifadə qaydaları”nın 3 nömrəli əlavəsi ilə təsdiq edilmiş qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə nümunəvi müqavilədən görünür ki, həmin müqavilənin 7.3-cü bəndinə əsasən istehlakçı həmin müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə və ya qanunvericilik aktlarına əsasən paylayıcı tərəfindən təqdim edilən xidmətlər üzrə şərtlər dəyişmədikdə, müqavilənin müddəti hər növbəti il üçün uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanması tələb olunmur. Hazırkı halda İddiaçı MMC müqavilənin ləğvi barədə Cavabdeh İB-yə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə mübahisəli borc hesablanarkən tərəflər arasında müqavilənin qüvvədə olmaması barədə iddiaçının dəlilləri də əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC-nin borcun silinməsi barədə iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2426/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2426/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver