Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2446/2025 16.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞtərəfindən Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 1 ünvanında ofis sahəsinə dair (Abonent №:073773) əsassız hesablanmış 13734 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən binada mülkiyyətində olan ofis sahəsinə su təchizatı cavabdeh “İri Şəhərlərin Su Təchizatı Xidməti” PHŞ (əvvəlki "xxxx" ASC) tərəfindən təmin olunur. Aramızdakı müqaviləyə əsasən, adıma 073773 Abonent № açılmışdır. Su və kanalizasiya sərfiyyatının haqqı qanunvericiliyin tələbinə uyğun şəkildə, cavabdehin özü tərəfindən quraşdırılmış sayğacda qeydə alınmaqla tərəfimdən vaxtlı-vaxtında ödənilir. Hazırki vaxtadək su və kanalizasiya sərfiyyatına görə ödənişi vaxtında həyata keçirmişəm. Cavabdeh qurumun müvafiq əməkdaşları mütəmadi olaraq ünvana gəlir, sayğacın vəziyyətinə və s. infrastruktura baxış keçirirlər. İndiyədək mənə qarşı hər hansı irad və ya digər tədbir görülməmişdir. 2024-cü ilin noyabr ayında cavabdeh qurumun Yasamal SKİ əməkdaşları ünvana gəlmiş, su təchizatına dair infrastruktura: su xətlərinə, qoşulmalara baxış keçiriləcəyini bildirmişlər, həmişəki kimi onlara baxış keçirilməsi üçün şərait yaradılmışdır. Baxış keçirdikləri zaman hər hansı nöqsan olmasına dair irad bildirməyərək çıxıb getmişlər. Sonradan məlum olmuşdur ki, Yasamal SKİ rəisi S.Orucov tərəfindən təsdiq edilmiş, əməkdaşlar A.Nəbiyev və A.Babayev tərəfindən imzalanmış Akt №603163 tərtib edilmiş, guya, tərəfimdən Akta imza etməkdən “İmtina” edildiyi qeyd olunmuşdur. “Akt”a adsız bir vərəqli sənəd əlavə olunub və orada abonent olaraq 2012-2023cü illər üzrə su sərfiyyatı satışı və ödənişi məlumatları qeyd olunmuş, nəticəsində isə “cari tarixə qalıq” qrafasında 13734 manat yazılmışdır. “Akt”da yazılanları mənbəyi olmayan, əsassız hesab etməyimizlə yanaşı, həmin “Akt”dan sonra təqdim edilən adsız sənəddə mənə abonent olaraq 13734 manat qalıq məbləğin hesablanmasını da əsassız və qanunsuz hesab edirəm. Əvvəla, qeyd edim ki, mənə məxsus sözügedən ünvanda su təchizatı üçün sayğac quraşdırılmış, sayğac işlək vəziyyətdədir və sərfiyyata görə də ödəniş sayğac üzrə aparılır. Əgər söhbət su xəttindən gedirsə, orada “kənar xətt” olmadığına görə aşkar da edilə bilməzdi. Qızdırılma qurğusuna daxil olan soyuq su xətti sayğacdan keçən xəttdir və onun “kənar” adlandırılması əsassızdır. “Akt”da və ya əlavə adsız sənəddə hansı meyar və ya metodla su (və kanalizasiya) sərfiyyatının hesablanması göstərilmir, hesablanmış məbləğin mənbəyi yoxdur. Adsız sənəddə göründüyü kimi, 2012-ci ildən 2023-cü ilədək hesablanmış sərfiyyat məbləği tərəfimdən ödənildiyi halda, yekunda “cari tarixə qalıq” 13734 manat göstərilməsi əsaslandırılmamışdır. Bir neçə gün əvvəl əllə gətirilib ünvana verilmiş cavabdeh PHŞ-nin Yasamal SKİ-nin tərtib etdiyi “Bildiriş”dən isə görünür ki, 2024- cü ilin dekabr ayı üzrə sərfiyyat sayğac göstəricisinə uyğun olaraq (138.98 manat) hesablanaraq göstərilmiş, aşağıda isə “Hörmətli abonent, sizin xx.xx.2024-cü il tarixə qalıq borcunuz 13896 manat təşkil edir. Xahiş edirik borcun ödənilməsini təmin edəsiniz” yazılmışdır. Beləliklə, cavabdeh qurumun əməkdaşlarının qanunsuz hərəkəti ilə tərtib olunmuş “Akt” və adsız sənəddə adıma 13734 manatın hesablanması əsassız və qanunsuz olmaqla hüquqlarımın pozulması ilə nəticələnir.”
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
9. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
10. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
11. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
13. İş materiallarına əlavə olunmuş 603163 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3nin ünvan 5 ünvanında yerləşən binaya baxış zamanı binanın isti su və qızdırılma xəttinin mövcud olması, isti suyun binada fərdi qaydada sayğaclaşdırıldığı, qızıdırılma xəttinə soyuq su xəttindən d=50 mm xətt çəkildiyi, həmin xəttin kənar xətt olduğu, kanalizasiyaya qoşulmanı olmadığı aşkar olunmuşdur.
14. İş materiallarında olan 073773 saylı abonent kodu üzrə İddiaçı məxsus olan Abonent Saldosundan görünür ki, İddiaçı cari tarixə qalıq borcu 13.734 manat təşkil edir.
15. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc 603163 saylı xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış olan borc məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.
16. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.
17. Qeyd edilmiş aktın vahid məlumat reyestrində qeydə alınmadığını məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi də, bildirmişdir.
18. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
19. Ona görə də, 13.734 məbləğində borc silinməlidir.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X3 tərəfindən İddiaçı məxsus 073773 saylı abunə kodu üzrə hesablanmış 13.734 (on üç min yeddi yüz otuz dörd) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov