Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2531/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı qiymətləndirmə nəticələrinin ləğv edilməsi və yenidən qiymətləndirilmənin keçirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 30Q ünvanında yerləşən 107,60 kv.m qeyriyaşayış sahəsinin düzgün olmayaraq – (269000 manat) qiymətləndirməsini ləğv edərək sözügedən əmlakın yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh X3 qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020- ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2021-ci il tarixinə mövcud olan 9355 manat, xx.xx.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə isə 2094 manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X4 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004,AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin e-2(005)-342/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq Cavabdeh X1 xx.xx.2020-ci il tarixli, 51 nömrəli icarə müqaviləsi üzrə 9355 manat, xx.xx.2020-ci il tarixli, 52 nömrəli icarə müqaviləsi üzrə 2094 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması qət edilmişdir. Nərimanov rayon Məhkəməsinin e-2(005)-342/2022-016 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. Nərimanov Rayon İcra Şöbəsinin 1930 223601/22-15-2B nömrəli icra sənədinin icrası ilə əlaqədar yuxarıda göstərilən borcun ödənilməsi ilə əlaqədar borclu X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 107,60 kv.m qeyri-yaşayış binası hərrac vasitəsi ilə satılması qərara alınmışdır. Əmlakın satış qiyməti Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən əsasız olaraq 269000 manat qiymətləndirilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, hal-hazırda ona məxsus mülkiyyətində olan əmlak qanunsuz olaraq hərraca çıxarılmışdır. Azərbaycan Respublikası Respublika Xammal və X6 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi tərəfindən onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 269000 manat olmaqla xx.xx.2024-cü il tarixə hərracın keçirilməsi təyin olunmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, ona məxsus qeyri-yaşayış sahəsinin düzgün olmayaraq orta bazar qiymətindən aşağı qiymətləndirilmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən icarə haqqı borcunun ödənilməsi tələb olunan torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsi deyil. Belə ki, sual olunur ki, nə üçün icarə haqqı borcu kimi hesablanmış məbləği icarə haqqının yarandığı torpaq sahəsi üzərindəki, ona məxsus və mülkiyyətində olan əmlakın qiymətləndirilməsini aparılmamışdır. Ən əsası göründüyü kimi ona məxsus qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşir və dəyəri daha yüksəkdir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, 30Q ünvanında yerləşən ərazidə eyni sahələrin bazar dəyəri 800000 manat təşkil edir. ünvan 1 ünvanında yerləşən 107,60 kv.m qeyriyaşayış sahəsinin 269000 manat qiymətləndirilməsi tam əsassız və səhvdir. Bildirir ki, onun bu məsələlərdən məlumatı olmamışdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubudur. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi ona məxsus obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərar olmadan həyata keçirilmişdir. Bundan əlavə bildirir ki, qiymətləndirilən əmlak “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun eyni zamanda, Beynəlxalq qiymətləndirmə Standartlarına uyğun olmayaraq qiymətləndirilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırda iddiaçı X5 Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən aparılmış mübahisəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinin ləğv edilərək, sözügedən əmlakın yenidən qiymətləndirilməsini tələb edir. Digər tərəfdən iddia ərizəsinin məzmunundan da göründüyü kimi mübahisəli qeyriyaşayış sahəsinin satılmasına dair hərrac hal-hazıradək keçirilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2023-cü il tarixli qərardadında formalaşdırılmış hüquqi mövqeyə görə borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. “İcra haqqında” Qanunun: 51-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 29.1-ci maddəsinə görə tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeni də nəzərə alaraq hesab edir ki, borclunun əmlakın hərracda satışı üçün icra məmurunun sifarişi əsasında cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatı hərracın keçirilənədək iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmadığından həmin hesabat iddia icraatı qaydasında mübahisələndirilə və bu iddiaya məhkəmədə baxıla bilməz. İddiaçı qeyd edilən qiymətləndirmə hesabatı ilə razılaşmadığı halda əmlakın yenidən qiymətləndirilməsi üçün icra məmuruna müraciət etməli, əgər icra məmuru əsaslı səbəb göstərmədən yeni qiymətləndirmə rəyi alınması üçün sifariş verməkdən imtina edərsə icra məmurunun hərəkətindən və ya hərəkətsizliyindən aidiyyəti məhkəməyə şikayət verməli idi. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı qiymətləndirmə nəticələrinin ləğv edilməsi və yenidən qiymətləndirilmənin keçirilməsi tələbinə dair ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya qeyd edilən qiymətləndirmə hesabatı ilə razılaşmadığı halda əmlakın yenidən qiymətləndirilməsi üçün icra məmuruna müraciət etmək, əgər icra məmuru əsaslı səbəb göstərmədən yeni qiymətləndirmə rəyi alınması üçün sifariş verməkdən imtina edərsə icra məmurunun hərəkətindən və ya hərəkətsizliyindən aidiyyəti məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı qiymətləndirmə nəticələrinin ləğv edilməsi və yenidən qiymətləndirilmənin keçirilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya qeyd edilən qiymətləndirmə hesabatı ilə razılaşmadığı halda əmlakın yenidən qiymətləndirilməsi üçün icra məmuruna müraciət etmək, əgər icra məmuru əsaslı səbəb göstərmədən yeni qiymətləndirmə rəyi alınması üçün sifariş verməkdən imtina edərsə icra məmurunun hərəkətindən və ya hərəkətsizliyindən aidiyyəti məhkəməyə şikayət vermək hüququ izah edilsin. İddia verilərkən ********** nömrəli qəbzə əsasən ödənilmiş 99,60 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2531/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2531/2024
18.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver