Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2591/2024 08.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” X8 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə1 qızının, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” X8 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” X13i Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış mənbəyi məlum olmayan 105.567,68 manat borcun silinməsini cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Şabran rayon Mərkəzi Xəstəxanası” X13 dövlət adından yaradılan X10b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. Ödənişlər Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X13lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X13lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. “Şabran rayon Mərkəzi Xəstəxanası” X13 istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtı vaxtında ödənişlərini etsə də, bir müddət sonra Xaçmaz RQİİ əməkdaşları tərəfindən X12 İstismarı İdarəsi əməkdaşları tərəfindən təqdim olunmuş sənədlərə əsasən guya 2010-cu ilə qalıq 105.567,68 mənbəyi məlum olmayan borc olması göstərilmiş və buna qazın verilməsinin dayandırılmış, qazın verilməsinin dayandırılması nəticəsində rayon əhalisinə keyfiyyətli tibbi yardım göstərilməsində və xəstəxananın fəaliyyətində çətinliklər yaranmışdır. Bu da insan həyat və sağlamlığının qorunmasını həyata keçirən xəstəxanın işinin iflic edilməsi deməkdir. Dəfələrlə həmin borcun nəyə əsaslandığı barədə məlumat istənilsə də, açıqlaması verilməmişdir. 2010-cu ilə qalıq 105.567,68 manat borc qeyd edilmişdir. Niyə məhz keçən 13 il ərzində həmin borc tələb edilməmişdir.
3. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə vermiş olduğu etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında əhali və qeyri-əhali abonentlərinin təbii qaz ilə təchiz edilməsi sahəsində münasibətləri qanunvericilik yolu ilə tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndində istehlakçıya qazın verilməsinin dayandırılmasının əsaslarından biri də “qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakcıya qaz paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə” göstərilmişdir. Deməli, abonentə istehlak etdiyi təbii qazın hesabı qaz paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində ödənilməsə həmin abonentin təbii qaz təchizatı dayandırılmalıdır. Lakin Cavabdeh İB-nin Şabran xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi ilə həssas qrupa aid olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Beləliklə, abonentin təbii qazdan istifadəyə görə borcu ilbə-il artmışdır. “Şabran rayon mərkəzi xəstəxanası” X13in X2 Sistemi Proqramında 2010cu ilin sonuna borcu 105.567,68 göstərilmişdir. Hal-hazırda, 2023-cü ilin noyabr ayına isə “Şabran rayon mərkəzi xəstəxanası” X13in təbii qaza görə borcu 105.567,68 manat təşkil edir. Lakin, iddiaçının bu borcun Cavabdeh İB tərəfindən tələb edilməsi üçün iddia müddətinin keçməsi fikri səhvdir. “Şabran rayon mərkəzi xəstəxanası” X13i əsas müəssisə ilə bir yerdə ümumilikdə 9 müəssisə olaraq təbii qazdan istifadə edir. Əsas “Mərkəzi xəstəxana”nın 2010-cu ilin sonuna 88834,71 manat olan borcu hazırda, yəni 2023-cü ilin oktyabr ayına 79367,45 manatdır. Deməli debitor borcdan bu uzun illər ərzində iddiaçı tərəfindən 9467,26 manat məbləğ ödənilmişdir. Məsələn, 2023-cü ilin mart ayında Mərkəzi xəstəxana”nın təbii qazdan 1695 m3 və ya 423,75 manat məbləğində istifadə etmişdir. Lakin həmin ay 558 manat qaza görə ödəniş edilmişdir. Deməli, iddiaçı 2023-cü ilin mart ayında mübahisələndirilən debitor borcundan 134,25 manat ödəmişdir ki, bu ödəniş də borcu etiraf edən hərəkətdir. Yəni iddiaçının mübahisləndirdiyi 105.567,68 manat borc təmiz debitor borcdur və iddiaçı həmin mübahisləndirdiyi borcu ödəməkdən illər ərzində boyun qaçırmışdır. Bununla da aydın olur ki, “Şabran rayon mərkəzi xəstəxanası” X8 iddia tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir.
II.Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək mənbəyi/mənşəyi məlum olmayan 105.567,68 manat borcu silərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçıya məxsus 2004-2010-cu illəri əhatə edən abonent saldosuna əsasən qaz sərfiyyatına görə yekun borc 105824,73 manat qeyd olunmuşdur.
8. Cavabdeh İB-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2-2-8/2- 448/2023 saylı müraciətə baxılması haqqında məktubunda Şabran Rayon Mərkəzi Xəstəxanası Publik X3 İstismar İdarəsinə xx.xx.2023-cü il tarixə təbii qazdan istifadəyə görə ümumilikdə 105567,68 manat borcu olduğu və yaranmış borcun 2010-cu ilə qədər olan dövrləri əhatə etdiyi qeyd olunmuşdur.
9. Cavabdeh İB-nin Məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 14-2-2-8/2- 753/2024 saylı arayışına əsasən “Şabran rayon mərkəzi xəstəxanası” X8 xx.xx.2024-cü il tarixə 105.567,68 manat məbləğində təbii qazdan istifadəyə yaranmış və ödənilməmiş debitor borcdur.
10. Məhkəmə iş materiallarını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
16. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
17. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, cavabdeh qaz paylayıcı qurum tərəfindən iddiaçı X13ə 105.567,68 borc yazılmışdır.
21. İddiaçı qeyd edilən borc məbləğlərinin əsassız hesablandığını, borcun mövcudluğu ilə bağlı hər hansı təsdiqedici sənədlərin olmadığını bildirir və silinməsini tələb edir.
22. Hazırda mübahisələndirilən 105.567,68 manat borcla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
23. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
24. Cavabdeh qeyd edilən borc məbləği ilə bağlı 2004-2010-cu illər üçün “abonent saldosu” kimi iddia etdiyi sənədləri məhkəməyə təqdim edir. Lakin “abonent saldosu” özüözlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər.
25. Hazırkı işdə isə iddiaçının abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün deyildir.
26. Beləliklə, məhkəmə hesab edir ki, 105.567,68 manat borcun əsaslılığı ilə bağlı cavabdeh sübutetmə vəzifəsini yerinə yetirə bilmir və bu səbəbdən – həmin borc əsassız olduğundan silinməlidir.
27. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanan qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
28. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 105.567,68 manat borc silinməlidir.
29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir.
30. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
32. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
33. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (dövlət rüsumunun hesablanması kalkülyatorunun göstəricisi nəzərə alınmaqla) 396 manat mediasiya xərcinin əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V.Nəticə:
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən “Şabran Rayon Mərkəzi Xəstəxanası” X11 hesablanmış 105.567,68 manat məbləğində borc məbləği silinsin. Mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 396 manat Cavabdehndən tutularaq iddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” X11 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova