Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2595/2023 24.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız borcun silinməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Acıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsində (Abonent kodu 011800) ünvanına yazılmış 04 iyun 2021-ci il tarixli 601535 nömrəli aktın etibarsız hesab edilməsi və 4000 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2595/2023 saylı qərardadı ilə İddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 04 iyun 2021-ci il tarixli 601535 nömrəli akta görə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsində (Abonent kodu 011800) ünvanına 4000 manat əsassız borc hesablanmışdır. Məhkəmədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsində (Abonent kodu 011800) ünvanına yazılmış 04 iyun 2021-ci il tarixli 601535 nömrəli aktın etibarsız hesab edilməsi və 4000 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən qanusuzluqlara yol verilmişdir. Həmin aktın və borcun yazılmasına heç bir əsası yoxdur, borc yaranmamışdır. Aktda yazılanların heç birinin əsası yoxdur, çirkab sulardan istifadə etməmiş, onun evi obyekt kimi yazılıb, lakin bu obyekt olmayıb, evdə yaşayış yoxdur, plastik yeri kimi fəaliyyət göstərmir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, plastik sexi faəliyyəti ilə məşğul olur. Karta pul yükləniləndən sonra ona məlum olmuşdur ki, Azərsu ASC-nin əməkdaşları tərəfindən akt yazılmışdır. Azərsu ASC-nin əməkdaşları müəssisənin hasarını keçmədən sayğacdan kənar su xəttinin olmasına dair akt tərtib etmişlər.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Azərsu ASC-nin əməkdaşları tərəfindən obyektə baxış keçirilərkən sayğacdan kənar xətt aşkar edilmiş və 4104 manat dəymiz ziyan məbləği hesablanmışdır. Obyektə baxış keçirilməsi yoxlama xarakterli olmuş, lakin həmin yoxlama dövlət reyestrində qeydiyyata alınmamışdır. Sayğacdan kənar diametri 20 sm olan boru vasitəsilə sudan qanunsuz istifadə müəyyən edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
1. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
2. İşdən göründüyü kimi iddiaçı cavabdeh ASC tərəfidən qeyri-yaşayış sahəsində aparılan yoxlama zamanı tərtib olunmuş akta görə dəymiş zərər kimi hesablanmış borcun silinməsini məhkəmədə mübahisələndirmişdir.
3. Cavabdeh ASC ilə X4 arasında xx.xx.2016-cı il tarixdə “Su təchizatı və tullantı sularının axıdılmasına xidmətlərinə dair” Ramana qəsəbəsi, Dimitrov küçəsində yerləşən ünvana dair onunla fərdi sahibkar kimi müqavilə bağlanmış və müqaviləyə əsasən:
4. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət-işməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
5. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 601535 saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq Məmmədov Turaba məxsus ünvan 2 ünvanında yerləşən obyektin (kafe) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olunduğu, həmçinin Məmmədov Turab tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində Cavabdeh ASC-yə vurduğu maddi ziyanın hesablanması və ödənilməsi üçün bu aktın əsas olduğu qeyd olunmuşdur.
6. Abonent haqqında məlumatlardan görünür ki, abonent X1 və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə çirkab və suya görə 4104 (su borcu-2052 manat və çirkab su borcu-2052 manat) manat borc hesablanmışdır.
7. X4 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsində, 9 ünvanında, (abonent kodu 011800) yerləşən ona məxsus obyektə əsassız olaraq xx.xx.2021-ci il tarixli, 601535 nömrəli aktla 4000 manat əsassız borc yazıldığı və həmin borcun 3 iş günü müddətində silinməsi xahiş edilmişdir.
8. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
9. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
10. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 601535 saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq Məmmədov Turaba məxsus ünvan 2 ünvanında yerləşən obyektin (kafe) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olunduğu, həmçinin Məmmədov Turab tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində Cavabdeh ASC-yə vurduğu maddi ziyanın hesablanması və ödənilməsi üçün bu aktın əsas olduğu qeyd olunmuşdur və abonent haqqında məlumatlardan da göründüyü kimi abonent X1 və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə çirkab və suya görə 2021-ci ilin iyun ayında 4104 (su borcu-2052 manat və çirkab su borcu-2052 manat) manat borc hesablanmışdır.
11. Hazırda iddiaçı X4 ona əsassız hesablanmış və hal-hazırda məhkəməyə müracət etdiyi iddia tələbində yalnız 4000 manat məbləğində borcun silinməsini tələb edir.
12. Məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh ASC mübahisəli borcun hesablanmasını iddiaçı X4 tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutlar (video və foto çəkilişlər və s.) məhkəməyə təqdim edə bilməmişdir.
13. Belə ki, məhkəməyə təqdim edilmiş 601535 saylı akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçının imzası olmadan və cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.
14. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
17. 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
18. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
19. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
21. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
22. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
23. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
24. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
25. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.
26. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
27. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 4104 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan 4000 manat borcun silinməsi barədə tələbi təmin edilməlidir.
28. Bundan əlavə, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçıya akt əsasında iddia tələbində göstərilən 4000 manat deyil, məhz 4104 manat borcun hesablanması müəyyən edilsə də, iddiaçı iddia tələbinin artırılması barədə ərizə verməmişdir, 4000 manat borcun silinməsi barədə iddia tələbinin qalmasının onu qane etdiyini bildirmişdir. Məhkəmə də Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən iddiaçının verdiyi tələb üzrə işə baxaraq iş üzrə qətnamə qəbul edilməsini qanaunauyğun hesab etmişdir.
29. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
32. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia qismən yəni 7316,20 manata borcun silinməsi hissəsində qismən təmin edilməli.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı X3 601535 saylı, 04 iyun 2021-ci il tarixli akta əsasən əsassız hesablanmış 4000 (dörd min) manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova