Məhkəmə qərarları › İş №e-2-2(113)-276/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-276/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-276/2022 10.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı (X1 Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) pulun tutulması və elektrik enerji sərfinin texnoloji itkisinin hər ay hesabdan azaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərişıq" ASC-dən 190.693 manat məbləğində pulun, habelə ödənilmiş 400 manat mediasiya xərcinin "xxxx" ASC-nin xeyrinə tutulması və bundan sonra “Azərişıq" ASC-nin abonentlərinin istifadə edəcəkləri elektrik enerji sərfinin texnoloji itkisinin hər ay Korporasiyanın hesabından azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xırdalan şəhərinin inzibati ərazisində yerləşən "xxxx" ASC tərəfindən inşa edilmiş 35 binadan, 85 blokdan ibarət 4200 mənzilli çoxmərtəbəli yaşayış binası “Azərişıq" ASC-nin X4 xidmət göstərdiyi ərazidə olmaqla “Azərişıq" ASC-də **********9 nömrəli kod ilə qeydiyyatdadır. "xxxx" ASC-nin yaşayış kompleksini elektrik enerjisi ilə təmin etmək üçün "xxxx" ASC-dən texniki şərt alınmış, 4 ədəd 10 kv-luq kabel xətti çəkilərək 8 ədəd 2500 kVa gücündə transformator olan transformator məntəqələri tikilərək istismara buraxılmışdır. 4 ədəd xəttin əvvəlində sərhəd nöqtəsində yaşayış kompleksininin elektrik enerji sərfinin ölçülməsi üçün ********* nömrəli (əmsal 8000), ********** nömrəli (əmsal 8000), ********* nömrəli (əmsal 8000) və ********* nömrəli (əmsal 8000) elektrik sayğacları quraşdırılmışdır. 2016-cı ilin fevral ayından etibarən yaşayış binasında olan mənzillər elektrik sayğacları ilə təmin edilmiş va hər bir mənzil fərdi qaydada qeydiyyata alınaraq "xxxx" ASC-nin abonenti olmuşdur. Eyni vaxtda həmin yaşayış kompleksində olan 71 obyekt də "Azərişıq” ASC-də qeydiyyata düşərək öz istifadə etdikləri elektrik enerjisinin dəyərini ödəməkdədirlər. “Korporasiya ilə hesablaşmada 4 ədəd 8000 əmsalı olan elektrik sayğaclarının göstəricisindən 4200 mənzilin və 71 abonentin istifadə etdikləri sərfiyyat çıxıldıqdan sonra qalan bütün sərfıyyatın ödənilməsini "xxxx" ASC şirkətlərindən tələb edir. Korporasiyanın mütəxəsisləri tərəfindən sərfiyyatın təhlili aparılmış və məlum olmuşdur ki, ümumi sərfiyyatın təqribən 87%-i "xxxx" ASC-nin öz abonentlərinin sərfiyyatıdır. “Azərişıq" ASC, ümumi sərfiyyatın təqribən 87%-nin öz abonentlerinin olmasına baxmayaraq, Korporasiyaya ödəniş üçün verdiyi sənədlərdə öz abonentlərinin sərfiyyatına uyğun heç bir texnoloji itkiləri (transformator itkiləri, xətt itkiləri, birləşmə nöqtələrindəki itkilər, sayğac itkiləri və sair) nəzərə alınmadan, bütün sərfiyyatın ödənilməsi əsas istehlakçı olan Korporasiyadan tələb edilir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2, 1.4 və 7.14-cü bəndlərinin tələblərinin pozulması deməkdir. EEİQ-nin 1.2-ci bəndində göstərilir: “Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerji istehlakçıları üçün məcburidir”. EEİQ-nin 1.2-ci bəndinin 2-ci abzasında göstərilir ki, enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda subabonentin elektrik enerjisi itkiləri (texnoloji itkilər) əsas istehlakçının sərfindən çıxılır. EEİQ-nin 7.14-cü bəndində göstərilir: ”Enerjitəchizatı müəssisəsinin elektrik şəbəkəsinə istehlakçının şəbəkəsi vasitəsi ilə tranzitlə elektrik enerjisi verildikdə, istehlakçının enerji təchizatı müəssisəsinə verdiyi elektrik enerji miqdarına olan nisbətinə mütənasib olaraq, istahlakçının şəbəkəsindəki elektrik enerjisi itkisinin (texnoloji sərfiyyatın) bir hissəsi enerjitəchizatı müəssisəsinə aid edilir”. Korporasiya, EEİQ-nin 8.35-ci bəndinə istinad edərək, “Azərişıq" ASC-nin EEİQ-nın tələblərinə əməl etməsi üçun 12 aprel 2021-ci il tarixli 0301/312 nömrəli məktubla Azərbaycan Respublikasının Energetika Naziri cənab Pərviz Şahbazova müraciət edərək texniki itkilərə görə onlardan artıq tutulmuş pul vəsaitinin onlara qaytarılmasına kömək edilməsini xahiş etmişdilər. Çünki EEİQ-nin 8.35-ci bəndində göstərilir ki, enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Energetika Nazirliyinin X1 Agentliyi Sumqayıt Filialı (bundan sonar Sumqayıt Filialı adlanacaq) Korporasiya tərəfindən edilmiş müraciətlə əlaqədar “Azərişıq" ASC-yə xx.xx.2021-ci il tarixli AERA-21-21-21-774/21 nömrəli məktubla müraciət etmiş, lakin “Azərişıq" ASC-dən filiala daxil olmuş cavab məktubunda heç bir əsas olmadan yalnız qeyri-əhali qrupu abonentlərə aid texniki itkilərin 2021-ci ilin iyun ayından başlayaraq Korporasiyanın sərfiyyatından çıxılacağı bildirilmiş, əhali abonentlərinə ötürülən tranzit elektrik enerjisinə görə yaranan itkilərə görə isə münasibət bildirilməmişdir. Sumqayıt Filialı “Azərişıq" ASCnin verdiyi cavabın EEİQ-nin tələblərinə cavab vermədiyini nəzərə alaraq, verilmiş cavabla əlaqədar EEİQ-nın 7.14-cü bəndində tranzit itkilərin hesablanması zamanı istehlakçı qrupları arasında fərq qoyulmadığını nəzərə alaraq, “Azərişıq" ASC-nin şəbəkəsinə Korporasiyanın şəbəkəsi vasitəsi ilə transit öturülən elektrik enerji itkilərinin Korporasiyanın hesabından çıxılması ilə bağlı məsələyə yenidən baxılması barədə “Azərişıq" ASC-yə AERA-21-21-21-917/21 nömrəli xx.xx.2021-ci il tarixli məktubla Sumqayıt Filialı tərəfindən təkrar müraciət olunmuşdur. Sumqayıt Filialının təkrar müraciətinə cavab olaraq “Azərişıq" ASC-nin Texniki Departamentinin direktoru 06 avqust 2021-ci il tarixli 6-xx/xx/3835 nömrəli cavab məktubu ilə bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Korporasiyanın hesabından 143391 kVt/s (dəyəri 12905,19 manat) elektrik enerjisi sərfiyyatı çıxıldığı və növbəti aylarda “Azərişıq" ASC ilə müqavilə bağlamış istehlakçıların itkilərinin Korporasiyaya aid edilməyəcəyini bildirmiş, lakin yenidən hesablaşmanın hansı dövrü əhatə etdiyini bildirməmişdir. Sumqayıt Filialının rəisi Korporasiyaya ünvanladığı 09 avqust 2021-ci il tarixli AERA-21-1981/21 nömrəli məktubda yuxarıdakıları bildirmiş və EEİQ-nın 8.35-ci bəndinə istinad edərək Korporasiyanın məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. Texniki Departamentinin Direktorunun 06 avqust 2021-ci il tarixli 6-xx/xx/3835 nömrəli cavab məktubunda “Azərişıq" ASC-nin abonentlərinin itkilərinin Korporasiyaya aid edilməyəcəyini bildirdiyi halda, 2021-ci ilin iyul, avqust, sentyabr aylarında bütün itkilər yenə də bütünlüklə Korporasiyaya aid edilməklə EEİQ-nin tələblərini yenidən pozmuşdur. Göründüyü kimi, iddiaçıya "xxxx" ASC tərəfindən "Elektrik enerjisindən istifadə" Qaydalarının tələblərinə zidd olaraq balans mənsubiyyəti sərhəddindən elektrik sayğacı quraşdırıldığı yerədək elektrik enerjisi itkiləri çıxılmadan faktiki istehlak edilmiş elektrik enerjisinin dəyərindən artıq əlavə borc hesablanmışdır. Belə ki, qanunvericilik, elektrik enerjisinə görə hesablaşmaların tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik sayğacının göstərişinə əsasən hesablanmalı olmasını müəyyən etmiş, elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkilərini (texnoloji sərfiyyat) şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid etmiş, elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehliyi isə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyətiaktına əsasən həmin qurğuların balans daşıyıcısı olan təşkilatın üzərinə qoymuşdur. “Azərişıq" ASC tərəfindən Korporasiyaya texnoloji itkilərə görə qaytarılmalı olan pul məbləği illər üzrə aşağıdakı kimidir: 2016-cı il üzrə 39.129,07 manat 2017-ci il üzrə 45.883,55 manat 2018-ci il üzrə 35.620,46 manat 2019-cu il üzrə 31.153,02 manat 2020-cı il üzrə 28.150,44 manat 2021-cı ilin 9 ayı üzrə 23.660,98 manat, cəmi məbləğ: 203.598 manat. Nəzərə alsalar ki, həmin məbləğdən 12.905 manatı cavabdeh tərəfindən qaytarılmışdır və hazırda cavabdehin Korparasiyaya ödəməli olduğu məbləğ 190.693 manat təşkil edir. Onu da məhkəmənin nəzərinə çatdırırlar ki, qanunvericiliyə edilmiş dəyişikliyə müvafiq olaraq, cavabdehə mübahisənin mediasiya qaydasında həll olunması üçün xx.xx.2021-ci il tarixdə təklif göndərilmişdir. Təklifləri cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul olunsa da, təklifə cavab verilməmişdir. Bu iş üzrə Mediasiya Şurası tərəfindən təyin edilmiş mediator tərəfindən cavabdehə mediasiya prosesində iştirak etmək üçün dəvət məktubu göndərilsə də cavabdeh mediasiyaya gəlməmişdir. Bu barədə mediator tərəfindən 002009 saylı xx.xx.2021-ci il tarixdə onlara müvafiq arayış da verilmişdir. Tərəflərindən mediasiya xərcinə dair 400 manat xidmət haqqı ödənilmişdir. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, Korporasiyanın mütəxəssisləri tərəfindən sərfiyyatın təhlili aparılmış və ümumi sərfiyyatın 87%-nin "xxxx" ASC-nin abonentlərinin olması faktı "xxxx" ASC tərəfindən qəbul edilmir. Belə ki, iddiaçının tələbində də qeyd olunduğu kimi "xxxx" ASC-dən satın alınan elektrik enerjisi ümumi qaydada "xxxx" ASC-ni transformatorlarına daxil olur, ümumiləşdirilmiş sayğacdan keçir və həm 2500 mənzilə, həm 71 obyektə, həm də "xxxx" ASC-yə ötürülür. İddiaçı özü də iddia tələbində etiraf edir ki, transformatorlar Korporasiyaya aiddir. Bununla da transformatora daxil olan elektrik enerjisinin itirilməsi zamanı yaranan itki məhz Korporasiyaya aid edilməlidir. Mövcud faktı anlamaq üçün heç də ekspert və ya mütəxəssis olmağa ehtiyac yoxdur. "xxxx" ASC-nin Korporasiyanın yaşayış kompleksini elektrik enerji ilə təmin etmək üçün "xxxx" ASC-dən aldığı texniki şərt əsasında quraşdırdığı transformatorlarda enerji itkisinin olmasında "xxxx" ASC-nin heç bir təqsiri yoxdur. Bundan əlavə tərəflər arasında imzalanmış müqavilədə "xxxx" ASC-nin "xxxx" ASC-nin transformatorlarına ötürülən elektrik enerjisi üzrə yaranacaq itkiyə görə ASC heç bir öhdəlik götürməmişdir. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqısatqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir. İddiaçı "xxxx" ASC özü də iddia tələbində bildirdiyi kimi 2016-cı ildə başlayaraq 2021-ci ildədək "xxxx" ASC tərəfindən Kopporasiyaya texnoloji itkilərə görə 190.693 manat vəsait ödənilməldir. Korporasiya texnoloji itkinin "Azərişıq” ASC-yə aid etdiyi bir halda bəs hansı səbəbdən 2016-cı ildən sözügedən iddianı qaldırmırdı. Bundan əlavə yuxarıda da qeyd olunduğu kimi, tərəflər arasında elektrik enerjisinin satışına dair müqavilə imzalanan zaman Korporasiya müvafiq istinadı edə bilərdi. Korporasiya özü də anlayır ki, hazırkı tələb tam əsassızdır. Məhkəmənin nəzərinə çatdırmaq istərdilər ki, iddiaçı, "xxxx" ASC-nin elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-yə 79.770,21 manat borcu var. Borcun ödənilməsi tələbinə dair iddiaçıya dəfələrlə xəbərdarlılq edilsə də "xxxx" ASC bu günə qədər "xxxx" ASC-yə 79.770,21 manat borcunu ödəmir. "xxxx" ASC-nin əməkdaşları "xxxx" ASC-nin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borc haqqında bildiriş xəbərdarlıq (hesabfaktura) təqdim etməsini tələbin irəli sürülməsi və iddiaçı tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-4927/2021 saylı qərardadı ilə X1 Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia tələbi iddia müddətinin keçməsi ilə irəli sürüldüyündən iddia müddəti tətbiq etməklə, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-4927/2021 saylı qərardadı ilə hazırkı iş üzrə kompleks məhkəmə-texniki və mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Z.Səmədova məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, etirazında göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə Z.Səmədova məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirdi ki, iddiaçının hazırkı borcunun 203.763,82 manat təşkil etdiyini bildirdi. Cavabdehin nümayəndəsi C.Aslanov məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında qeyd etdi ki, "xxxx" ASC tərəfindən silinmiş 12.905 manat məbləği səhv hesablanıb. Belə ki, iddiaçının hesabından yalnız əhali abonentlərinə aid itkilər çıxılmalı olduğu halda, qeyri-əhali abonentlərinin itkiləri də çıxılmışdır. X1 Agentliyinin mövqeyi ilə razı deyil. EEİQ-nin 7.14-cü bəndinin iddiaçıya hər hansı aidiyyatı yoxdur. 7.14-cü bənddə tranzitdən söhbət gedir. Həmin ərazidəki mənzillər, sayğaclar, liftlər və ümumi təssərüfat iddiaçıya məxsusdur. Mənzilləri əldə edən şəxslər həmin ərazidə payçı kimi yaşayırlar. Onlar sayğaclar üzrə ödəniş tələb etsələr belə, abonentlər fərdi qaydada müraciət edib sayğac ala bilməz. Əhalidən texniki itkiləri tələb edə bilməzlər. Onlar baş sayğac üzrə hesablama aparmalıdırlar. Əhali və qeyri-əhali üzrə toplam verilən elektik enerjisi ilə baş sayğac üzrə verilən elektrik enerjisi arasında təxmini 3 milyon kvt/saat elektrik enerji fərqi var. Bunun səbəbi ərazidə qeydiyyata alınmamış 70 mənzilin olmasıdır. Nümayəndə C.Aslanov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, EEİQ-nin 8.11-ci bəndində qeyd olunmuşdur ki, istehlakçının baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı tərəfindən ödənilir. Bununla bağlı qeyri-əhali qrupu üzrə itkilər iddiaçıya hesablanmalıdır. Elektrik xətti, avadanlıqlar və sairə iddiaçının balansındadır. "xxxx" ASC bugünədək səhv hesablama aparmışdır, əhali üzrə itkilər iddiaçıya hesablanmamalı idi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Agentliyinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Agentliyin mövqeyi itkilərin tərəflər arasında bölünməsindən ibarətdir, mövqelərini EEİQ-nın 7.9 və 7.14-cü bəndlərinə əsaslanır, EEİQ-nın 8.10-cu bəndinə əsasən istehlakçının baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur, bu halda baş transformatordakı elektrik enerjisi itkiləri hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə görə istehlakçıdan əlavə ödəniş tutulmur, cavabdeh tərəfindən 6 ay müddətdə ödənilmiş itkilərin məbləği 3 faiz ilə qaytarılmışdır. Odur ki, qalan aylar üçün ödənilmiş məbləğ də qaytarıla bilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 ona verilmiş suallara cavab olaraq bildirdi ki, uzun müddətdir ki, mübahisə predmeti olan məsələni araşdırır. Korporasiyanın sayğacları yerləşdiyi əraziyə baxış keçirmişdir. Daha əvvəl 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üçün yenidən hesablaşma aparılaraq iddiaşıya hesablanmış borcun 12.905 manat hissəsi silinmişdir. Elektrik sayğacları transformatorlardan əvvəldə, yüksək gərginlik hissəsində yerləşir. Əmsal 8000 təşkil etdiyinə görə sayğac əvvəldə yerləşməlidir. 4 baş sayğac Masazır yarımstansiyasında quraşdırılıb. Texniki şərtdə nəzərsdə tutulsa da, tranformator yarımstansiyalarında iddiaçının sayğacı yoxdur. EEİQ-nın 7.14-cü bəndlərinə əsasən enerjitəchizatı müəssisəsinin elektrik şəbəkəsinə istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisi verildikdə, istehlakçının enerji-təchizatı müəssisəsinə verdiyi elektrik enerjisinin, istehlakçının şəbəkəsinə daxil olan bütün elektrik enerjisi miqdarına olan nisbətinə mütənasib olaraq, istehlakçının şəbəkəsindəki elektrik enerjisi itkisinin (texnoloji sərfiyyatın) bir hissəsi enerjitəchizatı müəssisəsinə aid edilir. Onlar bu qaydaya uyğun olaraq 2021-ci ildə 12.905 manat məbləğinfə borc məbləğini silmişlər. Transformatora qoşulan abonentlərin sərfiyyatı çox olduqda, transformator da çox işləyir və itkilərin həcmi də çox olur. İddiaçıya məxsus transformatorlara 1 milyon kvt elektrik enerjisi verilir, bunun 85 faizi əhaliyə aiddir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Agentliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, həmin müqavilənin: 8-ci bəndinə görə enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. 10-cu bəndinə görə hesablaşmalar yalnız tərəflərin elektirk şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişlərinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Abonentin baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə (EVX) bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda, abonentlə hesablaşmalarda hər 1 kVt saat elektrik enerjisinə görə ödəniş müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulmalıdır. Bu halda balans mənsubiyyət sərhədindən hesablaşma elektrik sayğacı quraşdırılmış yerə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir, həmin elektrik enerjisi itkisinə görə abonentdən əlavə ödəniş tutulmur və o abonentə buraxılmış elektrik enerjisi ilə cəmlənir. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyət sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir (yaxud çıxılır). 11-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,09 manat tarif üzrə aparılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Sumqayıt Filialına ünvanlanmış 06 avqust 2021-ci il tarixli, 6-xx/xx/3835 saylı məktubda göstərilmişdir ki, Xırdalan şəhəri ərazisində Korporasiyanın "xxxx" ASC-nin informasiya məlumat bazasında **********9 nömrəli kod altında qeydiyyatdadır və yaşayış binaların elektrik enerjisi ilə təmin edən xətlərin sərhəd nöqtəsində ********** nömrəli (əmsal 8000), ********** nömrəli (əmsal 8000), ********* nömrəli (əmsal 8000) və ********* nömrəli (əmsal 8000) elektrik sayğaclar quraşdırılmışdır. Korporasiyanın elektrik enerji sərf yuxarıda nömrələri qeyd edilən elektrik sayğaclarının göstərici əsasında hesablanan sərfiyyatdan, həmin yaşayış kompleksində "xxxx" ASC-nin abonenti olan 4200 mənzilin və 71 ədəd qeyri-əhali qrupuna aid olan abonentin aylıq istifadə etdikləri elektrik enerji sərfinin miqdarı çıxıldıqdan sonra qalan sərfiyyat Korporasiyaya aid edilir və ödənilməsi üçün müvafiq sənədlər təqdim edilir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.14-cü bəndinin tələblərinə əsasən xx.xx.2021-ci il tarixdə Korporasiyanın hesabından 143391 kvt/saat (12.905,19 manat) azaldılmışdır və növbəti aylarda "xxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlamış istehlakçıların itkiləri Korporasiyaya aid edilməyəcəkdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Sumqayıt Filialı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 09 avqust 2021-ci il tarixli, AERA-21-1981/21 saylı məktubdan görünür ki, "xxxx" ilə hesablaşmalarda "xxxx" ASC tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.14-cü bəndinin tələbləri pozulmuş, Korporasiyanın elektrik qurğuları vasitəsilə qidalandırılan və "xxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlanmış istehlakçıların istifadə etdikləri elektrik enerjisinin itkiləri Korporasiyanın hesabından çıxarılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.14-cü bəndinin tələbinə əsasən enerjitəchizatı müəssisəsinin elektrik şəbəkəsinə istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisi verildikdə, istehlakçının enerji-təchizatı müəssisəsinə verdiyi elektrik enerjisinin, istehlakçının şəbəkəsinə daxil olan bütün elektrik enerjisi miqdarına olan nisbətinə mütənasib olaraq, istehlakçının şəbəkəsindəki elektrik enerjisi itkisinin (texnoloji sərfiyyatın) bir hissəsi enerjitəchizatı müəssisəsinə aid edilməlidir. Bu səbəbdən qüvvədə olan mövcud qaydaların tələblərinə uyğun "xxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlanmış istehlakçıların istifadə etdikləri elektrik enerjisinin texniki itkilərini Korporasiyanın hesabından çıxarılması üçün "xxxx" ASC-yə AERA-21-21-21-774/21 nömrəli xx.xx.2021-ci il tarixli məktubla müraciət olunmuşdur. Lakin "xxxx" ASC-dən filiala daxil olmuş cavab məktubunda heç bir əsas olmadan yalnız qeyri-əhali qrupu abonentlərə aid texniki itkilərin 2021-ci ilin iyun ayından başlayaraq Korporasiyanın sərfiyyatından çıxılacağı bildirilmiş, əhali abonentlərinə ötürülən tranzit elektrik enerjisinə görə yaranan itkilərə isə münasibət bildirilməmişdir. Bununla əlaqədar EEİQ-nin 7.14-cü bəndində tranzit itkilərin hesablanması zamanı istehlakçı qrupları arasında fərq qoyulmadığını nəzərə alaraq, "xxxx" ASC-nin şəbəkəsinə Korporasiyanın şəbəkəsi vasitəsilə tranzit ötürülən elektrik enerjisi itkilərinin Korporasiyanın hesabından çıxarılması ilə bağlı məsələyə yenidən baxılması barədə "xxxx" ASC-yə AERA-21-21-21-917/21 nömrəli xx.xx.2021-ci il tarixli məktubla təkrar müraciət olunmuşdur. Təkrar müraciətlərinə cavab olaraq xx.xx.2021-ci il tarixində hesablarından 143391 kVts (dəyəri 12.905,19 manat) elektrik enerjisi sərfiyyatının çıxarıldığı və növbəti aylarda "xxxx" ASC ilə müqavilə bağlamış istehlakçıların itkilərinin Korporasiyaya aid edilməyəcəyi bildirilmiş, lakin yenidən hesablaşmanın hansı dövrü əhatə etməsi barədə məlumat verilməmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 01-492/21 nömrəli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri abonent kodu **********9 olan "xxxx" ASC-nin 2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində elektrik enerjisindən istifadəyə görə 86.313,38 manat məbləğində borcu yaranmışdır. Ekspertin və tərəfləri iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli tədqiqat obyektinə baxışın nəticələrinə dair aktda qeyd edilmişdir ki, "xxxx" ASC-yə məxsus Xırdalan şəhərində yerləşən yaşayış kompleksində quraşdırılmış 4 ədəd 10/0,4 kv-luq elektrik yarımstansiyalarına baxış zamanı müəyyən edilmişdir ki, hər yarımstansiyada 2 ədəd 2500 kV-lıq 2 dolaqlı güc transformatorlar quraşdırılmış və həmin y/s-lardan paylama şəbəkəsi vasitəsilə 35 binaya və qeyri-yaşayış sahələrinə (obyektlərə) elektrik enerjisi verilmişdir. Qeyd olunan y/st-lara elektrik enerjisi “Masazır” 110/35/10 kv-luq yarımstansiyadan verilir. Həmin y/s "xxxx" ASC-nin balansındadır. “Akkord” yaşayış kompleksinə aid yaşayış sahələrinə "xxxx" ASC-nin yarımstansiyalarından yeraltı elektrik kabellərlə işıq verilir. Yaşayış kompleksində 4 nasosxanası vardır. Tərəflərə elektrik enerjisinin sərfiyyatlarla əlaqədar "xxxx" ASC-yə məxsus yaşayış kompleksində olan yaşayış (əhali) və qeyri-yaşayış (əhali olmayan) obyektlərin (istehlakçıların) sayı, sayğacların tipi, mübahisə dövrünün hesablanmış sərfiyyatları, texniki şərtin, müqavilə və istismar-balans mənsubiyyəti barədə aktın ekspertizaya təqdim edilməsi təklif edilmişdir (bu barədə məhkəmə tərəfindən də tərəflərə məktub göndərilmişdir). İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertizalarının keçirilməsinin və rəy verilməsinin mümkün olmaması barədə 04 aprel 2022-ci il tarixli məlumatda əsasən müəyyən edilir ki, məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş məhkəmə mühəndis-texniki və mühasibatlıq ekspertizalarının aparılması və rəy verilməsi ekspert tərəfindən (o cümlədən məhkəmə tərəfindən) xahiş edilmiş əlavə materialların ekspertizaya təqdim edilməməsi səbəblərinə görə mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqinə əsasən 12.905,19 manat məbləğində borc Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin abonent hesabından silinmişdir. xx.xx.2022-ci il tarixli hesab-ödəniş vərəqinə əsasən həmin tarixə "xxxx" ASC-nin elektrik enerjisindən istifadəyə görə borcu 204.883,02 manat təşkil edir. "xxxx" ASC tərəfindən təsdiq edilmiş “Abşeron rayonu, Xırdalan bələdiyyəsi ərazisində, Bakı-Sumqayıt yolunun sağ tərəfində inşa edilən “Abşeron Gənclər Şəhərciyi”nin tələb olunan gücünün azalması ilə əlaqədar "xxxx" ASC-nni xx.xx.2010-cu il tarixli texniki şərtinə yenidən baxılması barədə” texniki şərtin 6-cı bəndinə görə elektrik enerjisinin sərfiyyatını hesablamaq üçün sifarişçi təşkilatın hesabına 110-10 kv-luq “Msazır” YS-da şəhərciyin 10 kv-luq yuvalarında və şəhərciyin məhəllə daxili 10/0,4 kv-luq TY-ların 0,4 kv tərəfində (elektron tipli) və yaşayış binalarının bütün mənzilllərində, infrastruktur obyektlərində müasir qabaqcadan ödənişli elektrik sayğacları (smart kart tipli) quraşdırılmalıdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş istifadə edilmiş elektrik enrjisinin hesbalaşmasına dair arayışlardan görünür ki, abunəçinin elektrik enerjisindən istifadəyə görə 2019-cu ilin oktyabrından 2021-ci ilin oktyabrınadək olan dövrdə "xxxx" ASC-yə 397674,85 manat məbləğində borc hesablanmış və həmin müddət ərzində "xxxx" ASC tərəfindən 348.654,7 manat məbləğində ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xırdalan şəhəri ərazisində yerləşən iddiaçı "xxxx" ASC ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC "xxxx" ASC-nin informasiya məlumat bazasında **********9 nömrəli kod altında qeydiyyatdadır. İddiaçının inşa etdiyi yaşayış kompleksini elektrik enerjisi ilə təmin edən xətlərin sərhəd nöqtəsində ********** nömrəli (əmsal 8000), ********** nömrəli (əmsal 8000), ********* nömrəli (əmsal 8000) və ********* nömrəli (əmsal 8000) elektrik sayğaclar quraşdırılmışdır. Korporasiyanın elektrik enerji sərfi yuxarıda nömrələri qeyd edilən elektrik sayğaclarının göstəriciləri əsasında hesablanan sərfiyyatdan, həmin yaşayış kompleksində "xxxx" ASC-nin abonenti olan mənzilin və 71 ədəd qeyri-əhali qrupuna aid olan abonentin aylıq istifadə etdikləri elektrik enerji sərfinin miqdarı çıxılmaqla hesablanır. xx.xx.2021-ci il tarixdə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.14-cü bəndinin tələblərinə əsasən elektrik şəbəkəyə qoşulmuş əhali və qeyri-əhali abonentlərinə aid olan hissəsi (həmin abonentlərin sərfiyyatların 3%-i miqdarında) Korporasiyanın hesabından 143.391 kvt (12.905,19 manat) çıxılmaqla həmin aylar üçün yenidən hesablaşma aparılmışdır. Hazırda "xxxx" ASC onunla elektrik enerjisindən istifadəyə görə hesablaşma aparılarkən balansında olan elektrik şəbəkədən qidalanan abonentlərə aid texnoloji itkilərin onun hesabından çıxılmalı olduğu halda həmin itkilərin çıxılmadığını, nəticədə ona elektrik enerjisindən istifadəyə görə artıq borc hesablandığını əsas göstərərək son altı il ərzində "xxxx" ASC-yə artıq ödədiyi pul qaytarılmasını, eləcə də bundan sonra “Azərişıq" ASC-nin abonentlərinin istifadə edəcəkləri elektrik enerji sərfinin texnoloji itkisinin hər ay Korporasiyanın hesabından azaldılmasını tələb edir. İddia tələbinin elektrik enerjisindən istifadəyə görə hesablaşmanın Azərişıq" ASC-nin abonentlərinin istifadə edəcəkləri elektrik enerji sərfinin texnoloji itkisinin hər ay Korporasiyanın hesabından çıxılmaqla aparılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.4-ci bəndinə görə abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. 7.14-cü bəndinin tələbinə əsasən enerjitəchizatı müəssisəsinin elektrik şəbəkəsinə istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisi verildikdə, istehlakçının enerjitəchizatı müəssisəsinə verdiyi elektrik enerjisinin, istehlakçının şəbəkəsinə daxil olan bütün elektrik enerjisi miqdarına olan nisbətinə mütənasib olaraq, istehlakçının şəbəkəsindəki elektrik enerjisi itkisinin (texnoloji sərfiyyatın) bir hissəsi enerjitəchizatı müəssisəsinə aid edilməlidir. 8.4-cü bəndinəəsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Göründüyü kimi yuxarıda göstərilən normalara əsasən enerjitəchizatı müəssisəsi ilə bilavasitə müqavilə bağlamış subabonentlərə (qaydaların 1,4-cü bəndi), eləcə də istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisini alan abonentlərə (7,14-cü bəndi) aid tranzit elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) əsas istehlakçıya aid edilməsi istisna edilmişdir. Odur ki, hazırkı halda iddiaçının elektrik şəbəkəsinə qoşulmuş "xxxx" ASC-nin abonentlərinin enerjitəchizatı müəssisəsi ilə bilavasitə müqavilə bağlamış subabonentlər kimi(qaydaların 1,4-cü bəndi) və yaxud da istehlakçının şəbəkəsi vasitəsilə tranzitlə elektrik enerjisini alan abonentlər kimi qəbul edilməsindən asılı olmayaraq elektrik şəbəkədə yaranan itkilərin, o cümlədən transformator itkilərinin həmin abonentlərə (subabonentlərə) sərfiyyatına mütənasib hissəsinin "xxxx" ASC tərəfindən iddiaçıya aid edilməsi üçün qanuni əsasın mövcudluğu müəyyən edilmir. Odur ki, "xxxx" ASC-yə məxsus baş sayğacların göstəricilərinə əsasən hesablanan elektrik enerji sərfiyyatından şəbəkəyə qoşulmuş "xxxx" ASC-nin abonentlərinə aid itkilərin çıxılmaması işin mübahisəsiz halını təşkil etdiyindən "xxxx" ASC-nin "xxxx" ASC ilə elektrik enerjisindən istifadəyə görə hesablaşmaların normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada aparılmaması açıq-aşkardır. Bununla bağlı məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi C.Aslanov izahatında iddiaçı "xxxx" ASC-yə yalnız qeyri-əhali qrupu üzrə itkilərin hesablanmalı olduğunu və iddiaçıya əhali üzrə itkilərin hesablanmaqla səhvə yol verdiklərini bildirməklə iddiaçı ilə hesablaşmaların şəbəkəyə qoşulmuş abonentlərin itkiləri çıxılmaqla aparılmasına dair iddianın qismən - əhali abonentlərinə aid itkilərin iddiaçının hesabından çıxılması hissəsində - əsaslı olmasını təsdiq etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi qeyri-əhali abonentlərinin itkilərinin iddiaçıya aid edilməli olması barədə dəlillərinə əsas kimi “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.11-ci bəndinə istinad etmişdir. Həmin bəndə görə istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Cavabdehin göstərilən dəlili ilə bağlı məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.11-ci bəndi yalnız istehlakçının balansında olan xətdə quraşdırılmış transformatorda yaranmış itkilərin istehlakçı tərəfindən ödənilməli olmasını nəzərdə tutmaqla həmin istehlakçının balansında olan elektrik şəbəkəsinə qoşulmuş "xxxx" ASC-nin abonentlərinə aid transformator itkilərinin də əsas istehlakçıya aid edilməsi üçün əsas vermir. Bununla yanaşı iş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən 2021-ci ilin yanvar-iyun ayları üzrə hesablanmış borc məbləğindən əhali və qeyri-əhali abonentlərinə aid itkilər (həmin abonentlərinin sərfiyyatlarının 3%-i) çıxılmaqla həmin aylar üçün artıq hesablanmış 12.905 manat məbləği iddiaçının hesabından silinmişdir. Göstərilən hal da öz növbəsində əhali və qeyri-əhali abonentlərinə aid itkilərin iddiaçıya hesablanan elektrik enerjisi sərfindən çıxılmalı olması barədə iddiaçının dəlillərinin əsaslı olmasını bir daha təsdiq edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “X6 Korporasiyası” ASC-yə elektrik enerjisindən istifadəyə görə haqqın hesablanmasının iddiaçı “X6 Korporasiyası” ASC-nin elektrik qurğuları vasitəsilə qidalandırılan "xxxx" ASCnin abonentlərinin elektrik enerji sərfinin texnoloji itkiləri Korporasiyanın hesabından çıxılmaqla aparılması hissəsində iddiatələbi əsaslıdır. Beləliklə, məhkəmə cavabdeh "xxxx" ASC-nin növbəti aylarda "xxxx" ASC ilə alqı-satqı müqaviləsi bağlamış istehlakçıların itkilərinin Korporasiyaya aid edilməyəcəyi barədə öhdəliyini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamə qəbul edildiyi tarixdən cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı “X6 Korporasiyası” ASC-yə elektrik enerjisindən istifadəyə görə haqqın hesablanması iddiaçı “X6 Korporasiyası” ASC-nin elektrik qurğuları vasitəsilə qidalandırılan "xxxx" ASC-nin abonentlərinin elektrik enerji sərfinin texnoloji itkiləri Korporasiyanın hesabından çıxılmaqla aparılmalıdır. İddiaçı "xxxx" ASC-nin pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Göstərilən tələblə bağlı əvvəla qeyd edilməlidir ki, iddiaçı "xxxx" ASC hazırkı iddia ərizəsində son 6 ilə yaxın müddət ərzində cavabdehə artıq ödədiyi pulların geri qaytarılmasını tələb edir. Cavabdeh tərəfindən isə mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə görə isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 375.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı işin hallarına münasibətdə məhkəmə qeyd edir ki, transformator məntəqələri iddiaçı "xxxx" ASC-nin balansında olduğundan "xxxx" ASC-nin abonentlərin həmin məntəqəyə qoşulması barədə iddiaçının məlumatlı olması açıq-aşkardır. Bundan əlavə "xxxx" ASC-yə təqdim edilmiş hesab-fakturalardan da görünür ki, balans sayğaclarının göstəricilərinə əsasən hesablanmış ümumi sərfiyyatdan çıxılan abonentləri adları və sayğac göstəriciləri hər bir hesab-fakturada sadalanmışdır. Belə olan halda isə "xxxx" ASC transformator məntəqəsinə qoşulmuş abonentlərin sərfiyyatlarının elektrik enerjisi itkilərinin balans sayğac göstəricilərinə əsasən "xxxx" ASC-yə hesablanmış sərfiyyatdan çıxılmamasını, həmin abonentlərə aid itkilərinin "xxxx" ASC-yə hesablanmasını, yəni öz hüquqlarının pozulmasını bilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Odur ki, hazırkı halda iddia verildiyi tarixdən iki ildən əvvəlki - yəni 2019-cu ilin oktyabr ayından əvvəlki müddət ərzində cavabdehə ödənilmiş pul vəsaitinin qaytarılması hissəsində iddia tələbi iddia müddəti keçməsi əsası ilə rədd edilməlidir. İddia verildiyi tarixdən əvvəlki iki illik müddət - 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində cavabdeh "xxxx" ASC-yə artıq ödədiklərinin, yəni "xxxx" ASC-nin əsassız əldə etdiklərinin geri qaytarılması barədə iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin inşa etdiyi yaşayış kompleksində ümumi istifadədə olan yerlərdə quraşdırılmış (iddiaçının bilavasitə istifadə etdiyi) elektrik enerjisi qəbuledicilərinin sərfiyyatlarını ölçmək üçün elektrik enerjisi sayğacları quraşdırılmamışdır. Bu baxımdan iddiaçının ona artıq borc hesablandığını və artıq məbləğ ödəməsini iddia etdiyi müddət ərzində sonuncunun faktiki elektrik enerji sərfiyyatının və həmin sərfiyyata mütənasib olaraq ona aid edilməli olan texnoloji itkilərin miqdarının sayğac göstəricilərinə əsasən müəyyən edilməsi mümkün deyil. Göstərilən hal nəzərə alınaraq məhkəmə tərəfindən iddiaçıya məxsus elektrik enerjisi qəbuledicilərinin orta aylıq sərfiyyatını və son nəticədə xətdə elektrik enerjisi itkilərinin miqdarını və iddiaçıya borcun artıq hesablanıb-hesablanmamasını müəyyən etmək üçün iş üzrə kompleks məhkəmə-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, lakin ekspert tərəfindən xahiş edilmiş əlavə materialların ekspertizaya təqdim edilməməsi səbəbinə görə ekspertizaların keçirilməsi və rəy verilməsindən ekspert tərəfindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin, o cümlədən yaşayış kompleksinin ümumi istifadə yerlərində quraşdırılmış elektrik enerji qəbuledicilərinin sayı, gücü, işləmə rejimi barədə məlumatın, texniki sənədlərin, həmin qəbuledicilərin enerji təchizat sxeminin iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, ekspertiza ilə müəyyən edilməli olan halı iddia qaldırılmamışdan əvvəlki 2 il ərzində elektrik şəbəkəsində yaranmış texnoloji miqdarı müəyyən edilmədiyindən cavabdeh tərəfindən iddiaçıya artıq borc hesablanması faktı da öz təsdiqini tapmır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində ona elektrik enerjisindən istifadəyə görə borcun baş sayğacların göstəricilərinə əsasən hesablanmış sərfiyyatdan şəbəkəyə qoşulmuş abonentlərin sərfiyyatının 3,5% miqdarında (ikidolaqlı transformatorların itkilərinin 3% olmasını nəzərə alaraq) itkilər çıxılmaqla hesablanmalı olmasını iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, artıq qeyd edildiyi kimi iddiaçının orta elektrik enerjisi sərfiyyatı müəyyən edilmədiyindən xətdə yaranan texnoloji ( o cümlədən transformator itkilərin) miqdarının da müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, həmin itkilərin iddiaçının mülahizəsinə görə hesabladığı 3,5%-dan az və ya çox olma ehtimalı da mövcuddur. Bundan əlavə iddiaçının iddia etdiyi kimi itkilərin abonentlərin sərfiyyatının 3,5% miqdarında olmasını qəbul etsək belə iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə ki, 2019-cu ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayınadək olan müddət ərzində "xxxx" ASC-yə 397.674,85 manat məbləğində borc hesablanmış və həmin müddət ərzində iddiaçı "xxxx" ASC tərəfindən 348.654,7 manat məbləğində ödəniş edilmişdir. Yəni həmin müddət ərzində cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun 49.020,15 manat hissəsi iddiaçı tərəfindən ödənilməmişdir. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi hesablamalardan da görünür ki, iddiaçının əsassız hesablanmasını iddia etdiyi və qaytarılmasını tələb etdiyi 190.693 manat məbləğinin 6584,79 manat hissəsi 2019-cu il oktyabr-dekabr aylarında, 28150,44 manat hissəsi 2020-ci ildə, 23660,98 manat hissəsi isə 2021-ci ilin 9 ayında, yəni cəmi 58.396,21 manat hissəsi 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddətdə hesablanmış borca aiddir. Eyni zamanda iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi həmin müddət ərzində iddiaçıya hesablanmış və əsassız olması iddia edilən borc məbləğinin 12.905,19 manat hissəsi 2021-ci ilin iyul ayında cavabdeh tərəfindən silinmişdir. Beləliklə, iddiaçı ona 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddətdə hesablanmış borcun 45.491,02 manat (58.396,21 – 12.905,19) hissəsinin əsaslılığını mübahisələndirir. Odur ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının iddia etdiyi kimi ona 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan müddət ərzində 45.491,02 manat məbləğində borcun əsassız hesablanması faktının müəyyən edilməsini ehtimal etsək belə, iddiaçı həmin müddət ərzində cavabdeh tərəfindən ona hesablanmış borcun 49.020,15 manat hissəsini ödəmədiyindən sözügedən müddət ərzində iddiaçının cavabdehə artıq ödəmə etməsi, cavabdehin isə öz növbəsində əsassız varlanması öz təsdiqi tapmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, artıq ödənilmiş pulun geri qaytarılması tələbinə dair hissədə iddia əsassız olmaqla rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, iddia verilərkən 400 manat məbləğində mediasiya xərci ilə yanaşı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Odur ki, iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Qətnamə qəbul edildiyi tarixdən cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı “X6 Korporasiyası” ASC-yə elektrik enerjisindən istifadəyə görə haqqın hesablanması iddiaçı “X6 Korporasiyası” ASC-nin elektrik qurğuları vasitəsilə qidalandırılan "xxxx" ASC-nin abonentlərinin elektrik enerji sərfinin texnoloji itkiləri Korporasiyanın hesabından çıxılmaqla aparılsın. Çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı “X6 Korporasiyası” ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar