Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2819/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X5 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X5 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X9 (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 72.462,71 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Siyəzən rayon Mərkəzi Xəstəxanası” X10 dövlət adından yaradılan X6b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. Ödənişlər Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X10lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsimüvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddətiəhatə edir. Ödənilmiş vəsaitlər publik hüquqişəxslər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. “Siyəzən rayon Mərkəzi Xəstəxanası” X10 istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtı vaxtında ödənişlərinietsədə, Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsiəməkdaşları tərəfindən tərtib olunmuş və təqdim olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”-na əsasən bizim guya 01 yanvar 2022-ci ilin əvvəlinə borc qalığı 72.462,71 (yetmiş iki min dörd yüz altmış iki manat 71 qəpik) AZN mənbəyi məlum olmayan borc olması göstərilmiş və borcun ödənilməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılması bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, qalıq 72.462,71 (yetmiş iki min dörd yüz altmış iki manat 71 qəpik) borc mənbəyi məlum olmayan borcdur. Belə ki, qazdan aylıq istifadəyə görə sərfiyyata uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən qaiməyə əsasən ödənilir. 72.462,71 (yetmiş iki min dörd yüz altmış iki manat 71 qəpik) məbləğində borcun hansı dövrdən başlandığı və nəyə əsasən hesablandığə məlum deyil. Yəni bu məbləğdə borcun yaranması əsası bizə məlum deyildir. Hesab edirki ki, tələb olunan borc mövcud deyildir. X3 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qazsayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim elməlidir (göndərməlidir).“Smart- kart” tipli qazsayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasərı qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) scnra bir ay müddətində tam ödənilməlidir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında əhali və qeyriəhali abonentlərinin təbii qaz ilə təchiz edilməsi sahəsində münasibətləri qanunvericilik yolu ilə tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydları”nın 6.1.4.-cü bəndində istehlakçıya qazın verilməsinin dayandırılmasının əsaslarından biri də “qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakcıya qaz paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə” göstərilmişdir. Deməli, abonentə istehlak etdiyi təbii qazın hesabı qaz paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində ödənilməsə həmin abonentin təbii qaz təchizatı dayandırılmalıdır. Lakin Cavabdeh İB-nin Siyəzən xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi ilə həssas qrupa aid olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Beləliklə, abonentin təbii qazdan istifadəyə görə borcu ilbəil artmışdır. “Siyəzən rayon mərkəzi xəstəxanası” X9n 3 müəssisə ilə birlikdə X1 Sistemi Proqramında 2022-ci ilin sonuna borcu 72.462,71 (ytmiş iki min dörd yüz altmış iki manat 71 qəpik) göstərilmişdir. Həmin sistemdən çıxarılmış saldolardan da həmin borcun mövcudluğu görsənir. Buna görə də iddiaçının iddia ərizəsində həmin borcun mənbəyi məlum olmayan kimi göstərməsi absurddur, belə ki, iddiaçının mübahisləndirdiyi 72.462,71 (ytmiş iki min dörd yüz altmış iki manat 71 qəpik) manat borc təmiz debitor borcdur və iddiaçı həmin mübahisləndirdiyi borcu ödəməkdən illər ərzində boyun qaçırmışdır. Bununla da aydın olur ki, “Siyəzən rayon mərkəzi xəstəxanası” X5 iddia tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı hər ay ona təqdim edilmiş hesab fakturalar üzrə ödənişlər edir, hər hansı borcu olmamışdır. Lakin cavabdehin nümayəndələri onlara üzləşmə aktı təqdim etmiş, imzalamalarını tələb etmiş, lakin iddiaçı hər hansı borcu olmadığı üçün imza etməkdən imtina etmişdir. Cavabdeh bildirmişdir ki, həmin borclar 2010-cu ildən əvvələ aid olan qalıq borclardır. Bu barədə hər hansı sübut tələb edilsə də, təqdim edilməmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməməsini xahiş etdi.
7. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi B.Seyfullayev iddia tələbinə etiraz edərək iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Siyəzən Rayon Mərkəzi Xəstəxanasının 2012-ci ilə qədər 61972,83 manat və 9004,26 manat, X4 2011-ci ilə qədər 340,42 manat borcu olmuş, həmin borclar iddiaçıya keçmişdir. İddiaçının hazırda silinməsini xahiş etdiyi borclar köhnə borclar olsa da, həmin borcların silinməsi üçün hazırda hər hansı əsas yoxdur.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə borc məbləği ilə bağlı xəbərdarlıq ünvanlayaraq 72462,71 manat borcun silinməsini xahiş etmişdir.
10. Tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən cavabdeh iddiaçının xx.xx.2022-ci il tarixə qalıq 72462,71 manat borcunun olmasını göstərmiş, iddiaçı qeyd edilən borcla razılaşmadığını göstərib aktı imzalamaqdan imtina etmişdir.
11. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
12. Belə ki, “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
13. Belə ki, iddiaçı hazırda ona əsassız olaraq hesablanmış 72462,71 manat borcun silinməsini xahiş edir.
14. Cavabdeh iddiaya qarşı etiraz edərək, borcun əsaslı olduğunu, 2022-ci ilin sonuna iddiaçının ümumilikdə 72462,71 manat sərfiyyat borcunun olduğunu bildirir.
15. Belə ki, əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi B.Seyfullayev məhkəmə iclasında verdiyi izahatında həmin borcların 2010-2012-ci illərə aid olduğu, Siyəzən Rayon Mərkəzi Xəstəxanasının və X4 borcları olduğunu, həmin borcların silinməsi üçün hər hansı əsas olmadığını bildirmişdir.
16. Məhkəmə tərəfindən cavabdehə borcla bağlı iddiaçıya təqdim edilmiş hesabfakturaların, borcun hesablanmasını özündə əks etdirən sənədlərin, həmin borcun əhatə etdiyi dövr və borcun hansı qaydada hesablanması barədə məlumatların təqdim edilməsi dəfələrlə cavabdehə təklif etsə də, cavabdeh həmin borcla bağlı Məhkəməyə yalnız abonent haqqında məlumatlar təqdim edə bilmişdir.
17. Bundan əlavə, cavabdeh həmin borcun sərfiyyat borcu olduğunu, hər ay iddiaçıya borcla bağlı hesab-faktura təqdim edildiyini bildirsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim edə bilməmişdir.
18. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmiş, bundan əlavə, borcun hansı illər, yaxud aylar üzrə olduğunu göstərə bilməmişdir.
19. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə ümumiyyətlə hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı məhkəməyə əsaslı və şübhədənkənar sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
23. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
24. Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh təbii qazdan istifadə edilməsi nəticəsində iddiaçının 72462,71 manat borcunun olduğunu bildirsə də, cavabdeh bununla bağlı hər hansı mötəbər sübutlar təqdim etməmiş, öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 72462,71 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 400 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X8 əsassız olaraq hesablanmış 72462,71 (yetmiş iki min dörd yüz altmış iki manat yetmiş bir qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 400 (dörd yüz) manat mediasiyaya dair xərc tutularaq iddiaçı “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” X8 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova