Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2851/2021 27.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, ilkin iddia üzrə cavabdehin,qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Xətai 3” X9 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X11 Departamenti tərəfindən tərtib olunmuş təbii X10nın pozulması haqqında ******* nömrəli, 30.04.2021-ci il tarixli aktının ləğv edilməsi, onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və itirilmiş təbii qaza görə hesablanmış borcun **********30000 nömrəli abonent kodu üzrə hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatla “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisiarasında qazın alqı-satqısı barədə” 29.12.2018-ci il tarixli AKX-1/4225 saylı Müqavilə bağlanmışdır. Son günlər istehsal müəssisəsinin fəaliyyətində əsassız müdaxilələr səbəbindən müəyyən problemlər yaranmışdır. Belə ki, qanunsuz yoxlama aparılaraq qazdan istifadəyə görə müəssisəmizə əsassız pul hesablanmış, ödənilməsi tələb edilmiş və guya sayğaclarına müdaxilə etdikləri iddia olunmuşdur. Halbuki, əvvəlki dövrlərdə də aylıq sərfiyyatları 4000-4500 manatı heç vaxt ötməyib və xüsusilə də ölkədə məlum pandemiya ilə əlaqədar tədbirlər görüldüyündən, bir sıra məhdudiyyətlər tətbiq edildiyindən faktiki işimiz dayanmış, ötən ilin sonlarından başlayaraq istifadəmizdə olan peçlərdən yalnız birinin işlədilməsi üzündən istehsal gücü aşağı düşmüşdür. Müəyyənləşdirilmişdir ki, qanunsuz yoxlama təşkil edən cavabdeh sayğacı sökərək laboratoriya şəraitində yoxlanmasını təşkil etmiş və 30.04.2021-ci il tarixli “Qeyri əhali qaz sayğacının yoxlanması haqqında SS№ 29/1640-00908-2 saylı Akt tərtib etdirmişdir. Sayğac qaz xəttindən çıxarılaraq növbədənkənar dövlət yoxlamasına aparılmışdır. Aktın məzmununa əsasən Cavabdeh İB-nin SOCAR**********31791640X00908 saylı 19.04.2021-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Xətai rayon xidmət sahəsinin İddiaçı qaz xətti üzərində quraşdırılmış G160 markalı 75080520 nömrəli rotor tipli “ELSTER”qaz sayğacı 20.04.2021-ci il tarixində xətdən çıxarılmış (Forma-2 №9023839), 30.04.2021-ci il tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. 1. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsü normaldır. Göstəricilər arasında fərq var. İmpuls ötürücüsünə vurulan nömrəli plombun simi qırıqdır. İmpuls ötürücüsü öz yuvasından aralı vəziyyətdədir. İmpuls yuvasında kənar təsir nəticəsində dəlik açılmışdır (hesablayıcı mexanizmin daxilində). Ekranda A və B işarələri var. Sayğaca hava vuranda hesablayıcı mexanizm işləyir. Sayğacın şəffaf qapağı açıldı, şəffaf qapaqda deşik var. Hesablama mexanizmində olan dişli çarxda müdaxilə izləri aşkarlandı. 2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. 3. 10.10.2020-20.04.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1,22 bar, korreksiya olunmuş maksimal qaz həcmi 84 m3, korreksiya olunmamış qaz həcmi 77 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 20.04.2021-ci il tarixində qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 0 ay (2013) qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 123 m3 çoxdur. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. P baza=1.01325 bar, Tbaza=20 dərəcə sels. Alarm zamanı sərfiyyat qeydə alınmamışdır. Audit normaldır. Qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X10”nın 4.8-ci bəndinə əsasən, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Dövlət yoxlamasının müvafiq rəyinə əsasən 30.04.2021-ci il tarixində təbii X10nın pozulması haqqında ******* saylı akt tərtib olunmuş və 191808 m3 hesabat aparılmışdır. Bundan sonra ilkin iddia üzrə iddiaçı “Xətai 3” X9 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək ilkin iddia üzrə Cavabdeh tərəfindən İddiaçınə hesablanmış 43.151,82 manat məbləğində borcun **********30000 nömrəli abonent kodu üzrə hesabından silinməsi barədə qətnamə qəbu çıxarılmasını xahiş etmişdir 17.08.2021-ci il tarixdə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsini təqdim edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh İddiaçındən təbii qazdan istifadəyə görə yaranmış 43151,82 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29.12.2018-ci il tarixli, AKX-1/4225 saylı müqavilə əsasında İddiaçı təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 01.05.2021-ci il tarixə 43.151,82 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, tərəflər arasında imzalanmış 29.12.2018-ci il tarixli, AKX-1/4225 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbini qəbul etməyərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -"Azəriqaz" İB (paylayıcı) ilə İddiaçı (istehlakçı) arasında bağlanılmış 29 dekabr 2018-ci il tarixli AKX-1/4225 saylı qazın alqı-satqısı müqaviləsindən görünür ki, həmin müqavilənin 1-ci bəndinə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci və 2.3-cü bəndlərinə əsasən istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, habelə müqavilə ilə üzərinə götürdüyü vəzifələri icra etmək və onların pozulmasına yol verməmək paylayıcının vəzifələrinə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, “X10”nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək istehlakçının vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -20.04.2021-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akta əsasən müəyyən edilir ki, İddiaçınə məxsus çörək sexində quraşdırılmış G-150 markalı, 75080520 nömrəli qaz sayğacı çıxarılmış, əvəzinə əvvəlki G-160 markalı, 75019332 nömrəli olan qaz sayğacı quraşdırılmışdır. -“Təbii X10nın pozulması haqqında” 30.04.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçınə məxsus çörək sexində baxış keçirən zamanı sayğacın impuls yuvasında kənar bir təsir nəticəsində xüsusi dəlik açılması aşkar edildiyi müəyyən edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 191808 m3 qazın dəyərində olması müəyyən edilmişdir. -“Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 30 aprel 2021-ci il tarixli, SS 29/1640-00908-2 saylı aktdan görünür ki, İddiaçınə məxsus çörək sexinin qaz xətti üzərində quraşdırılmış G160 markalı 75080520 rotor tipli “ELSTER” qaz sayğacı 20.04.2021-ci il tarixində xətdən çıxarılmış, 30.04.2021-ci il tarixində Metrologiya Departamentinin sayğaclarının müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş, impuls ötürücüsünə vurulan plombun siminin qırıq olduğu, impuls yuvasında kənar təsir nəticəsində xüsusi dəlik açıldığı müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, İddiaçınə (abonent kodu: **********300000) qaz sərfiyyatına görə 2021-ci ilin may ayında akt əsasında 38.361,60 manat məbləğində borc hesablanmışdır. - Bakı X11 Departamenti tərəfindən İddiaçınə ünvanlanmış 07.05.2021-ci il tarixli xəbərdarlıqla müəyyən edilir ki, mərkəzə qaz xətti üzərində quraşdırılmış qaz sayğacı çıxarılaraq Dövlət yoxlamasına göndərildiyi,sayğacın istismara yararsız olması barədə akt tərtib edildiyi bildirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş X10nın 4.2-ci bəndinin tələblərinə əsasan yeni qaz sayğacının alınaraq quraşdırılması və ya mövcud sayğacın təmir edilməsi 15 (on beş) gün ərzində tərəfindən təmin edilməli olduğu, əks təqdirdə müəssisənin təbii qaz təminatının dayandırılacağı bildirilmişdir. - İddiaçı tərəfindən Cavabdeh İB-yə ünvanlanmış pretenziya məktubu ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh Bakı X11 Departamentinin təbii X10nın pozulmasına dair 30.04.2021-ci il tarixli aktın ləğv edilməsini, onun əsasında qəvul edilmiş qərarın ləğv edilməsini və itirilmiş qaza görə hesablanmış borcun **********30000 nömrəli abonent kodu üzrə hesabdan silinməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş mədaxil qəbzlərindən müəyyən edilir ki, İddiaçı 20 may 2021-ci il tarixli mədaxil qəbzi ilə 1800 manat, 25 may 2021-ci il tarixli mədaxil qəbzləri ilə 3000 manat və 613 manat məbləğində Azəriqaz İB-nin hesabına ödəniş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 30.04.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən İddiaçındə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın impuls yuvasında kənar bir təsir nəticəsində xüsusi dəlik açılması aşkar edilmiş, bununla bağlı 30.04.2021-cu il tarixli ******* saylı “Təbii X10n pozulması barədə” akt tərtib edilərək itirilmiş qazın bərpası üçün dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Həmin akta əsasən iddiaçıya 191808 m3 qaz sərfiyyatına görə 38.361,60 manat məbləğində borc hesablanmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı həmin borc da daxil olmaqla iddiaçı tərəfindən hesablanmış 43151,82 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş edir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçının silinməsini tələb etdiyi 43151,82 manat borc məbləğinin 38.361,60 manat hissəsi sayğacın yararsız olduğu dövr üçün itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X10”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda tərəflər arasında bağlanılmış 29.12.2016-cı il tarixli “Qazın alqı-satqısı barədə” müqavilədən də görünür ki, həmin müqavilədə istehlakçının sayğacın işlək vəziyyətdə saxlanması vəzifəsini daşıması nəzərdə tutulmamışdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə İddiaçı məsuliyyət daşıması nə tərəflər arasında bağlanmış müqavilədə, nə də həmin müqavilənin əsasında bağlandığı normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. Digər tərəfdən Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. İş materiallarından isə görünür ki, ilkin iddia üzrə Cavabdeh İB 30.04.2021-ci il tarixli ******* saylı aktla sayğacın yararsız vəziyyətdə olması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının ilkin iddia üzrə iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, ilkin iddia üzrə Cavabdeh İB ilkin iddia üzrə iddiaçı Xətai-3” X5 30.04.2021-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 38.361,60 manat məbləğində borcun əsaslı olmasını sübuta yerinə bilməmişdir. Digər tərəfdən “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq ilkin iddia üzrə iddiaçıya borc hesablamaqla haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, borcun silinməsi hissəsində ilkin iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii X10nın pozulması haqqında” 30.04.2021-ci il tarixli ******* saylı akta əsasən İddiaçınə hesablanmış 38361,60 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlidir. İddiaçı KİM-nin iddiasının qalan hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Xətai-3” KİM həmin hissədə iddiasını ona mübahisəli akta əsasən hesablanmış borcdan başqa əsassız olaraq borc məbləğlərinin hesablanması ilə əsaslandırsa da, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə abonent saldosundan da göründüyü kimi 30.04.2021-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 38361,60 manat məbləğində borc istisna olmaqla iddiaçıya digər borc məbləğləri qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X10’nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə ilkin iddia əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı “Azərqaz” İB-nin qarşılıqlı iddiasına gəldikdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi üzrə “Azərqaz” İB-nin iddiası rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “Azərqaz” İB-nin ödənilməsini tələb etdiyi 01.05.2021-ci il tarixə olan 43.151,82 manat borcun 38.361,60 manat hissəsi hazırkı qətnamə ilə silinmişdir. Odur ki, həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir. Qalan 4791 manat borcun ödənilməsi hissəsində qarşılıqlı iddia tələbinə gəldikdə isə abonent saldosundan da göründüyü kimi sayğac göstəricilərinə əsasən 2021-ci ilin aprel ayında hesablanmış həmin borc məbləği qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 2021-ci ilin iyun ayında ödənilmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, hazırki qarşılıqlı iddia ərizəsində ödənilməsi tələb edilən borcun 4791 manat hissəsi cavabdeh tərəfindən ödənildiyindən, belə olan halda isə göstərilən öhdəliyə Mülki Məcəllənin 528-ci maddəsinə əsasən kreditorun xeyrinə lazımınca icra nəticəsində xitam verildiyindən həmin hissədə də qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə ilkin iddia qismən təmin edildiyindən ilkin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi ilkin iddia üzrə cavabdehə aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan 5 (beş) manat hissəsi isə ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia rədd edildiyndən qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən 30.04.2021-ci il tarixli 02997712 saylı “Təbii X10n pozulması barədə” akta əsasən hesablanmış 38361,60 manat (otuz səkkiz min üç yüz altmış bir manat altmış qəpik) məbləğində borc silinsin. Qalan hissədə ilkin iddia rədd edilsin. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 5 (beş) manat hissəsi isə ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2851/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2851/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver