Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-290/2021 20.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ********* saylı, 17.03.2020-ci il tarixli hesab-fakturada qeyd edilən 5.967,35 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 2 girişli yaşayış binasına tərəflərindən kommunal xidmətlər göstərilir. Texniki şərtlərə uyğun bina su ilə təchiz olunur və bununla əlaqədar olaraq 14.06.2017-ci il tarixində Cavabdeh ASC ilə 076447 və 36997410 saylı su təchizatı və tullantı suların axıdılmasına dair müqavilələr bağlanmış, "xxxx" MMM-yə 076447 saylı abonent kodu verilmişdir. Qeyd edilən binada, su sərfiyyatı ilə bağlı Cavabdeh ASC-nin X6 idarəsi tərəfindən təqdim edilən 17.03.2020-ci il tarixli, ********* saylı hesab-fakturaya əsasən "xxxx" MMM-nin 17/03/2020-ci il tarixə qalıq borcu 5967,35 manat təşkil edir. Bildirir ki, bu rəqəmlə razı deyil. Belə ki, 16 avqust 2019cu il tarixli, XMS-43 saylı məktubla X6 İdarəsinə müraciət edərək, sözügedən borcun araşdırılmasını xahiş etmişdir. Lakin məktuba heç bir cavab verilməmişdir. Bundan sonra X6 İdarəsinə 07 may 2020-ci il tarixində XMS-12 saylı Pretenziya məktubu göndərilsə də, bu məktuba da münasibət bildirilməyib. Tərəflərindən bir daha bütün sayğaclara baxış keçirilmiş, hesablamalar aparılmış və "xxxx" MMM-nin 5967,35 manat məbləğində borcu olması mümkün olmadığı aydınlaşdırılmışdır. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov 81, 81A ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yekun məhkəmə qərarı qəbul edilənə kimi suyun və kanalizasiya xəttinin kəsilməsinin Cavabdeh ASC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.10.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına su təchizatının verilməsinin dayandırılması və kanalizasiya xəttinin bağlanması Cavabdeh ASC-yə qadağan olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -Cavabdeh ASC ilə İddiaçı MMM arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 14.06.2017-ci il tarixli, 076447 saylı müqavilədən görünür ki, həmin müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 saylı dövlət standartının tələblərinə uyğun, məişət içməli və istehsalat məqsədi ilə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüququ və öhdəliklərini müəyyən edir. - Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 10.04.2015-ci il tarixli, 001864 saylı akta əsasən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-yə CSS 50 markalı, 14001913 nömrəli, B455324 plomb nömrəli su sayğacı quraşdırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2021-ci il tarixli, 9/1109 saylı ekspert rəyi ilə müəyyən edilir ki, "xxxx" MMM-yə borcun hesablanması zamanı 14.06.2017-ci il tarixədək olan borcun silinməsi (sayğac göstəricilərinin sıfırlanması) barədə mühasibatlıq sənədin və ya məlumatın təqdim edilmədiyinə görə, məhkəmənin ekspertiza təyini haqqında qərarında göstərilən suallar üzrə tədqiqatın aparılması mümkün olmamışdır. - Abonent haqqında məlumata əsasən müəyyən edilir ki, abonent Xəzər Mənzil- Servis” MMM-nin adında iki ədəd su sayğacı – 14.06.2017-ci il tarixdə 14001913 saylı və 16.06.2017-ci il tarixdə 15016622 saylı su sayğacları qeydiyyata alınmışdır. 2017-ci ilin sentyabr ayında su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə abonentə 2742 manat məbləğində borc hesablanmışdır. 17.11.2020-ci il tarixə abonentin borcu 6219,85 manat təşkil edir. -Cavabdeh ASC tərəfindən İddiaçı MMM-ə təqdim edilmiş 24.10.2017-ci il tarixli 99532792 saylı hesab-fakturadan görünür ki, İddiaçı MMM-ə 2017-cilin oktyabr ayı üçün 15016622 saylı sayğacın göstəricilərinə əsasən 36 manat, 14001913 saylı sayğacın göstəricilərinə əsasən 18,5 manat, cəmi 222,5 manat məbləğində borc hesablanmışdır. Cəmi ödənilməli olan borc isə 5967,25 manat təşkil edir. Həmin hesab-fakturaya əsasən həmçinin müəyyən edilir ki, 25.09.2017-ci il tarixə ********* saylı sayğacın göstəricisi 1266 m3 olmuşdur. -Cavabdeh ASC tərəfindən İddiaçı MMM-ə təqdim edilmiş 17.03.2020-ci il tarixli 15820279 saylı hesab-fakturadan görünür ki, İddiaçı MMM-ə 2020-ci ilin mart ayı üçün 15016622 saylı sayğacın göstəricilərinə əsasən 167 manat borc hesablanmışdır. Cəmi ödənilməli olan borc isə 5967,25 manat təşkil edir. -İddiaçı MMM tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh ASC-dən yaranmış borcun silinməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: İşin hallarından görünür ki, İddiaçı MMM ona Cavabdeh ASC tərəfindən 17.03.2020ci il tarixədək olan müddətdə hesablanmış 5.967,35 manat məbləğində borcun silinməsini tələb edir və ona cavabdeh tərəfindən içməli sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə borcun düzgün hesablanmamasını iki halla əsaslandırır. Birincisi, iddiaçıya hesablanmış borc həm ana xətt üzərində quraşdırılmış 14001913 nömrəli sayğacın, həm də qazanxanada quraşdırılmış 15016622 saylı sayğacın göstəricilərinə əsasən hesablanmış, nəticədə sərf edilmiş suyun ikiqat hesabatı aparılmışdır. İkincisi, hazırda iddiaçının istifadəsində olan 14001913 nömrəli sayğac 14.06.2017-ci il tarixədək olan müddətdə (yəni tərəflər arasında müqavilə bağlananədək) abonent "xxxx" MMC-nin adına qeydiyyatda olmuşdur və "xxxx" MMM-yə sudan istifadəyə görə borc hesablanarkən 14.06.2017-ci il tarixədək olan müddətdə "xxxx" MMC-nin istifadə etdiyi suyun həcmi sayğac göstəricilərindən çıxılmamışdır. Nəticədə müqavilə bağlandıqdan sonra iddiaçıya birinci 3 ay üçün sudan istifadəyə görə 2742 manat məbləğində borc hesablanmışdır. İddiaçının birinci dəlili ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, iddiaçının qanuni təmsilçisi məhkəməyə verdiyi izahatda da qeyd etmişdir ki, 2018-ci ildən başlayaraq Cavabdeh ASC tərəfindən təqdim edilmiş hesab-fakturalarda hesabatın yalnız qazanxanada quraşdırılmış sayğacın göstəriciləri əsasında aparıldığı göstərilmişdir. Yəni iki sayğac üzrə hesabat yalnız 2017-ci ildə aparılmışdır. Belə olan halda isə iddiaçının sözügedən əsasla 2018-2020-ci illərdə hesablanmış borcları mübahisələndirməsinin əsassız olması açıq-aşkardır. İkincisi, iddiaçı yaşayış binasının fərqli yerlərində quraşdırılmış iki sayğacın göstəriciləri əsasında hesabatın aparılmasının su sərfiyyatının ikiqat qeydə alınmasına səbəb olmasını, yəni bir sayğacdan keçən suyun sonradan ikinci sayğacdan da keçərək yenidən qeydiyyata alınmasını təsdiq edən hər hansı sübutları da məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən yaşayış binasında su sayğacların ixtiyari formada deyil, təsdiq edilmiş layihə əsasında quraşdırıldığını nəzərə alsaq su sərfiyyatının ikiqat qeydiyyata alınmasının mümkün olması inandırıcı da görünmür. İddiaçının ikinci dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan 10.04.2015-ci il tarixli, 001864 saylı sayğacın quraşdırılması barədə aktdan da göründüyü kimi hazırda iddiaçının istifadəsində olan 14001913 nömrəli sayğac əvvəllər abonent "xxxx" MMC-nin istifadəsində olmuş və iddiaçı "xxxx" MMM ilə Cavabdeh ASC arasında müqavilə bağlandıqdan sonra 14.06.2017-ci il tarixdə iddiaçının adına keçirilmişdir. Cavabdeh ASC-nin nümayəndələrinə dəfələrlə 14001913 nömrəli sayğac üzrə 14.06.2017-ci il tarixədək olan borcların silinməsi (sıfırlanması), eləcə də "xxxx" MMM-yə 2017-ci ilin sentyabrında ilk dəfə hesablanmış borc məbləğlərinə 14.06.2017-ci il tarixədək olan müddətdə əvvəlki abonent "xxxx" MMC-nin sərf etdiyi suya görə hesablanmış məbləğlərin daxil edilib-edilməməsini təsdiq edən sübutların təqdim edilməsi təklif edilsə də, müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. İş üzrə məhkəmə-texniki ekspertizasının keçirilməsini təmin etmək məqsədilə ekspert tərəfindən verilmiş vəsatətdə də sözügedən sənədlərin təqdim edilməsi xahiş edilsə də, cavabdeh tərəfindən müvafiq sənədlərin təqdim edilməsi təmin edilməmişdir. MPM-in 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda cavabdeh tərəfindən 14001913 nömrəli sayğacın göstəriciləri əsasında 2017-ci ilin sentyabrında hesablanmış su sərfiyyatın əvvəlki abonentə deyil, tam olaraq "xxxx" MMM-yə aid olması müəyyən etmək üçün zəruri olan sübutlar məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə 2017-ci ilin sentyabrında iddiaçıya hesablanmış 2742,50 manat məbləğində borcun yalnız 15016622 saylı sayğacın göstəriciləri əsasında hesablanmış hissəsini (1266 m3 – 633 manat) əsaslı hesab edir. Məhkəmə göstərilən qənaətə gələrkən göstərilənlərlə yanaşı həmçinin onu da nəzərə alır ki, abonent haqqında məlumatdan da göründüyü kimi 2018-2020-ci illərdə iddiaçıya sudan istifadə və tullantı sularının axıdılması xidmətinə görə hesablanmış orta aylıq məbləğlər 200 manat civarında olmuşdur. Göstərilən halı nəzərə alsaq isə 2017-ci ilin üç ayı ərzində iddiaçının 2742,50 manat dəyərində sudan istifadə etməsi ağlabatan görünmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının 4.1.3-cü bəndinə əsasən isə bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə aid edilmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMM-ə 2017ci ilin sentyabr ayına hesablanmış borcun 2109,5 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pul məbləğinin 75 (yetmiş beş) manat hissəsi Cavabdeh ASC-dən, qalan 75 (yetmiş beş) manat hissəsi isə İddiaçı MMMdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı MMM-yə hesablanmış 2109,5 manat (iki min yüz doqquz manat əlli qəpik) məbləğində borc silinsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pul məbləğinin 75 (yetmiş beş) manat hissəsi Cavabdeh ASC-dən, qalan 75 (yetmiş beş) manat hissəsi isə İddiaçı MMM-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-290/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-290/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver