Məhkəmə qərarları › İş №e-2-2(113)-2985/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2985/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2985/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (ərizənin baxılmamış saxlanılması haqqında) Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının, iddiaçının nümayəndəsi X5 oğlunun, cavabdeh X2 iştirakı ilə, İddiaçı İB-nin X3 qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İB X3 qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. Məhkəmə iclasında cavabdeh pretenziya məktubunun və iddia ərizəsinin cavabdehə təqdim edilmədiyini ərizədə qeyd edilən ünvanın oona aid olmadığını, iddia ərizəsinin tərəfindən surətinin alınmamasını, iddiaçı tərəfindən qeyd olunan və məktubların göndərildiyi ünvanda yaşamadığını bildirmişdir . İddiaçının nümayəndəsi cavabdehin ünvanını vergi ödəyicisi olaraq qeydiyyat keçdiyi üçün müvafiq internet portalından götürdüklərini və həmin ünvana pretenziya məktubunun, iddia ərizəsinin surətini göndərdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 vergi ödəyisi olaraq qeydiyyatdan keçmiş və ünvanı Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, məhəllə 1055-dir. İddiaçının qeyd etdiyi Binəqədi rayonu, Azadlıq prospekti , ev 196, mənzil 118 ünvanının cavabdehə aid olması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməsi və iddia ərizəsinin surətini cavabdehə təqdim etməsi barədə məhkəməyə sübut təqdim etmədiyinə görə məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası MPMnin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı İB-nin X3 qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar