Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3042/2020 17.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi məhkəmə iclas katibi Aydan Məmmədovanın katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nümayəndəsi X2 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “pul” tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakı şəhəri, Səbail rayonu, X8 küçəsi, ev 33,7 saylı mənzil 46 saylı ünvanda yerləşən daşınmaz əmlakının dövlət ehtiyacları məqsədilə sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq tikilinin 272,6 kv.m (249,7 kv.m və 22,9 kv.m) hər bir 1 kv.m-nə 1500 manat hesablanmaq şərtilə ümumilikdə 416.400 manat pulun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 2 saylı mənzil 46 saylı ünvanında iddiaçıya məxsus ümumi sahəsi 272,6 kv.m daşınmaz əmlak dövlət ehtiyacları üçün sökülmüş, obyektin yerləşdiyi torpaq sahəsi yolun tikintisi altına salınmışdır. Lakin, bununla bağlı cavabdeh tərəfindən bu günkü günədək İddiaçı kompensasiya ödənilməmişdir. İddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsinin 118082 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 saylı mənzil 46 saylı ünvanda yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət növü ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ünvan 3 saylı mənzil 46 saylı ünvanda yerləşən daşınmaz əmlaka xx.xx.1999-cu il tarixdə Texniki pasport verilmişdir. X7 ünvan 3 saylı mənzil 46 saylı ünvanda yerləşən daşınmaz əmlakın ümumi sahəsi 272,6 kv.m (249,7 kv.m və 22,9 kv.m) olduğu öz əksini tapmışdır. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsi üzrə çıxış edərək bildirdi ki, Bakı-Ələt Yolunun 2-4 kilometr hissəsinin (Bayıl qəsəbəsi – Bayraq Meydanı) yenidən qurulması və əsaslı təmiri ilə əlaqədar yolun tikintisi altına düşən tikililər köçürülmüşdür. Həmin dövrdə vaxt məhdudiyyəti nəzərə alınaraq yolun tikinti və abadlaşdırma işlərinin layihəsi altına düşən tikililər müxtəlif təşkilat-müəssisə sahibləri tərəfindən sökülərək kənarlaşdırılmışdır. İddiaçıya məxsus mənzilin yerləşdiyi torpaq sahəsi hal-hazırda Bakı-Ələt Yolunun müəyyən hissəsinin altında yerləşir. Tikintinin hansı təşkilat tərəfindən sökülməsi barədə məlumat olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli, xx xxxx 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 32-ci maddəsinin 8-ci bəndinə əsasən yaşayış məntəqlərində abadlıq işlərini təşkil etmək, müqavilə əsasında bu işlərin aparılmasına müəssisə, idarə və təşkilatların, habelə əhalinin vəsaitlərini cəlb etmək, istehsalat ərazilərində abadlıq işlərinin aparılmasına nəzarət etmək, yaşıllaşdırma işini həyata keçirmək, yaşıllıqların qorunmasını, vətəndaşların istirahət yerlərini təşkil etmək rayon icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmiş və cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Göstərilənlərə əsasən hesab edilir ki, İddiaçı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi barədə iddiası əsassızdır və təmin edilməməlidir. 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddia ərizəsinə etiraz edirlər və iddianın rədd ediməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsinin 118082 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 saylı mənzil 46 saylı ünvanda yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 3 saylı mənzil 46 saylı ünvanda yerləşən daşınmaz əmlaka xx.xx.1999-cu il tarixində texniki pasport verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanan **********42 nömrəli, xx xxxxxx 2019-cu il tarixli məktubda qeyd edilir ki, ünvan 3,7 saylı mənzil 46 saylı xx.xx.2002-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Məhkəməyə təqdim edilmiş C-3/16-6986 nömrəli, 17 sentyabr 2019-cu il tarixli məktubda qeyd edilir ki, ünvan 3,7 saylı mənzil 46 saylı ünvanında Agentlik tərəfindən 2011-2012-ci illər ərzində Bakı-Ələt avtomobil yolunun km 2-4 hissəsinin (Dövlət Bayraq Meydanı ətrafı yolların yenidən qurulması) tikintisi həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində təqdim edilmiş texniki pasporta əsasən vətəndaş İddiaçı məxsus heç bir tikili Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qiymətləndirilməmiş və kompensasiya ödənilməmişdir. - MBA Consulting Group MMC tərəfindən ünvan 3,7 saylı mənzil 46 saylı ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 13/1176 nömrəli ekspert rəyində qeyd edilir ki, aparılan təhlil və hesablamalar nəticəsində alınmış nəticə aşağıdakı kimi olmuşdur: Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi,ev 33,mənzil 7 ünvanında yerləşən daşınmaz əmlakın (ümumi sahəsi 272.6 kv.m.) xx xxxxxx 2020-ci il tarixinə hesablanmış bazar dəyəri 280 500 manat təşkil edir. O cümlədən, 249,7 kv.m əsas sahənin bazar dəyəri = 249,7 kv.m * 1050 AZN/kv.m = 262 185 AZN, 22.9 kv.m köməkçi sahənin bazar dəyəri = 22,9 kv.m * 800 AZN/kv.m = 18 320 AZN. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, DX- 03/xx-xx-1205 saylı nömrəli “daşınmaz əmlakın qiymətləndirilməsi haqqında” məktubdan görünür ki, qeyd olunmuş ünvana yaxın ərazidə yerləşən və 2011-2012-ci illərdə “xxxx” ASC tərəfindən həyata keçirilmiş “Bakı-Ələt avtomobil yolunun 2,00-4,00 km hissəsinin tikintisi” layihəsi çərçivəsində satın alınan daşınmaz əmlaklara kompensasiya müstəqil qiymətləndiricilər tərəfindən tikintinin keyfiyyətindən, istifadədə olma müddətindən, konstruksiyasından, istifadə olunan tikinti materiallarından və digər amillərdən asılı olaraq bütün əlavələr nəzərə alınmaqla əsas və köməkçi sahələrin 1 kv.metri 800,00 – 1250,00 manat, digər tikililərin 1 kv.m metri isə 500,00-800,00 manat olmaqla hesablanmış və ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 68.2-ci bəndinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Broniovski (Brorniowski) Polşaya qarşı” məhkəmə işi üzrə qərarında göstərmişdir: "134. 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, Razılığa gələn Dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Lakin bu üç norma təcrid halında deyil, bir-biri ilə əlaqəlidir. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır”. Göründüyü kimi, İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin nəzərdə tutduğu ən mühüm şərt dövlət orqanları tərəfindən mülkiyyətin toxunulmazlığına yönəlmiş hər hansı bir müdaxilənin hüquqa uyğun olması tələbidir. Adı çəkilən maddənin 1-ci bəndinin 2-ci cümləsi mülkiyyətdən məhrum etməyə yalnız qanunla nəzərdə tutulmuş şərtlərə uyğun olduqda icazə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Real zərər varsa, əmlak hüququ pozulur və zərər vuran tərəfindən öhdəlik yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi,ev 33,mənzil 7 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyət və sahiblik hüququ ilə məxsus olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 156 b nömrəli, 16 iyun 2011-ci il tarixli Sərəncamı ilə ünvan 3 saylı mənzil 46 saylı ünvanında yerləşən 272,6 kv.m ibarət daşınmaz əmlak Bakı Ələt avtomobil yolunun 2-4 kilometr hissəsinin (Bayıl qəsəbəsi- Bayraq meydanı) yenidən qurulması və əsaslı təmiri məqsədilə sökülmüşdür. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı mülkiyyət və sahiblik hüququ ilə məxsus 272,6 kv.m sahəsi olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi,ev 33,mənzil 7 ünvanında yerləşən daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş real zərərin həcmini və zəruriliyini sübutlar vasitəsi ilə əsaslandırmışdır. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxs tərəfindən söküntü işləri aparılarkən iddiaçıya məxsus daşınmaz əmlakın sökülməsi qanuna uyğun aparılmamışdır. Başqa sözlə, iddiaçıya mülkiyyət və sahiblik hüququ ilə məxsus olan əmlakından məhrum edilməsi ilə nəticələnmiş, müdaxilə qanuna uyğun olaraq həyata keçirilməmiş və beləliklə də, iddiaçının mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. İddiaçı dəyən zərər ekspertiza rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi,ev 33,mənzil 7 ünvanında yerləşən xx xxxxxx 2020-ci il tarixinə hesablanmış bazar dəyəri 280 500 manat təşkil edir. O cümlədən, 249,7 kv.m əsas sahənin bazar dəyəri = 249,7 kv.m * 1050 AZN/kv.m = 262 185 AZN, 22.9 kv.m köməkçi sahənin bazar dəyəri = 22,9 kv.m * 800 AZN/kv.m = 18 320 AZN manat qiymətləndirilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət X6 Şəxsindən Bakı şəhəri, Səbail rayonu, Neftçi Q.Abbasov küçəsi,ev 33,mənzil 7 ünvanda yerləşən daşınmaz əmlakının dövlət ehtiyacları məqsədilə sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq dövlət büdcəsi hesabına (daşınmaz əmlakın sahəsi 272,6 kv.m (o cümlədən, əsas sahəsi 249,7 kv.m, köməkçi sahəsi 22,9 kv.m) ümumilikdə 280 500 (iki yüz səksən min beş yüz) manat pul tutularaq İddiaçı (şəxsiyyət vəsiqəsinin seriyası AZE № ********, xx.xx.2014-cü il tarixdə ASAN2 tərəfindən verilmişdir)xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov.
Məhkəmə qərarları › İş №e-2-2(113)-3042/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3042/2020
17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver