Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3088/2022 14.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan əmlaka su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız olaraq Cavabdeh ASC tərəfindən hesablanmış 2.584,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən obyekt onun mülkiyyətindədir. Həmin mülkiyyəti xx.xx.2014-cü il tarixində X1 alqı-satqı yolu ilə əldə etmişdir. Bildirir ki alqı-satqı zamanı satıcı ilə birlikdə qaz, su, işıq və digər kommunal borcların olmaması barədə arayışı notariat Kontoruna təqdim etdikdən sonra notarius onlara alqı-satqı etməyə icazə vermişdir. Bildirir ki, xx.xx.2014-cü il tarixində Cavabdeh ASC-dən borcun olmaması barədə arayış alaraq Notariat Kontoruna təqdim etmişlər və alqı-satqı etmişlər. Bildirir ki, o ünvan 1 ünvanında yerləşən obyekti alarkən ümumiyyətlə həmin obyektdə su sayğacı və su xətti yox idi. Həmin gündən bu günə kimi heç vaxt sudan istifadə etməmiş və obyektdə su xətti olmayıb. Bildirir ki, bu yaxınlarda obyektinə su xətti çəkilməsi üçün Cavabdeh ASC-nin Nərimanov Rayon İdarəsinə müraciət etmiş, lakin ona Cavabdeh ASC-nin əməkdaşı Zaur Rzayev bildirmişdir ki, onun Cavabdeh ASC-yə 300 manat borcu var. O isə ona bildirmişdir ki, onun obyektində heç vaxt su və kanalizasiya xətti olmayıb. Cavabdeh ASC-nin əməkdaşı oz növbəsində bu məsələni başqa yolla həll etməyin mümkün olduğunu bildirmiş, o isə ona heç bir qanunsuz ödəniş etməyəcəyini qeyd edərək bütün bunlar barədə Cavabdeh ASC-nin Nərimanov Rayon Sukanal İdarəsinin Rəisi Zaur Hüseynova ərizə ilə müraciət etmişdir. Cavabdeh ASC-nin Nərimanov Rayon Sukanal İdarəsinin rəisi Zaur Hüseynov ona həmin əraziyə baxan əməkdaşların orada sudan istifadə olunub-olunmaması barədə onlara məlumat verdiyini, onlar da vətəndaşa borc hesabladığını bildirmiş, eyni zamanda ona borc barədə “X10”ndakı məlumatları təqdim etmişdir. Həmin məlumatlara əsasən xx.xx.2013-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək onun mülkiyyətində olan obyektin heç bir su borcu olmayıb, lakin xx.xx.2020-ci ildən başlayaraq xx.xx.2021-ci il tarixədək hər ay müxtəlif məbləğlər olmaqla cəmi 2.584,50 manat borc yazılmışdır. Həmçinin ona Cavabdeh ASCnin Nərimanov Rayon Sukanal İdarəsinin əməkdaşı Zaur Rzayev bildirmişdi ki, həmin ünvana smart tipli su sayğacı quraşdırmaqla həmin borcu da həmin sayğaca yazmaqla hissə-hissə ödəniş edə bilər. Lakin o, haqsız və qanunsuz yazılan borcla razılaşmadı. Çünki o həmin obyekti alandan bu günə kimi həmin obyektdə su xətti və ya kanalizasiya xətti olmayıb. “X7”nın 7.4 və 7.5-ci bəndlərinə əsasən su təchizatı və kanalizasiya sisteminə qoşulmuş istehlıakçının istifadə etdiyi suyun həcmi su təchizatı xəttinə quraşdırılmış suölçən cihaz (sayğac) vasitəsi ilə ölçülür. Suölçən cihaz olmadıqda isə suyun həcmi əhali istehlakçıları üçün Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən nəzərdə tutulmuş qaydada, qeyri əhali istehlakçıları üçün isə suölçən cihaz quraşdırılanadək su təchizatı xəttinin qoşulma nöqtəsində və yaxun obyektə giriş nöqtəsində iç diametrdən asılı olaraq normativ qaydada hesablanma yolu ilə müəyyənləşdirilir. Yuxarıda qeyd olunan “X7”nın 7.4 və 7.5-ci bəndlərindən də görünür ki, obyektin su sərfiyyatı ya su sayğacı, yada obyektə daxil olan su borusunun diametrinə əsasən hesablanır. Halbuki, onun obyektində heç vaxt su sayğacı olmayıb, həmçinin obyektinə heç bir su xətti daxil olmur. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də görünür ki, obyektin içi tamailə boşdur və heç bir su və ya kanalizasiya xətti yoxdur. Sadəcə olaraq Cavabdeh ASC-nin Nərimanov Rayon Sukanal İdarəsinin əməkdaşlarının dediyinə görə onun obyektində su kodu var və bu kod olduğuna görə özlərindən heç bir əsası olmayan müxtəlif aylara müxtəlif borclar yazaraq ondan əsassız olaraq 2.584,50 manat pul tələb edirlər. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, onların evi arxa tərəfdədir, obyektə bitişik deyil, orda da su olmayıb, obyektdə boru yoxdur. Cavabdeh ASC ilə heç bir müqavilə bağlamamış, 5 aydır ki, onun mağazası bağlıdır, obyekti icarəyə verə bilmir, obyekti icarəyə vermək üçün ora su çəkilməlidir, 2.584,5 manat borc əsassız yazılıb. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, izahatında borcun silinməsinə etiraz etdiklərini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, sudan qanunsuz istifadə edilibdir. 2020-ci ildə orda sudan sayğacsız istifadə olunub. Hesablama en kəsiyinə görə aparılıb. İddiaçı ilə müqavilə yoxdur. Obyektin keçmiş sahibi ilə müqavilə olub, sonra obyektin hazırki sahibi su idarəsinə müraciət etməyib və sudan qeyri-qanuni istifadə edib. X5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, obyektin yerləşdiyi ərazi onun məsuliyyətindədir. Mübahisə predmeti olan obyektin sudan istifadə ilə bağlı yaranmış borcunu o hesablayırdı, həmin dövrdə obyektdən icarəçi istifadə edirdi. 2 ay obyektin sahibi kimi iddiaçının oğluna hesab-faktura təqdim etmiş və sayğac quraşdırılmalı olduğunu bilidirmişdir. Digər hesab-fakturaları icarəçiyə təqdim etmişdir. Hesab fakturaları təqdim etdiyi vaxt iddiaçı irad bildirmirdi. O, hesabat verdiyi dövrlərdə obyektə gedən su xətti var idi. İddiaçı obyekti təmir edərkən qapının istiqamətini dəyişdi və obyektə gedən su şəbəkəsini də bağladı. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, hazırda obyektdə su yoxdur. Su xətti ləğv olunduğu vaxtdan həmin obyektlə bağlı borc yazılmır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 22, ünvanında yerləşən ümumi sahəsi 21,6 m2 olan o cümlədən, yaşayış sahəsi 12 m2, yardımçı sahə 9,6 m2 olan 1 otaqlı 6 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 22 ünvanında yerləşən abonent kodu 094355 olan mağaza ilə bağlı X2 abonent haqqında məlumatlarından görünür ki, 2020-ci ilin fevral ayından noyabr ayınadək içməli suya və çirkab sularının axıdılmasına görə hesablanmış borc cəmi 1.720 manat, 2021-ci ilin fevral ayından may ayınadək içməli suya və çirkab sularının axıdılmasına görə hesablanmış borc cəmi 624 manat olmaqla həmin illər üzrə hesablanmış borc ümumilikdə 2.344 manat təşkil etmişdir. Məlumatların verildiyi tarixə abonentin içməli suya və çirkab sularının axıdılmasına görə hesablanmış borcu cəmi 2.584,50 manat təşkil edir. Nərimanov rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubunda bildirilmişdir ki, abonent kodu 094355 olan obyektin su xətti üzərində suölçən cihaz quraşdırılmadığı üçün hesabat normativə uyğun hesablanır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablarında 2.584,50 manat borcları vardır. xx.xx.2022-ci il tarixli texniki baxış aktı ilə təsdiq edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən əraziyə baxış keçirilən zaman qeyd olunan ərazidə bitişik formada olmaqla bir mənzil (əhali kodu: **********011) və bir qeyri-yaşayış sahəsinin (qeyri-yaşayış kodu: 094355) mövcud olduğu məlum olmuş, mənzilin su və kanalizasiya xətti mövcuddur, lakin qeyri-yaşayış sahəsinin su və kanalizasiya xətti mövcud deyil. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. Belə ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan qeyri-yaaşyış sahəsinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə görə əsassız olaraq Cavabdeh ASC tərəfindən hesablanmış 2.584,50 manat borcun silinməsini tələb edir. İddiaçı tələbini onunla əsaslandırır ki, həmin obyekti xx.xx.2014-cü il tarixində X1 alqı-satqı yolu ilə əldə etmiş və obyekt hazırda onun mülkiyyətindədir. MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı işin hallarından isə görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 22 ünvanında yerləşən abonent kodu 094355 olan qeyri-yaşayış sahəsinin su ilə təchiz edilməsinə dair müqavilə bağlanmamışdır. Həmin obyektlə bağlı (abonent məlumatına əsasən) su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2002-ci il tarixli, 19249065 saylı müqavilə (hazırda həmin müqavilənin statusu aktivdir) Cavabdeh ASC ilə abonent X6 arasında bağlanmış və iddiaçının mübahisələndirdiyi borc məbləği həmin müqavilə üzrə abonent X4 hesablanmışdır. Göründüyü kimi iddiaçı “İddiaçı obyektin su təchizatına dair müqavilə üzrə tərəf olmadığından həmin müqavilədən irəli gələn tələblə çıxış etməyə, o cümlədən həmin müqavilə əsasında cavabdeh digər şəxsə hesablanmış borcu mübahisələndirməyə dair subyektiv hüquqa malik deyil. Belə olan halda məhkəmə işin digər faktiki hallarının araşdırılmasını ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı borcun silinməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3088/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3088/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver