Məhkəmə qərarları › İş №e-2-2(113)-3119/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3119/2024

17.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3119/2024 17.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh X1 qarşı ümumi yığıncağın çağırılması öhdəliyinin qoyulması tələbinə dair iş üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh X4 Müəssisəsinin təsisçisi olduğu dövrdən xx.xx.2022-ci il tarixdən yığılan dividendlərin bölüşdürülməsi məqsədilə Cavabdeh X4 Müəssisəsinin üzərinə ümumi yığıncağının çağırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə təqdim edərək, iddiaçı ərizəsi və ona əlavə edilmiş sənədləri, eyni zamanda dövlət rüsumunu və vəkil orderini geri qaytarılmasını xahiş etmiş, bu barədə mülki işin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə təqdim edərək, iddiaçının baxılmamış saxlama barədə ərizəsinə etiraz etməmişdir. Onların iştirakı olmadan qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalı, eyni zamanda ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə, qərar verdi: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh X1 qarşı ümumi yığıncağın çağırılması öhdəliyinin qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar