Məhkəmə qərarları › İş №e-2-2(113)-3140/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3140/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3140/2020 25.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 təbii qazdan istifadəyə görə yaranmış 11406,40 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin (hakim Aytən Əliyeva) icraatında iddiaçı X2 cavabdeh İddiaçınə qarşı hazırki tələb olunan vəsaitin silinməsi barədə (e-2-2(113)-3080/2020 nömrəli) iş olduğundan hazırki iş üzrə İddiaçı ona qarşı qaldırdığı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə da öz növbəsində məhkəməyə şifahi vəsatət verərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatında iddiaçı X2 cavabdeh İddiaçınə qarşı hazırki tələb olunan vəsaitin silinməsi barədə (e-2-2(113)-3080/2020 nömrəli) iş vardır. Bununla yanaşı o, qeyd etmişdir ki, sözügedən hər iki iş üzrə tələblər istifadə olunmuş qaza görə borcun ödənilməsi bağlı olduğundan, gələcəkdə bir iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarının qanuni qüvvəyə minənə qədər digər işin icraatının əsassız olaraq dayandırılmasına səbəb ola bilər. Odur ki, hər iki iş üzrə eyni vaxtda yekun qərarlarının çıxarılması məqsədi ilə hazırki e-2-2(113)-3140/2020 nömrəli işin digər e-2-2(113)- 3080/2020 nömrəli işə bir icraatda baxılması üçün birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin ərizəsini, iddiaçının nümayəndəsinin vəsatətini nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, eyni tərəflər olan hər iki işdə eyni dövrdə yaranmış borcla bağlı iddia tələbi olduğundan, hər iki işin bir icraatda baxılması və eyni vaxtda yekun qərarlarının çıxarılması məqsədi ilə hazırki e-2-2(113)-3140/2020 nömrəli iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-3080/2020 nömrəli işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməsi tələbinə dair hazırki e-2- 2(113)-3080/2020 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş iddiaçı X2 cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair e-2-2(113)-3080/2020 nömrəli kommersiya mübahisəsi ilə bağlı işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-ci maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X3 qarşı təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməsi tələbi barədə e-2-2(113)-3140/2020 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş, iddiaçı X2 cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair e-2-2(113)-3080/2020 nömrəli kommersiya mübahisəsi ilə bağlı işə birləşdirilsin. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar