Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3175/2021 16.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi və artıq ödənilmiş ödənişin geri qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin noyabr, dekabr ayları üçün, 2021-ci ilin yanvar və fevral ayları üçün artıq hesablanmış 354336,20 manat artıq borc məbləğinin silinməsini, bundan başqa, artıq ödənilmiş 234063,93 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsini imzalayan Nümayəndə etibarnamə verilsə də, sonuncunun əsas iş yeri həmin hüquqi şəxs olması ilə bağlı sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Göründüyü kimi Nümayəndə hazırki iddia ərizəsini imzalamağa hüququ olmamış, belə ki, həmin səlahiyyəti təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi və artıq ödənilmiş ödənişin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli 14.06.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçınə izah edilsin ki, iddia ərizəsini imzalayan şəxsin əsas iş yeri həmin hüquqi şəxs olması ilə bağlı sənədlər əlavə edilməklə iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3175/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3175/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver