Məhkəmə qərarları › İş №e-2-2(113)-3249/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3249/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3249/2021 26.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı istifadə olunmuş təbii qaza görə iddiaçıya yaranmış 103171,17 manat debitor borcun, 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı cavabdeh tərəfindən iddiaçıya 2017,2018,2019-cu illər və 2020ci ilin 6 ayı ərzində hesablanmış 805240 manat borcun əsassız hesab edilməsi, həmin borcun 103171,17 manat hissəsinin silinməsi və iddiaçı tərəfindən artıq ödənilmiş 702068,83 manat pulun iddiaçının **********00000 saylı abonent hesabına bərpa edilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı istifadə olunmuş təbii qaza görə iddiaçıya yaranmış 103171,17 manat debitor borcun, 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı cavabdeh tərəfindən iddiaçıya 2017,2018,2019-cu illər və 2020ci ilin 6 ayı ərzində hesablanmış 805240 manat borcun əsassız hesab edilməsi, həmin borcun 103171,17 manat hissəsinin silinməsi və iddiaçı tərəfindən artıq ödənilmiş 702068,83 manat pulun iddiaçının **********00000 saylı abonent hesabına bərpa edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli, AMX-4682/19 nömrəli müqaviləyə əsasən Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən ona məxsus kərpic zavodu təbii qazla təmin olunur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini ödəməmiş, bunun nəticəsində Cavabdeh hazırda Birliyə 103171,17 manat borcu yaranmışdır. Qeyd olunan mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq Cavabdeh tərəfindən borc ödənilməmişdir. Məktubda Cavabdehnə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün mənkəməyə müraciət olunacağı bildirilmişdir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddianı müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, qarşılıqlı iddia ərizəsində iddianın əsasını cavabdehlə bağlanmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqaviləsi”ndən irəli gələn öhdəliklərin qarşı tərəfin yerinə yetirməməsi, abonentin Müqaviləyə uyğun olaraq təbii qazla təmin olunmasına baxmayaraq həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilən, üzləşmə aktlarında əks olunan təbii qazın dəyər məbləğinin ödənilməməsi təşkil edir. İddiaçı İstehsal Birliyinin iddia ərizəsinin baxılması üçün iş icraata qəbul edilməmiş Cavabdeh nümayəndəsi tələsik olaraq İddiaçı İstehsal Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsinə və artıq ödənilmiş pulun geri qaytarılmasına dair” qarşılıqlı iddia ərizəsi göndərmişdir. Qarşılıqlı iddia ərizəsinin hara ünvanlanması ərizədə göstərilməmişdir. Bu da ərizənin tələsik, araşdırılmadan tərtib edilməsinə sübutdur. Cavabdeh “Qarşılıqlı iddia”sı əsassızdır. İddiaçı İstehsal Birliyinin ilkin iddiası qanuni olmaqla mötəbər sənədlərdən ibarət sübutlara və məntiqi dəlillərə əsaslanır. Cavabdeh Xaçmaz RQİİ-nin Siyəzən Xidmət Sahəsində qeyri-əhali kommersiya abonenti kimi qeydiyyatdadır və onunla bağlanmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nə əsasən Cavabdehnə məxsus Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən kərpic zavodunda təbii qazdan istifadə etməklə inşaat materialları istehsal edir. Abonent üçün ROK-407 tipli 530171W №-li sərfölçən quraşdırılmışdır. Bu sərfölçən aparat elektronikanın ən yeni elmi nailiyyətlərinə əsaslanan ölçü cihazı olmaqla keçən qazın miqdarını hava tempraturu, nisbi rütubət və s. faktorlar nəzərə alınmaqla tam dəqiqliklə müəyyən edərək birbaşa internet vasitəsi ilə ROK-V Proqramına ötürür. Abonentin istifadə etdiyi qazın dəyəri ROK-V Proqramından götürülmüş ROK-407 sərfölçən cihazın göstəricilərinə əsasən hesablanaraq hər ay hər iki tərəfin iştirakı ilə akt tərtib olunur və abonentə bildiriş təqdim olunur. Klassik qaz sayğacları bir ay ərzində bir və ya iki dəfə oxunduğu halda, sərfölçən cihaz hər saat ərzində keçən qazın miqdarı, həmin vaxt havanın tempraturu, atmasfer təzyiqi, nisbi rütubət və s. parametr göstəricilərini qeyd etməlklə məlumatları ROK-V Proqramına verir. Buna görə də Cavabdeh abonent saldosunda mexaniki və elektron göstəricilər qrafası boşdur. Ayın sonunda ROK-V Proqramından çıxarılan gündəlik sərfiyyat göstəriciləri qeyd olunmaqla hər ay üçün qarşılıqlı akt tərtib olunur. Buna görə də sərfiyyat göstəriciləri “Qalıq və aktlar” qrafasında qeyd olunur. Cavabdeh qarşılıqlı iddiasında ilkin iddiadakı borc məbləğinin yaranma mənbəyinin bilinmədiyi qeyd edilir. Birincisi göstərildiyi kimi ilkin iddianın predmeti istifadə olunan və ROK-407 sərfölçən cihazının göstəriciləri ilə müəyyən olunan debitor borcudur. İkincisi bu borcun məbləği 31 mart 2021-ci il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”nda hər iki tərəfin imzaları və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh qarşılıqlı iddiasında əvvəllər təbii qazdan istifadəyə görə az sərfiyyatın qeydə alınması, sonradan bu məbləğlərin çoxalması və ya ağlabatan olmaması və bu mülahizələrə görə hesablamalar aparılması heç bir məntiqə uyğun gəlmir. Belə ki, təbii qazdan istifadəyə görə yaranan borc konkret sərfiyyat göstəricilərinə əsaslanır. Subyektiv fikirlərə görə hesablamalar aparılması və buna görə də qarşı tərəfə iddia tələbi irəli sürülməsi reallıqdan kənar, absurd fərziyyələrdir. Bütün bunlardan aydın olur ki, ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddiası Qanuna, sübut və dəlillərə əsaslanmır, heç bir sənəddə əksini tapmır, onun öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir. Sonda nümayəndə ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği real sərfiyyatdan dəfələrlə artıq hesablanmışdır və bu gün həmin əsassız hesablanmış borc məbləği Cavabdehndən yenə də əsassız olaraq tələb edilir. Cavabdehnə məxsus Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən qeyriyaşayış sahəsində ROK 407 tipli, 530171W sərfölçən (qaz sayğacı deyil) cihazı quraşdırılmışdır. Həmin cihaz vasitəsi ilə ilk illərdə İddiaçı İB tərəfindən ağlabatan məbləğdə aylıq qaz sərfi müəyyən edilirdi. Lakin 2017-ci ildən İddiaçı İB ağlabatan olmayan şişirdilmiş və tam olaraq əsassız borclar hesablamağa başlamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2017-ci ilədək il ərzində sərf edilən qaz həcmi 100000 - 150000 civarında olmuşdur. Lakin 2017-ci ildən bu məbləğ dörd dəfəyə qədər artırılmışdır. Bu ağlabatan deyildir. 2017-ci ildən Tarif Şurasının qərarına əsasən sənaye sektoru üzrə 1 m3 qazın dəyəri 0,20 manat təşkil edir. Cavabdeh il ərzində təbii qaz sərfiyyatı təqribən 200000 - 300000 arası olmalı idi. Lakin saldodan da göründüyü kimi müəssisəyə 2017-ci il ərzində 541880,40 manat, 2018-ci il ərzində 557060,20 manat, 2019-cu il ərzində 497733,80 manat, 2020-ci ilin 6 ayı ərzində 258565,60 manat borc hesablanmışdır. Beləliklə il ərzində qaz sərfini maksimal 300000 manat məbləğində olmalı olduğu nəzərə alınsa, 2017-ci il ərzində (541880,40-300000) 241 880,40 manat, 2018-ci il ərzində (557 060,20-300000) 257 060,20 manat, 2019-cu il ərzində (497 733,80-300 000) 197 733,80 manat, 2020-ci ilin 6 ayı ərzində (258 565,60- 150 000) 108 565,60 manat ümumilikdə isə üç il 6 ay ərzində 805240 manat məbləğində artıq borc hesablanmışdır. Məlum olduğu kimi İddiaçı İB ölkə ərazisində təbii qazın satışı sahəsində inhisarçı orqandır. Cavabdeh fəaliyyət sahəsindən də göründüyü kimi Cavabdeh fəaliyyəti birbaşa təbii qazın verilməsindən asılıdır. İddiaçı İB öz inhisarçı vəziyyətindən istifadə edərək Cavabdehnə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsinin dayandırılacağını bildirdikdə hesablanmış borcu əsassız hesab etməsinə baxmayaraq və gələcəkdə daha çox maddi ziyana uğramamaq üçün məcbur olub ödənişlər etmişdir. Dəfələrlə “Azəriqaz İB-nə borcun artıq hesablandığını bildirməsinə baxmayaraq borcun təkrar araşdırılacağı barədə yalançı vədlər verilmiş və bu azmış kimi hazırda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Bundan başqa, ROK 407 tipli qurğunun qaz sayğacı kimi üzərindən göstərici oxunmur. Abonent saldosundan da göründüyü kimi ay ərzində guya istifadə edilmiş qazın dəyəri göstəriciyə əsasən deyil, məhz İddiaçı İB tərəfindən birtərəfli qaydada, məlum olmayan düstur əsasında müəyyən edilərək saldonun “qalıq və aktlar” bölümündə əks olunur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2- ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Abonent saldosunun “Mexaniki göstərici” və “Elektron göstərici” bölümlərində isə göründüyü kimi hər hansı sayğac göstəricisi nəzərə alınmadan borc hesablanır. İstehsalat Birliyindən borcun hansı qaydada müəyyən olunduğuna dair sənəd istədikdə özlərinin proqram bazasından çıxarış vermişlər, (əlavə olunur) Verilmiş çıxarışa nəzər saldıqda absurt və tam olaraq qanunsuz qaydada borcların hesablandığını bir daha görünür. Belə ki, təqdim edilmiş çıxarışdan göründüyü kimi ay ərzində iki dəfə müəssisəyə borc hesablanmış, hesablanmış borcların mənbəyi qeyd edilməmiş və hansı göstəricilərə əsasən müəyyən olunduğu görünmür. Qanunun tələbindən də göründüyü kimi qazın sərfinə görə hesablaşma aparılması üçün qaz sayğacı quraşdırılmalıdır. İddiaçı İB isə fərdi istifadə üçün nəzərdə tutulmayan ölçü cihazı vasitəsi ilə qeyri-müəyyən qaydada yəni qanunvericiliyə zidd şəkildə qazın sərfinə görə Cavabdehnə əsassız borclar hesablamış və öz inhisarçı vəziyyətindən istifadə edərək həmin borc məbləğindən ödəniş edilməsinə Cavabdeh məcbur etmişdir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddiaya etiraz edərək və qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, Cavabdeh 21 yanvar 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 26.07.2019-cu il tarixli, AMX-4682/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, İddiaçı, Cavabdeh keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı hesabına ödəməyi öhdələrinə götürmüşlər. 01 aprel 2021-ci il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktının surətindən görünür ki, Cavabdeh qazın alqı-satqısı üzrə İddiaçınə 31 mart 2021-ci il tarixə 103171,17 manat debitor borcunun yaranmasını etiraf etmişdir. Abonentin saldosundan görünür ki, Cavabdeh 2020-ci ilin noyabr ayına borcu 103171,17 manat təşkil edir. Məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsinin, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında 26.07.2019-cu il tarixli, AMX-4682/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və müqaviləyə əsasən İddiaçı, Cavabdeh keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı hesabına ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh qazın alqı-satqısı üzrə İddiaçınə 31 mart 2021-ci il tarixə 103171,17 manat debitor borcunun yaranmasını etiraf etmiş və bu barədə tərəflər arasında 01 aprel 2021-ci il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı tərtib edilərək təsdiq edilmişdir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə İddiaçı öhdəliyi yerinə yetirərək, təbii qazı Cavabdehnə vermiş, bunun nəticəsində İddiaçı Cavabdehndən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, Cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə İddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 26.07.2019-cu il tarixli, AMX-4682/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən yaranmış 103171,17 manat məbləğində borc 01 aprel 2021-ci il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə təsdiq olunduğundan həmin borc Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Qarşılıqlı iddia ərizəsində iddia tələbinin əsası kimi göstərdiyi dəlillərlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarında olan 01 aprel 2021-ci il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə Cavabdeh, İddiaçı tərəfindən təbii qazdan istifadəyə görə ona hesablanmış borc məbləği ilə razılaşaraq borcun etirafına dair akt tərtib etməklə təsdiq etmişdir. Bu hal iddia ərizəsində qeyd olunan dəlillərin formal mülahizələrə əsaslanmaqla əsassız olduğunu təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən borc, istehlak olunmuş təbii qaza görə yaranmış borcdur və həmin borcun silinməsi üçün heç bir qanuni əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən olunmadığından qarşılıqlı iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddianın təmin edildiyindən ilkin iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Akkord Kərpic” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdehnə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İstifadə olunmuş təbii qaza görə yaranmış 103171,17 manat debitor borc və 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı hesabına ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar