Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3332/2023 30.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X9 cavabdeh X5 qarşı “əmlakların iddiaçıya təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə iddiaçı X9 cavabdeh X5 qarşı “əmlakların iddiaçıya təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. iddiaçı X13 cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Uğu derin dondurucu 450 LT”-soyuducu, Tezgah tip buzdolabı ( 190*70*85*)-soyuducu, Tezgah tip buzdolabı (200*70*85)-soyuducu, Mermer tablalı buzdolabı (190*70*85)-soyuducu, iki qapılı ev tipli soyuducu, Qabyuyan maşın (500 tabak)-tezgahaltı, 30 kq-lıq buz makinası, siyah 3 qapılı bar tipli soyuducu, Şüşə qapalı tezgah tipli soyuducu, ikigözlü “pizza” ocağı (təndiri) və altlığı, Pley izgara ( 80*70*85), Zal üçün səhnənin hazırlanmasında polad pərdə və xalça konstruksiyası, Kasset tipli kondisioner iç 5.2/6.0 kvt AUX-1 ədəd, Multisplit Kondisioner çöl 11 kvt AUX-1 ədəd, Split Kondisioner (24000BTU/hAUX) -4 ədəd, Bar təzgahı -6m, Masa-15 ədəd, Bar masası-8 ədəd, Oturacaq (sandalye) -35 ədəd , divan -8 ədəd, Dəri üzlü bar oturacağı (sandalye)-30 ədəd, Taburetka- 20 ədəd, Bar üzərindəki dəmir dekor-1 ədəd, Kompleks cctv kamera sistemi, Ventilyasiya layihəsi (isti, soyuq, kondisioner sistemi), Akustik (musiqi) Diamond” markalı səs-işıq sistemi-səhnə və televizorun (Sony markalı, 43 inch) alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən binanın qeyri-yaşayış sahəsinin icarəsinə dair cavabdehin atası İbrahim Mustafayev ilə müqavilə bağlamış, həmin sahəni 12 il icarə əsasında "Araki Meyhane" adı altmda restoran kimi işlətmişdir. Sonradan həmin qeyri-yaşayış sahəsi cavabdehə bağışlanıldığından, X7 ilə xx.xx.2017-ci ildə 3 il müddətinə icarə müqaviləsi bağlanmış, müddət bitdikdən sonra xx.xx.2021-ci il tarixdə yenidən icarə müqaviləsi bağlanmışdır. Həmin sahə icarəyə götürüldükdən sonra tam təmir edilmiş, restorana külli miqdarda xərc qoyularaq müvafiq avadanlıqlar alınmışdır.Obyekt "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən (müqavilənin digər tərəfi "xxxx" MMC (direktor Türkay Kıztaş) tam təmir edilmiş, 300.738.03 manat xərc iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda obyekt müvafiq avadanlıqlarla (restoran işlətməsi üçün zəruri olan bütün əşyalarla) təchiz edilmişdir. Həmin avadanlıqlar "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən (müqavilənin digər tərəfi "xxxx" MMC (direktor Türkay Kıztaş)) alınmış və obyektdə yerləşdirilmişdir. Avadanlıqların dəyəri 20.740 ABŞ dolları təşkil etmişdir. Həmin avadanlıqlar (mətbəx əşyaları) aşağıdakılardan ibarətdir"Uğur derin dondurucu 450 LT" – soyuducu, Tezgah tip buzdolabı (190*70*85) – soyuducu, Tezgah tip buzdolabı (200*70*85) – soyuducu, Mermer tablalı buzdolabı (190*70*85) – soyuducu, İki qapılı ev tipli soyuducu, Qabyuyan maşın (500 tabak) – tezgahaltı,30 kq-lıq buz istehsal edən makina,Siyah 3 qapılı Bar tipli soyuducu,Şüşə qapaqlı tezgah tipli soyuducu,İkigözlü "pizza" ocağı (təndiri) və altlığı,Pley izgara (manqal) (80*70*85), Zal üçün səhnənin hazırlamasında polad pərdə və xalça konstruksiyası,Kasset tipli Kondisioner iç 5.2/6.0 kvt AUX -1 ədəd,Multisplit Kondisioner çöl 11 kvt AUX -1 ədəd,Split Kondisioner (24000BTU/h AUX) - 4 ədəd,Bar təzgahı - 6 m,Masa -15 ədəd,Bar masası - 8 ədəd,Oturacaq (sandalye) - 35 ədəd,Divan - 8 ədəd,Deri üzlü bar oturacağı (sandalye) - 30 ədəd Taburetka - 20 ədəd Bar üzərindəki dəmir dekor - 1 ədəd Kompleks cctv kamera sistemi Televizor (Sony markalı) 43 inch, Ventilyasiya layihəsi (isti, soyuq, kondisioner sistemi), Akustik (musiqi) "Diamond" markalı səs - işıq sistemi - səhnə. Həmçinin obyektə quraşdırılmış giriş qapısı pofili və 4 ədəd açılıb bağlanan şüşə sistemi, Havalandırma üçün çıxış borusu, sayğac transformatoru, binaya çəkilən elektrik xətti də iddiaçının vəsaiti hesabına edilmişdir. Qeyd edilən təmir və avadanlıqlar rəsmi müqavilələrlə müşaiyət olunmuşdur.xx.xx.2021-ci il tarixli icarə müqaviləsi 3 il müddətinə bağlanmış, müddəti sonu kimi xx.xx.2024-cü il müəyyən ea enişdir. Lakin cavabdeh müqavilənin tələblərini pozaraq məni xx.xx.2021-ci il tarixdə obyektdən çıxarmış, mənə məxsus əşyaları obyektdən götürməyimə icazə verməmişdir.Hazırda həmin obyekt başqa şəxsə icarəyə verilib və "Jolly Bistro" adı altında fəaliyyət göstərir. Həmin obyektdəki yuxanda qeyd etdiyim əşyalar iddiaçıya məxsusdur.İddiaçı ona məxsus olan aşağıda qeyd edilən əşyalarımın götürülməsi ilə bağlı cavabdeh əvvəllər razılığa gəlsə də, srrjalar fikrindən yayınaraq, əşyalarının geri qaytarılmasına süni maneələr törətmişdir.Halbuki, xx.xx.2021-ci il tarixli müqavilənin 1.4; 5.1 və 5.5-ci maddəsinə əsasən iddiaçı yuxarıda qeyd edilən əşyaları qeyd-şərtsiz götürmək hüququna malikdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilmiş cavabdeh X7 tərəfindən iddiaçıya ünvanlanmış bildirişlərdən də görünür ki, cavabdeh avadanlıqların iddiaçıya məxsus olmasını təsdiqləyir. Bundan əlavə əşyaların iddiaçının direktoru olduğu "xxxx" MMC tərəfindən alındığını təsdiqləyən sənədlər iş materiallarına əlavə edilmişdir. Daha sonra hüquqi şəxs tərəfindən həmin əşyalar iddiaçının mülkiyyətinə ötürülmüşdür. Qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman əşyaların bir qisminin orada olduğu müəyyən edildi. Hesab edir ki, qalan əşyaların obyektdə saxlanılmaması ilə bağlı məsuliyyəti cavabdeh daşıyır.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatda bildirdi ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin adından olan xx.xx.2021-ci il tarixli bildirişdə konkret olaraq hansı əşyalardan söhbət getdiyi göstərilməmişdir. Ona görə də həmin bildirişı əsas gətirməklə cavabdehin əşyaların iddiaçıya məxsus olmasını təsdiqlədiyini demək düzgün deyildir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi əmlaklar hüquqi şəxsin balansındadır və əşyaların iddiaçıya ötürülməsini təsdiqləyən sübutlar mövcud deyildir. Odur ki, iddiaçının belə bir iddia qaldırmaq hüququ da mövcud deyildir. Bundan əlavə olaraq qeyd etdi ki, qeyriyaşayış sahəsinin hazırki istifadəçisinin əşyaların iddiaçıya geri qaytarılmasına hər hansı bir narazılığı yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İcarəyə verən” qismində X6 ilə “icarəçi” qismində Kıztaş Turkay arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən üçmərtəbəli binanın birinci mərtəbəsindəki 154.3 kv.m qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə vermişdir. 2.1 İcarə obyekti icarəçiyə 5 il müddətinə icarəyə verilir. İcarə obyekti icarəçiyə mövcud olan əşya və avadanlıqların siyahısını əks etdirən təhvil-təslim aktına əsasən təhvil verilir.
7. Daha sonra “İcarəyə verən” qismində X7 ilə “icarəçi” qismində Kıztaş Turkay arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 3 ünvanında yerləşən üçmərtəbəli binanın birinci mərtəbəsindəki 78.5 kv.m qeyri- yaşayış sahəsi sonuncu tərəfindən icarəyə götürülmüşdür. 2.1. İcarə obyekti icarəçiyə 3 il müddətinə icarəyə verilir. İcarə obyekti icarəçiyə mövcud olan əşya və avadanlıqların siyahısını əks etdirən təhvil-təslim aktına əsasən təhvil verilir. 3.1. İcarə haqqı 1500 manat məbləğində müəyyən edilir.
8. “İcarəyə verən” qismində X7 ilə “icarəçi” qismində Kıztaş Turkay arasında eyni qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. 1.4. İcarəçi icarə obyektinə zərər vurmadan bu müqavilədə nəzərdə tutulan məqsədlərlə tam həcmdə istifadə etməsi üçün özünün zəruri və ya münasib hesab etdiyi ayrıla bilən bütün mübüli, kompüterləri, telekomunikasiya sistemlərini, cihaz və digər avadanlıqları icarə obyektində öz hesabına quraşdıra və onlardan istifadə edə bilər, habelə bu müqavilənin müddəti bitdikdən və ya ona istənilən əsasla xitam verildikdən sonra onları icarə obyektindən çıxara bilər. 3.1. İcarə haqqı 1800 ABŞ dolları məbləğində müəyyən edilir. Ödəmə manatla, ödəmə gününə mövcud olan məzənnə ilə aparılır. Tərəflərin razılığına əsasən icarəçi hər ay aylıq icarə haqqından əlavə qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. İcarəçi icarə haqqını 7 gün gecikdirərsə hər günə 0,1 % cərimə ödəyəcək. 9.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X4 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 10."xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş satılmış əşyalarla bağlı xx.xx.2012-ci il tarixli siyahıdan məlum olur ki, sonuncuya dəyəri 500 ABŞ dolları təşkil edən uğur dərin dondurucu 450 LT, dəyəri 1250 ABŞ dolları təşkil edən Tezgah tip buzdolabı(190*70*85), dəyəri 1500 ABŞ dolları təşkil edən iki gözlü pizza fırını və alt standı, dəyəri 1100 ABŞ dolları təşkil edən fritoz elek tek gözlü (40*70*25), dəyəri 850 ABŞ dolları təşkil edən ikili ocak elektrikli tek gözlü, dəyəri 900 ABŞ dolları təşkil edən makarna haşlama, dəyəri 1250 ABŞ dolları təşkil edən pley ızgara, dəyəri 1300 Abş dolları təşkil edən tezgah tip buzdolabı, dəyəri 300 ABŞ dolları təşkil edən çalışma tezgahı taban və ara raflı, dəyəri 280 ABŞ dolları təşkil edən cop sıyırma masası, dəyəri 350 ABŞ dolları təşkil edən tekli evye, dəyəri 560 ABŞ dolları təşkil edən mermer tablalı buzdolabı, dəyəri 700 ABŞ dolları təşkil edən çift kapılı ev tip buzdolabı, dəyəri 1200 ABŞ dolları təşkil edən Qabyuyan maşın 500 TBK tezgah altı, dəyəri 950 ABŞ dolları təşkil edən buz makinası 30 kq-lıq, dəyəri 1000 ABŞ dolları təşkil edən bar tip buzdolabı siyah 3 qapılı, dəyəri 4950 ABŞ dolları təşkil edən tezgah tip buzdolabı şüşə qapaqlı (190*60*85), dəyəri 350 ABŞ dolları təşkil edən Premix tezgahı ( 60*60*85), dəyəri 950 Abş dolları təşkil edən davlumbaz duvar tipli filtreli (240*90*50) və dəyəri 500 ABŞ dolları olan montaj bedeli olmaqla, ümumilikdə 20,740 ABŞ dolları dəyərində əşyalar satılmışdır. 11.xx.xx.2018-ci il tarixli, 002 nömrəli qəbzə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 10,740 ABŞ dolları, xx.xx.2012-ci il tarixli, 009 nömrəli qəbzə əsasən 10000 ABŞ dolları məbləğində pul ödənilmişdir.
12. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış “İnteryer dizayn və MEP (mexanik, elektrik, santexnika işləri) təmir işlərinin görülməsi haqqında xx.xx.2012-ci il tarixli, 19 nömrəli müqaviləyə 1 nömrəli Əlavəyə əsasən "xxxx" MMC Targovıda yerləşən q/y sahəsinin təsdiq olunmuş interyer dizayn və MEP layihəyə əsasən təmir işlərinin görülməsi vəzifəsini, "xxxx" MMC isə görülmüş işlərin dəyərinin ödənilməsi vəzifəsini öz üzərinə götürmüşdür. 13."xxxx" MMC tərəfindən verilmiş ərizə ilə göstərilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr əsasında ünvan 1 ünvanında yerləşən binanın qeyri-yaşayış sahəsinin təmiri və dizaynı məqsədilə idxal edilmiş (quraşdırılmış) əşyaların (avadanlıqlar) mülkiyyət hüququ X10 ötürülmüş, həmin əşyalar mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Hazırda da həmin əşyalar X10 məxsusdur. 14.X7 tərəfindən Turkay Kıztaşa xx.xx.2021-ci il tarixdə bildiriş ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə onunla Turkay Kıztaş arasında ünvan 5 ünvanında yerləşən üç mərtəbəli binanın birinci mərtəbəsindəki 78.5 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barəsində icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin 6.3.2 bəndinə əsasən icarəçi icarə obyektini üçüncü şəxslərə icarəyə verənin icazəsi olmadan subicarəyə verə bilməz. Bundan əlavə icarə müqaviləsinin 3.3 bəndinə əsasən icarə haqqı hər cari ayın 1-də ödənilməli olduğu halda icarə haqqı gecikmələrlə və yaxud ümumiyyətlə ödənilmir. İcarə müqaviləsinin 3.3 və 6.3.2-ci bəndi Turkay Kıztaş tərəfindən kobud şəkildə pozulduğuna görə icarə müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Odur ki, ona məxsus olan icarə obyektinin qısa müddətdə tərk edilməsinin təmin edilməsi xahiş edilmişdir. 15.X7 tərəfindən Turkay Kıztaşa ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdə göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə 9 ünvanında yerləşən qeyriyaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2012-ci ildə əmlakın əvvəlki mülkiyyətçisi X6 ilə xx.xx.2016-cı il, xx.xx.2017 və xx.xx.2021-ci il tarixlərdə əmlakın hazırki mülkiyyətçisi X7 ilə X13 arasında müqavilə bağlanmışdır. Kıztaş X1 xx.xx.2016-cı il tarixinə ödənilməmiş icarə haqları hesabına 15500 manat borcu vardır. X5 isə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə onun borcu (16 ay x1500) 24000 manat təşkil edir. Qeyri-yaşayış sahəsinə görə icarə borcu 45500 manat 5 gün ərzində ödənilməsə, Turkay Kıztaşa məxsus əşya və avadanlıqlar onun yazılı icazəsi olmadan götürülə bilməz. 16.Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri).
17. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur.
18. Eyni zamanda belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir
19. AR Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 159-cü maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 20.Hazırki işin hallarından məlum olur ki, iddiaçı X13 ilə cavabdeh X7 arasında xx.xx.2017-ci il və xx.xx.2021-ci il tarixlərdə bağlanmış icarə müqavilələrinə əsasən cavabdeh ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə vermişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı icarəyə götürdüyü obyektdən çıxarılmışdır. Hazırda iddiaçı iddia edir ki, o, icarə müddətində "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən ümumi dəyəri 20740 ABŞ dolları təşkil edən 27 adda avadanlıq alaraq, qeyriyaşayış sahəsində yerləşdirmişdir və həmin avadanlıqlar q/yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən qanunsuz şəkildə saxlanılaraq ona qaytarılmır. Odur ki, əmlakların geri qaytarılması ilə bağlı tələb irəli sürmüşdür. 21.İlkin olaraq qeyd edilməlidir ki, iş materiallarına əlavə edilən sənədlərdən məlum olur ki, iddiaçının iddia ərizəsində sadaladığı avadanlıqlar onun özü tərəfindən deyil, direktoru olduğu "xxxx" şirkəti tərəfindən satın alınmışdır. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş ümumi dəyəri 20,740 ABŞ dolları təşkil edən avadanlıqların siyahısını özündən əks etdirən sənədlərdə alıcı qismində iddiaçı deyil, "xxxx" MMC göstərilmişdir. Qeyd edilən faktı iddiaçının özü də məhkəmə iclasında təsdiqləmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf qeyd edilən hala istinad edərək, iddiaçının hazırki iddia tələbinin irəli sürülməsi hüququnun mövcud olmadığını iddia edir. Belə ki, cavabdehin mövqeyinə əsasən əşyaların hüquqi şəxs tərəfindən iddiaçının sahibliyinə və ya mülkiyyətində verilməsini təsdiqləyən hər hansı bir sübut mövcud deyildir.
22. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
23. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, vindikasiya iddiasının irəli sürülməsi üçün bir neçə şərtin məcmu halda mövcud olması tələb edilir; 1) Vindikasiyanın subyekti-tələb olunan əmlaka öz mülkiyyət hüququnu, yaxud ona sahibliyinin əsasını sübut etməli olan şəxsdir.; Mülkiyyətçi (və ya qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) sahibliyindən çıxmış əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalıdır, 2) Əşya naturada saxlanmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır; 3) Əşya fərdimüəyyən əşya olmalıdır; 4) Vindikasiya iddiası müqavilədən kənar xarakter daşıyır və mülkiyyət (və ya məhdud əşya hüququnu) mütləq subyektiv hüquq kimi qoruyur. 24.Göründüyü kimi, mülkiyyət hüququ və bəzi məhdud əşya hüquqları (məsələn, istifadə hüququ) sahibinə əşyanı öz sahibliyində saxlamaq imkanı da verir. Mülkiyyətçi və ya qanuni sahib əşyanın hüquqa zidd şəkildə sahibliyindən alınmasından vindikasiya iddiası vasitəsilə qorunur. Hazırkı iş üzrə İddiaçı mübahisəli 27 adda malların onun mülkiyyətində və sahibliyində olmasını və Cavabdehin həmin əmlakların götürülməsini irəli sürərək vindikasiya iddiasını qaldırmış, məhkəmə araşdırması zamanı bu növ iddianın əsasını təşkil edən şərtlərin mövcud olması qismən öz təsdiqini tapmışdır. 25.MM-nin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 26.Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
27. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 28.İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin ərizəsinin məzmunundan da məlum olur ki, ünvan 1 ünvanında yerləşən binanda yerləşdirilmiş avadanlıqlar mülkiyyət hüququ ilə iddiaçıya ötürülmüşdür. Bundan əlavə cavabdeh X7 tərəfindən iddiaçıya ünvalanmış xx.xx.2022-ci il tarixli bildirişdə, cavabdeh həqiqətən də ona məxsus qeyriyaşayış sahəsində avadanlıqların olmasını və onların iddiaçıya məxsus olması faktını təsdiqləmişdir. 29.Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan normalarının məzmunundan da göründüyü kimi qanunvericilik həm mülkiyyətçinin, həm də mülkiyyətçi olmasa da əşyaya sahiblik edən (qanuni sahib) şəxsin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi ilə bağlı hüququnu nəzərdə tutur. 30.İşin digər halı iddiaçının iddia ərizəsində sadaladığı 27 adda avadanlığın həqiqətən də ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində mövcud olubolmamasının müəyyənləşdirilməsindən ibarətdir. Məhkəmə qeyd edilən halın aydınlaşdırılması məqsədilə həmin obyektə iddiaçı X9 və onun vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və qeyri-yaşayış sahəsinin hazırkı istifadəçisi Omer Arslanın iştirakları ilə yerli baxış keçirmişdir. Qeyri-yaşayış sahəsinə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin sahə “Jolly Bistro” adı altında fəaliyyət göstərir. Məlum olmuşdur ki, iddiaçının qeyd etdiyi 27 əmlakdan yalnız 9-u : “Uğur derin dondurucu 450 LT” – soyuducu, Tezgah tip buzdolabı (200*70*85) soyuducu, iki qapılı ev tipli soyuducu, 30 kq-lıq buz makinası, siyah 3 qapılı Bar tipli soyuducu, Şüşə qapaqlı tezgah tipli soyuducu, Multisplit Kondisioner çöl 11 kvt AUX - 1 ədəd, S plit Kondisioner (24000BTU/h AUX) - 4 ədəd və Televizor (Sony markalı, 43 inch) həmin obyektdə saxlanılır. Qalan 18 adda avadanlıq isə orda mövcud olmamışdır. Bundan əlavə yerli baxış zamanı qeyri-yaşayış sahəsinin istifadəçisi olan Omer Arslan həmin əşyaların onun tərəfindən alınmadığını, restoran onun istifadəsinə keçərkən qeyd edilən əşyaların orada olduğunu təsdiqləmiş və əşyaların ona məxsus olmamasını və iddiaçıya geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili də, hazırki istifadəçinin əşyaların iddiaçıya geri verilməsinə etirazı olmadığını təsdiqləmişdir. Əşyaların yerinə müayinəsi zamanı aşkar edilmiş əşyaların müvafiq fotoşəkilləri də çəkilərək iş materiallarına əlavə edilmişdir.
31. Məhkəmə iddiaçının əşyaların cavabdehin qanunsuz sahibliyindən geri tələb edilməsi ilə bağlı hüquqa malik olmasını nəzərə alaraq hesab edir ki, onun tərəfindən tələb edilən ümumilikdə 27 əmlakdan 9-nun qeyri-yaşayış sahəsində mövcudluğu müəyyən edildiyindən yalnız həmin əşyalara münasibətdə iddia təmin edilə bilər. Çünki vindikasiya iddiası üzrə tələb edilən əşya naturada saxlanmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır. 32.Odur ki, iddia qismən təmin edilməli, cavabdehdən “Uğur derin dondurucu 450 LT”soyuducu, Tezgah tip buzdolabı (200*70*85)-soyuducu, iki qapılı ev tipli soyuducu, 30 kqlıq buz makinası, siyah 3 qapılı bar tipli soyuducu, Şüşə qapalı tezgah tipli soyuducu, Multisplit Kondisioner çöl 11 kvt AUX-1 ədəd, Split Kondisioner (24000BTU/hAUX) -4 ədəd, televizor (Sony markalı, 43 inch) alınaraq iddiaçıya təhvil verilməli, qalan hissədə iddia təmin edilməməlidir.
V Nəticə: 33 . Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X3 “Uğur derin dondurucu 450 LT”-soyuducu, Tezgah tip buzdolabı (200*70*85)-soyuducu, iki qapılı ev tipli soyuducu, 30 kq-lıq buz makinası, siyah 3 qapılı bar tipli soyuducu, Şüşə qapalı tezgah tipli soyuducu, Multisplit Kondisioner çöl 11 kvt AUX-1 ədəd, Split Kondisioner (24000BTU/hAUX) -4 ədəd, televizor (Sony markalı, 43 inch) alınaraq iddiaçı X10 təhvil verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlham Əhmədov