Məhkəmə qərarları › İş №e-2-2(113)-334/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-334/2024

16.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-334/2024 16.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC oğlu iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 62250 manat məbləğində borcun mediasiya xərci kimi ödənilmiş 400 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ”Kaspi-Land” MMC-nin direktoru X1 Cavabdeh MMC-nin direktoru X3 arasında 09 avqust 2022-ci il tarixdə, 088 №li malların alqı-satqısı ilə bağlanmışdır. Müqavilənin 3.1 bəndinə əsasən elektron vergi-faktura yazılan tarixdən 10 təqvim günü ərzində sifarişçi təchizatçının hesabına göstərilən məbləğin 100 faizini ödəməyi öz üzərinə götürür. EBCİ seriyalı 117275 № li elektron qaimə ilə iddiaçı 73455 manat dəyərində malı cavabdehə göndərir. İddiaçı müqavilə şərtlərini yerinə yetirib, 73455 manat malları təhvil versə də, cavabdeh malların dəyəri ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X4 ifadəsində Cavabdeh MMC-də 2022-ci ilin iyul ayından 2023-cü ilin may ayınadək İT mütəxəssisi vəzifəsində işlədiyini, işlədiyi dövrdə rəhbərlik tərəfindən ”Kaspi-Land” MMC-dən avadanlığın gətirilməsi ilə bağlı tapşırıq verildiyini və Təhmasib adlı sürücü ilə ”Kaspi-Land” MMC-nin ofisinə gedib oradan hər birində təxminən 50 ədəd “UniFi Access Point” ruter olan 5 ədəd qutunu Cavabdeh MMC-yə gətirdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 088 nömrəli satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış müqavilənin 1.1-ci bəndinin tələbinə görə sifarişçinin sifarişi əsasında təchizatçı nəzərdə tutulan mallarla təmin edir. Müqavilənin 3.1-ci bəndinə əsasən elektron vergi-faktura yazılan tarixdən 10 təqvim günü ərzində sifarişçi təchizatçının hesabına göstərilən məbləğin 100 faizini ödəməyi öz üzərinə götürür. xx.xx.2022-ci il tarixli EBBİ seriyalı 117257 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə 62250 manat, 11205 manat ƏDV, cəmi 73455 manat məbləğində 250 ədəd “LAN Routers-Ubiquiti UniFi AP U6-LİTE WİFİ6 802” adlı malları satmışdır. xx.xx.2023-cü il tarixli MŞB/16-01897 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 088 nömrəli müqavilə bağlanmış, İddiaçı MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək ümumi dəyəri 73455 manat məbləğində olan 250 ədəd “LAN Routers-Ubiquiti UniFi AP U6-LİTE WİFİ6 802” adlı malları Cavabdeh MMC-yə satmış, sonuncu isə həmin malları qəbul etsə də (şahid ifadəsi), bununla yanaşı 73455 manat məbləğində ümumi borcun ƏDV hissəsi olan 11205 manatı ödəsə də, 62250 manat məbləğində borc ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının 62250 manat borc tələbi əsaslı olduğundan, həmçinin ilkin mediyasiya sessiyasının aparılmasına ödənilmiş 400 manat xərcin ödənilməsi hissəsində iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 62250 manat məbləğində borc, mediyasiya xərci kimi ödənilmiş 400 manat, cəmi 62650 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 62250 manat əsas borc, mediyasiya xərci kimi ödənilmiş 400 manat cəmi 62650 manat məbləğində vəsait tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar