Məhkəmə qərarları › İş №e-2-2(113)-3394/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3394/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3394/2022 09.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkil Nümayəndə və cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" ASC-nin "xxxx" MMCyə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 26 noyabr 2020ci il tarixli akt əsasında hesablanmış 13733,70 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iş üzrə cavabdeh "xxxx"xxxx"AzərSu ASC"nin X6 Sahəsinin əməkdaşları tərəfindən 26 noyabr 2020-ci il tarixli akt tərtib olunaraq "xxxx" MMC guya su sərfiyyatında suya sayğacdan kənar müdaxilə olunması əsası ilə yüksək məbləğdə cərimə olunmuşdur. Adı çəkilən aktın hansı tarixdə tərtib olunması və cərimənin məbləği barədə dəqiq məlumatları olmamış və bu səbəbdən də iş üzrə cavabdehlər "xxxx"xxxx"Azərsu ASC"-nin X6 Sahəsinə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində ərizə ilə müraciət edilmiş və həmin aktın rəsmi qaydada təqdim olunmasını xahiş edilmiş və 26 noyabr 2020-ci il tarixli akt nəhayət rəsmi qaydada təqdim olunsa da, həmin aktın qanunsuz və əsassız olduğunu hesab etmişlər. Belə ki,müəssisəmizə çəkilmiş su xətti ümumi istifadədə olan su xəttinə qoşulmuşdur. 2004-cü il tarixində müəssisə təsis olunduğu zaman həmin su xətti "xxxx" MMC-nin əməkdaşları tərəfindən yerüstü çəkiliş xətti kimi çəkilmişdir. Bu müddət ərzində su xəttinin çəkilişində qanun pozuntusu olmuş olsaydı, o halda həmin pozuntu "xxxx" MMC-nin əməkdaşları tərəfindən müəyyən olunmuş olardı. Müəssisə təsis olunduğu vaxtdan 2020-ci ilin əvvəllərinə kimi işçilərin sayı 5 nəfər, həmin tarixdən hal-hazıra kimi 11 nəfər olmuşdur. Ona görə də 2020-ci ilin əvvəllərindən başlayaraq müəssisənin təxminən 200 manata qədər aylıq su sərfiyatı olmuşdur. Halhazırda da belədir. Bundan başqa, müəssisədə su sərfiyatına görə ödənişlər smart kartla həyata keçrilmişdir. Eyni zamanda, istifadə olunmuş suyun müqabilində tələb olunan borc məbləği əgər mövcud olmuşdursa, bu halda AzərSu ASC " X6 Sahəsinin əməkdaşları tərəfindən müəyyən olunardı və rəsmi bildirişlər verilərdi, lakin bu hal ümumiyyətlə olmamışdır. Bundan başqa, aktı tərtib etmiş əməkdaşlar qeyd olunan faktla bağlı müəssisəyə ümumiyyətlə baxış keçirməmiş və heç bir araşdırma aparmamışdır. Aktla tələb olunan pul məbləğinin su sərfiyatına uyğunluğu qiymətləndirilməmişdir. Eyni zamanda, aktı tərtib etmiş əməkdaşlar qeyd olunan faktla bağlı müəssisənin nəzarət kitabçasına heç bir qeydlər yazmamışlar. Eyni zamanda, 2020-ci ilin oktyabr ayında müəssisəyə gələn su xətti ümumi su xəttindən ayrılaraq qaynaqla bağlanmışdır. Ancaq keçən bu müddət ərzində müəssisə fəaliyyətini dayandırmamış, bütün vergi və sosial ödənişlərini tam olaraq ödəməklə həyata keçirmişdir. Fəaliyyət zamanı hər ay avtomobillə gətirilmiş suyun həcmi təxminən 205 kub olmuşdur. Bu fakt müəssisənin aylıq su sərfiyatının həcminin göstəricidir. Eyni zamanda, aktda olan komissiya üzvləri olan Fərhad Hüseynov və Vüqar Məmmədova məxsus imzalar onlara məxsus deyildir. Eyni zamanda, aktda obyektin nümayəndəsi olaraq Mahir Mikayılovun adının qeyd olunması da tamamilə əsassız və qanunsuzdur. X5 obyektlə heç bir hüquqi bağlılığı və səlahiyyəti olmayan şəxsdir. Aktın tərtib olunduğu tarixdə Mahir Mikayılov ”Ata Bankın” Şirvan Filialının müdiri vəzifəsində çalışmışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 26 noyabr 2020-ci il tarixli, 600208 nömrəli "xxxx" ASC-nin Birləşmiş Sukanal” MMC nin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, markası Smart CTB 50, nömrəsi 200254, plomb nömrəsi C133156, işlək vəziyyətdə, son göstəricisi 661 m3 olan su sayğacı quraşdırılmışdır. Araşdırma zamanı obyektdə sayğacdan əvvəl d=50 mm-lik xətt vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunması aşkar edilmişdir. "xxxx" ASC-nin Birləşmiş Sukanal” MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına abonent kodu 440032 olan sayğac barədə tərtib etdiyi hesab fakturadan görünür ki, "xxxx" ASC-nin Birləşmiş Sukanal” MMC-nin xx.xx.2020-ci il tarixə 13733,70 manat məbləğində qalıq borcu vardır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.5-ci bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və "xxxx" ASC-nin Birləşmiş Sukanal” MMC tərəfindən 440032 nömrəli abonent koduna ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) 26 noyabr 2020-ci il tarixli, 600208 nömrəli akta əsasən hesablanmış 13733,70 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin Birləşmiş Sukanal” MMC tərəfindən 440032 nömrəli abonent koduna ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) 26 noyabr 2020-ci il tarixli, 600208 nömrəli akta əsasən hesablanmış 13733,70 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar