Məhkəmə qərarları › İş №e-2-2(113)-3459/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3459/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3459/2020 12.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh Plus” MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsinəvə ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh Plus” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 15402,27 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ**********9955001922 bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə tərtib etdiyi iddia ərizəsində “Tərəflər” qrafasında cavabdeh kimi VÖEN-i ********** olan Cavabdeh MMC-ni qeyd etsə də (hansı ki, hüquqi ünvanı ünvan 1 “Ərizənin mətni” bölməsində (hissəsində) isə hüquqi ünvanı ünvan 6 göstərilən “Cavabdeh Plus” MMC-ni cavabdeh kimi qeyd etmiş (o cümlədən iddia ərizəsində təsviri, əsaslandırıcı və nəticə hissəsində də cavabdeh kimi “Cavabdeh Plus” MMC qeyd edilmişdir), pretenziyanı və iddia ərizəsini həmin ünvana çatdırmışdır. Halbuki, xx.xx.2018-ci il tarixli, AKX-1/651 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” tərəflər arasında bağlanmış müqavilədən görünür ki, “Cavabdeh Plus” MMC-nin (o cümlədən abonent saldosunda ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan yolu kimi qeyd edilən, **********00000 nömrəli kodu olan abonent kimi “Cavabdeh Plus” MMC göstərilmişdir) hüquqi ünvanı ünvan 4 mənzil 27-dir, həmin ünvan həmçinin X3 kommersiya qurumlarının dövlət reyestri məlumatlarında da göstərilmişdir. Göründüyü kimi pretenziya və iddia ərizəsi cavabdeh “Cavabdeh Plus” MMC-nin hüquqi ünvanı olan ünvan 4 mənzil 27-yə deyil, ünvan 6 ünvanına çatdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0.7-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və eləcə də müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Cavabdeh Plus” MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçınəizah edilsin ki, iddia ərizəsinin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qalxdıqdan sonra yenidən məhkəməyəmüraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar