Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3462/2021 11.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İstehsalat Birliyinin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İstehsalat Birliyi (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Cəlilabad şəhəri Qurtuluş küçəsində yerləşən İstehsalat Sahəsində təbii qazdan istifadə etdiyinə görə yaranmış 166765,77 manat məbləğində əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 166796,17 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 14.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin hakimi S.Nuriyevanın icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış 44642,21 manat borcun silinməsi” tələbi barədə e- 2-2(113)-1168/2021 saylı mülki iş olduğunu nəzərə alaraq, hazırkı işin göstərilən işlə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizəni müdafiə edib onun məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili R.Həsənov məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında ölkə hüdudlarından kənarda olması səbəbindən iştirak edə bilməyəcəyini bildirmiş, bu səbəbdən məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti təmin etməyib, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməli, hazırkı mülki iş onunla əlaqəli iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə e-2-2(113)-1168/2021 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı İstehsalat Birliyinin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair e-2-2(113)-3462/2021 saylı mülki iş, onunla əlaqəli olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə e-2-2(113)- 1168/2021 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3462/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3462/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver