Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3608/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 602314 nömrəli, oktyabr 2023-cü il tarixli aktın və onun əsasında İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına hesablanmış 3477,97 manat məbləğində borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsinin (bundan sonra “Sukanal İdarəsi”) mühəndisləri Novruz Həsənov və Səbuhi Vəliyev tərəfindən oktyabr 2023-cü il tarixli 602314 nömrəli akt tərtib edilərək, guya İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına (bundan sonra “iddiaçı” və ya “şirkət”) məxsus Binəqədi, ev 25 ünvanına baxış keçirilən zaman istehlakçının sayğacdan kənar d=20 mm su xəttindən qanunsuz istifadə etməsi aşkarlanmış və bu barədə sözügedən akt tərtib edilməklə, Binəqədi rayon Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov tərəfindən təsdiq edilmişdir. Bundan sonra qeyd olunan akt əsasında Sukanal İdarəsi tərəfindən guya şirkətin 360 gün müddətində 2052 m3 sudan istifadəyə görə 1738,98 manat və həmçinin 2052 m3 çirkab suyuna görə 1738,98 manat olmaqla ümumilikdə 3477,97 manat dəymiş maddi ziyan borcu hesablanmaqla, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün ********* nömrəli, xx.xx.2023-cü il tarixli faktura tərtib edilmişdir. Hesab edilir ki, Binəqədi rayon Sukanal İdarəsinin oktyabr 2023-cü il tarixli, 602314 nömrəli aktı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məlum “X8 haqqında” saziş üzrə şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində (təqdim edilən plan-xəritədə əsk olunan ərazidə) şirkətin obyektlərinin istifadəsi üçün Cavabdeh ASC tərəfindən su xətti çəkilməklə, həmin obyektlərə su sayğacları quraşdırılmışdır (plan-xəritə əlavə olunur). Lakin təqdim edilən fotoşəkillərdən də göründüyü kimi, qeyd olunan ərazidə şirkətin obyektlərindən əlavə olaraq bu ərazilərdə yaşayan sakinlər tərəfindən qeyri-qanuni inşa edilmiş yaşayış evlərinin istifadəsi üçün də müxtəlif istiqamətlərdən əlavə su xətləri çəkilərək ana xəttə birləşdirilmişdir (fotoşəkillər əlavə olunur). Həmçinin aktda qeyd olunmuş, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən aşkarlanmış su xətti də sakinlərin özləri tərəfindən qanunsuz çəkilmiş xətt və su ventilidir. Yəni sözügedən su xətti və ventil şirkət tərəfindən deyil, yaxınlıqda qanunsuz yaşayan vətəndaşlar tərəfindən çəkilmişdir. Ona görə də vətəndaşların qanunsuz əməlinə görə şirkətə hər hansı borc məbləğinin hesablanması əsassızdır. Bu məqsədlə şirkət tərəfindən həmin idarəyə 01/1071 saylı, xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq, şirkətə məxsus ərazidə ana su xəttindən başqa, vətəndaşların istifadəsi üçün qeyri-qanuni olaraq çəkilmiş bütün su xətlərinin və ventillərin ləğv edilməklə sözügedən ərazidən çıxarılması və eləcə də şirkətə əsassız olaraq hesablanmış borc məbləğinin ləğv olunması xahiş edilmişdir. Şirkət tərəfindən sözügedən məktubun ünvanlanmasından xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh təşkilatlar tərəfindən həmin məktuba heç bir münasibət bildirilməmiş, hesablanmış pul məbləği ləğv edilməmişdir. Qeyd olunan səbəbdən də şirkət həmin pul məbləğinin ləğv edilməsi məqsədilə müvafiq məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasına riayət edərək, bir daha 03/465 saylı, xx.xx.2024-cü il tarixli məktubla Cavabdeh ASC-yə və Binəqədi rayon Sukanal İdarəsinə müraciət edərək, əsassız hesablanmış borcun ləğv edilməsini (silinməsini) xahiş etmiş və daha sonra bu məsələyə məhkəmə müstəvisində baxılması və borcun ləğvi ilə bağlı ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirilir ki, qeyd olunan ərazilər saziş üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə Dövlət tərəfindən şirkətin qanuni istifadəsinə verilən zaman bu ərazilərdə fərdi özbaşına tikililər mövcdud idi və bu tikililərdə qanunsuz olaraq sakinlər yaşayırdılar. Həmin qanunsuz su xətləri də ərazidə yaşayan sakinlər tərəfindən çəkilmişdir. Lakin sonradan saziş ərazisinin vətəndaşlar tərəfindən daha da artıq zəbt edilməsinin qarşısının alınması məqsədilə şirkət bu ərazilərə mişar daşlarından ibarət mühafizə hasarları çəkmişdir ki, bu zaman göstərilən qanunsuz su xətləri şirkətin hasara aldığı ərazlərin daxilində qalmışdır. Əlavə olaraq, Sukanal İdarəsi tərəfindən tərtib edilmiş aktda faktın aşkar olunduğu ünvan kimi ünvan 1 və ehtimal edilir ki, qeyd olunan ünvan hansısa sakinə məxsus tikilinin inşa edildiyi ünvandır. Həmçinin aktın tərtib edildiyi dəqiq tarixi də aktda öz əksini tapmır. Bu isə aktın qanunsuz olmasını ehtiva edir. Şərh eilənlərə, o cümlədən təqdim edilən dəlillərə əsaslanaraq bildirilir ki, Binəqədi rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş 602314 nömrəli, oktyabr 2023-cü il tarixli akt və onun əsasında Şirkətə hesablanmış 3477,97 manat məbləğində borc qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 (əvvəlki Cavabdeh ASC) tərəfindən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına hesablanmış 3477,97 manat məbləğində borcun tamamilə silinməsi və ödənilmiş 54,78 manat məbləğində dövlət rüsumunun cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 (əvvəlki Cavabdeh ASC) tutularaq İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, borc akt əsasında hesablanmışdır və hesab edilir ki, iddiaçı tərəfindən ödənilməlidir. Borc 1 akt əsasında hesablanmışdır.
7. 2023-cü ilin oktyabr ayında tərtib edilmiş 602314 nömrəli aktdan görünür ki, Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən istehlakçının obyektinə baxış keçirilmiş, sayğacdan kənar d=20 mm su xəttindən qanunsuz istifadə etməsi aşkar olunmuşdur. Aktın imza yerində obyektin nümayəndəsi qrafası boş saxlanılmış, həmçinin aktın oktyabr ayında tərtib olunduğu görünsə də, oktyabrın hansı günündə tərtib olunması qeyd olunmamışdır.
8. Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsi tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasından görünür ki, xx.xx.2023-cü il tarixli, 602314 saylı akta əsasən Cavabdeh ASC tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına su – 1738,98 manat, çirkab su – 1738,98 manat olmaqla, ümumilikdə 3477,97 manat məbləğində pul su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün hesablanmışdır.
9. xx.xx.2024-cü il tarixli abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 7253,66 manat təşkil edir.
10. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 03/465 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin silinməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbədarlıq edilmişdir. Tətbiq edilən hüquq
11. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
14. İddia tələbi cavabdeh “Azərsu“ ASC tərəfindən 602314 nömrəli akt əsasən hesablanmış 3477,97 manat məbləğində borcun silinməsindən ibarətdir.
15. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
16. Belə ki, cavabdeh “Azərsu“ ASC tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
17. Eləcə də, 602314 nömrəli akt aktın imza yerində obyektin nümayəndəsi qrafası boş saxlanılmış, həmçinin aktın oktyabr ayında tərtib olunduğu görünsə də, oktyabrın hansı günündə tərtib olunması qeyd olunmamış, yəni müəyyən olunmuş tələblərə riayət olunmamışdır.
18. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 602314 nömrəli akt əsasında hesablanmış 3477,97 manat (üç min dörd yüz yetmiş yeddi manat doxsan yeddi qəpik) məbləğində borc İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının abonent hesabından silinməlidir.
19. Eləcə də, iddiaçı ödənilmiş 54,78 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
20. Məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumunun əvəzi olaraq 54,78 manat (əlli dörd manat yetmiş səkkiz qəpik) iddiaçının xeyrinə tutulmalıdır.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azərsu“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 602314 nömrəli akt əsasında hesablanmış 3477,97 manat (üç min dörd yüz yetmiş yeddi manat doxsan yeddi qəpik) məbləğində borc İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının abonent hesabından silinsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 dövlət rüsumunun əvəzi olaraq 54,78 manat (əlli dörd manat yetmiş səkkiz qəpik) pul vəsaiti İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova