Məhkəmə qərarları › İş №e-2-2(113)-3800/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3800/2020

03.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3800/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, X1, X2, Azəri Ziya, X6, X9, X3, İddiaçı4 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2nə qarşı mağazaların özəlləşdirilməsi və özəlləşdirilməyə dair alqı-satqı müqavilələrinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi, əmlakların ilkin hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: X1, X2, Azəri Ziya, X6, X9, X3, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) Bakı şəhəri, C.Cabbarlı meydanındakı yeraltı keçiddə olan ticarət obyektində yerləşən 10, 12 b, 13, 17, 22, 23, 35, 39 a, 45 b və 51 saylı mağazaların özəlləşdirilməsi və özəlləşdirilməyə dair alqı-satqı müqavilələrinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi, əmlakların ilkin hüquqi vəziyyətinə qaytarılması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, tələb mağazaların özəlləşdirilməsi və özəlləşdirilməyə dair alqı-satqı müqavilələrinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi, əmlakların ilkin hüquqi vəziyyətinə qaytarılması olsa da belə, həmin tələblər qəbul edilmiş inzibati aktın nəticəsindən əmələ gəlmiş (doğan) tələblər olduğundan və sözügedən tələblər həmçinin inzibati orqana yəni, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qaldırıldığından inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki tələbə kommersiya məhkəməsində baxılmaması əsası ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: X1, X2, Azəri Ziya, X6, X9, X3, İddiaçı4 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2nə qarşı mağazaların özəlləşdirilməsi və özəlləşdirilməyə dair alqı-satqı müqavilələrinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi, əmlakların ilkin hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 10 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. X1, X2, Azəri Ziya, X6, X9, X3, İddiaçı4 izah edilsin ki, hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar