Məhkəmə qərarları › İş №e-2-2(113)-3931/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3931/2021

06.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3931/2021 06.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Müseyib oğlunun cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər Binəqədi rayon icra şöbəsi və AR İN yanında ƏMDX-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməs tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Müseyib oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11516/18 saylı, 05.12.2019-cu il tarixli icra vərəqəsinin, Binəqədi rayon İcra və Probasiya şöbsinin 17/68-107984-16 saylı, 15.08.2019-cu il tarixli sifariş məktubu ilə ona məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi Natəvan küçəində yerləşən 19 saylı qeyri-yaşayış binasının açıq hərracda "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə təqdim edilməsi barədə 13 noyabr 2020-ci il tarixli, 46/05-01 №li İpoteka saxlayana X4 Edilməsi Üçün X1suz və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Elektron informasiya sistemində yerləşdirilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən, müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi təqdim etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin: 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Müseyib oğlunun cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər Binəqədi rayon icra şöbəsi AR İN yanında ƏMDX-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməs tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 03.07.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı Müseyib oğluna izah edilsin ki, mediasiya prosesində iştirakını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edildikdən sonra və kommersiya mübahisəsi ilə bağlı işlər üzrə mülki prosessual qanunvericiliyinə tələblərinə riayət edildiyi təqdirdə təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar