Məhkəmə qərarları › İş №e-2-2(113)-399/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-399/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-399/2021 07.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 007160 saylı akta əsasən hesablanmış 2.196 manat məbləğində borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanında fəaliyyət göstərən çayxanaya su təchizatının dayandırılmasının və mübahisəli borcun aparılacaq ödənişlərdən tutulmasının Cavabdeh ASC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, sudan istifadəyə görə hesablanmış, hazırkı mübahisənin predmeti olan 2.196 manat məbləğində borcla bağlı ünvan 1 ünvanında fəaliyyət göstərən çayxanaya su təchizatının verilməsinin dayandırılması və mübahisəli borcun aparılacaq ödənişlərdən tutulması Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qadağan olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında ********** VÖEN əsasında fəaliyyət göstərən kafe yerləşir və fəaliyyət göstərir. Həmin kafeyə 072595 saylı müqavilə əsasında Cavabdeh ASC tərəfindən 13962330 kodlu su sayğacı quraşdırılmışdır. Cavabdeh ASC tərəfindən xx.xx.2020-ci il tarixdə barəsində 007160 saylı akt tərtib edilərək 1098 kub metr miqdarında 2196 manat dəyərində içməli su və X3 xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurduğu qeyd edilmiş, aktda əlavə olaraq göstərilmişdir ki, “Su Haqqında” Qanun “Su Təchizatı və X3 X1 görə Məsuliyyət” bölməsinin 67-ci: “Qanunsuz Qoşulma” maddəsinin 1-ci bəndinə əsasən Su Təchizatı və Kanalizasiya müəsissəsinin razılığı olmadan Su Təchizatı və Kanalizasiya sisteminə qoşulmaq qadağandır. Aktda əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq olunmuş “X4”nın 9.11.3-cü bəndinə əsasən əlavə sərfıyyat hesablanmışdır .Dəymiş ziyan məbləğinin abonent tərəfindən ödənilməsi məcburidir. Bunlardan başqa Aktda qeyd edilir ki, ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, obyektdə kənar xətt vasitəsi ilə su çəkilibdir. Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər: a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını; b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını tələb edə bilər. Lakin Cavabdeh ASCiddiaçıya heç bir xəbərdarlıq etmədən barəsində akt tərtib edərək qanuni əsaslar olmadan şişirdilmiş bir məbləğdə cərimə yazmışdır. Bildirir ki, onlar tərəfindən həmin sayğaca hər hansı bir müdaxilə olmamış və əlavə xətt çəkilməmişdir. Bundan başqa abonent olaraq iddiaçının da qanuni əsaslarla təchizatından istifadə etmək hüququ vardır. Cərimə borcu hesablanandan sonra dəfələrlə “Cavabdeh" ASC-nin əməkdaşları tərəfindən və həmin cərimə borcu tezliklə ödənilmədiyi halda suyun verilişinin əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmiş, hətta bir neçə dəfə suyu kəsməyə cəhd göstərmişlər. Qeyd olunan borcun silinməsi ilə bağlı cavabdeh təşkilata tərəflərindən müraciət edilsə də, həmin borcun silinməsinin mümkün olub-olmaması barədə hər hansı bir cavab verilməmişdir. Yenə də məlumat üçün bildirir ki, tərtib edilmiş aktda göstərilənlər və 2.196 manat cərimə kimi əlavə sərfiyyatın hesablanması tamamilə əsassızdır. Həmçinin həmin akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, su sayğacına baxışın keçirilməsi haqqında qərarın surəti və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və digər məlumatlar onlara təqdim edilməmişdir. Aktla razı olmadığını bildirməklə imza etməkdən imtina etmişlər. Hesab edir ki, akt ləğv edilməli və onun əsasında hesablanmış əlavə cərimə kimi 2.196 manat borc məbləği İddiaçı adına olan 072595 saylı abunə hesabından silinməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, akt əsasında hesablanmış 2.196 manat borcun 072595 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 007160 saylı xx.xx.2020-ci il tarixli inventar aktından görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı məxsus obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə sudan istifadə edilməsi məqsədi ilə kənar xətt aşkarlanmışdır. Həmin akt əsasında tərtib edilmiş 007160 saylı xx.xx.2020-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində su hesabından isə görünür ki, qeyri-qanuni istifadə edilən su borusunun diametri 15 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq İddiaçı 2.196 manat məbləğində borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Belə ki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 1A ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə sudan istifadə məqsədi ilə kənar xətt aşkarlanması barədə 007160 saylı inventar aktı tərtib edilmiş və həmin akta əsasən İddiaçı qeyri-qanuni istifadə nəticəsində itirilmiş suya görə 2.196 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı 007160 saylı akta əsasən hesablanmış 2.196 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh ASC mübahisəli borcun hesablanmasını İddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş 007160 saylı akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçının iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 2.196 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli 007160 saylı inventar aktına və qeyriqanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən İddiaçı hesablanmış 2.196 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh ASC tərəfindən xx.xx.2020-ci il tarixli 007160 saylı akta əsasən İddiaçı hesablanmış 2196 manat məbləğində borc silinsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar