Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-410/2020 12.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə (İB) qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə razılaşdırılmış layihəyə cavabdehin öz hesabına dəyişiklik edilərək G-100 markalı ********** zavod nömrəli qaz sayğacının qaz tənzimləyicidən (istixana üçün tələb olunan təzyiqi yaradan avadanlıq) sonra, yəni istixana üçün tələb təzyiqin mövcud olduğu qaz xəttinin üzərində quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına, G-100 markalı ********** zavod nömrəli mexaniki qaz sayğacına hər hansı bir normativ akta əsaslanmadan əlavə olaraq quraşdırılmış korrektorun sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına və G-100 markalı ********** zavod nömrəli mexaniki qaz sayğacının mexaniki sayğac göstəricisi 57126 kubmetr olduğu halda, 318 nömrəli xx.xx.2019-cu il tarixli hesab-fakturada heç bir normativ akta əsaslanmadan mexaniki sayğaca əlavə olaraq quraşdırılmış korrektorun göstəricisinə uyğun əsassız olaraq hesablanmış 30398,60 manat məbləğində pulun silinməsi və təbii qaz sərfiyyatının, həmçinin sərfiyyata görə ödənilməli oln məbləğin hesablamalarını G-100 markalı ********** zavod nömrəli qaz sayğacının mexaniki göstəricisinə uyğun aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. - 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə (İB) qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-410/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-410/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver