Məhkəmə qərarları › İş №e-2-2(113)-4165/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4165/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4165/2023 25.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X3 tərəfindən qeyd edilən 20.400 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, ev 15-də yerləşən tərəvəz bitkiləri yetişdirmək üçün İistixana 2019-cu ildən fəaliyyətdədir. 2022-ci ilin yanvar ayından Cavabdeh İB ilə müqavilə bağlanılmış və həmin ünvana sayğac quraşdırılmışdır. Sayğac quraşdırılan gündən hər ay vaxtı-vaxtında qaz pulu ödənişlərini yerinə yetirmişdir. 2022-ci il dekabr ayında qaz istismar sahəsi işçiləri ünvana gələrək qaz sayğacına baxış keçirərək, guya ki, qaz sayğacına müdaxilə etdiyi üçün sayğaca giriş borusunu kəsib apardılar. Bir müddət sonra bildiriş (xəbərdarlıq) gətirib verdilər ki, guya qaz sayğacından kənar xətt aşkar olunub və cərimə olaraq 20.400 manat pul ödəməlidir. Heç bir akt yazılmadan, heç bir əsas olmadan əsassız şəkildə 20.400 manat borcunun olduğunu bildirdilər. O qaz pulunu vaxtı-vaxtında ödəmiş və sayğacdan kənar xətdən istifadə etməmişdir. Buna baxmayaraq Sabunçu rayon X1 əlavə olaraq 20.400 manat borc hesablayıb. Ən əsası isə odur ki, ona borc yazılana qədər hər ay o qaz pulunu ödəmişdir. O qaz sayğacına müdaxilə etməmişdir. O hesab edir ki, Bakı şəhər Sabunçu rayon X2 işçiləri tərəfindən tərtib edilən borclar ədalətsizdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, borc məbləğ tamamilə əsaslı olaraq hesablanıb. İddiaçı xüsusilə gecə saatlarından sayğacdan kənar qazdan istifadə edirdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, yoxlamanın qeydiyyata alınması ilə bağlı çıxarışı məhkəməyə təqdim etmişdir. Sadəcə çıxarışda tarix səhv göstərilib. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı özünə məxsus istixanada (Elster G65 markalı, zavod nömrəsi ********* olan) qaz sayğacından kənar təbii qazadan qeyri-qanuni şəkildə istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması tələb edilmişdir. Aktda istehlakçı İddiaçı imzası yoxdur. Qeyd edilən akta əsasən, Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev, mühəndislər Vüsal Allahverdiyev, Orxan Cabbarlı və Ayvaz Bədəlov tərəflərindən abonent İddiaçı (abonent kodu: **********00015) barəsində tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən su qızdırıcı qazanın (640.000 kkal/s) maksimal saatlıq qaz sərfi 80 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 85 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 81600 m3 qazın (81600 m3 x 0,25 manat = 20.400 manat) dəyərində olması müəyyən edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221879896 saylı çıxarışından görünür ki, yoxlayıcı orqan Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan İddiaçı məxsus istixanada sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcının şəbəkəyə qanunsuz qoşulma halının və sayğacın göstəricisinin oxunma zamanı sayğaca müdaxilənin müəyyən edilməsi əsası ilə plandənkənar (növbədənkənar) yoxlama təyin edilmiş və yoxlamanın müddəti xx.xx.2022-xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. **********00015 saylı abonent İddiaçı (istixana) abonent saldosundan görünür ki, abonent su qızdırıcı qazandan (1/1) istifadə edir. 2022-ci ilin dekabrında abonentə akta əsasən 20.400 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında iş materiallarında olan səsli video görüntünün qeyd edildiyi flashdiskə baxış keçirilərkən, səsli video görüntülərdən müəyyən edilir ki, (müraciət müəllifinin (videonu təqdim edən şəxsin) deməsinə görə) xx.xx.2022-ci il tarixdə işçi qrup tərəfindən 219-luq xətt üzərindən orta təzyiqdən qeyri-qanuni götürülən polietilen örtüklü 400-500 metr olan digər istiqamətdə yeraltı yönələn (gedən) xətt (boru) aşkarlanmış, həyətdə 6 ədəd iri istixana mövcuddur. Həmçinin səsli video görüntülərindən Elster G65 markalı, zavod nömrəsi ********* olan qaz sayğacına (göstəricilərinə) baxış keçirildiyi müəyyən edilir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 20.400 manat məbləğində borc abonentə məxsus istixanada (Elster G65 markalı, zavod nömrəsi ********* olan) qaz sayğacından kənar təbii qazadan qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş yoxlamanın (bax. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt, dəymiş ziyanın bərpasına dair 29 dekabr 2022-ci il tarixli tələbnamə, səsli video görüntünün qeyd edildiyi flash-disk) nəticəsi olaraq hesablandığı halda sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221879896 saylı çıxarışından isə görünür ki, yoxlayıcı orqan Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan İddiaçı məxsus istixanada sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcının şəbəkəyə qanunsuz qoşulma halının və sayğacın göstəricisinin oxunma zamanı sayğaca müdaxilənin müəyyən edilməsi əsası ilə plandankənar (növbədənkənar) yoxlama təyin edilmiş və yoxlamanın müddətini xx.xx.2022-xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 20.400 manat məbləğində borcun hesablanmasına səbəb olmuş abonentə məxsus istixanada (Elster G65 markalı, zavod nömrəsi ********* olan) qaz sayğacından kənar təbii qazadan qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmadığı müəyyən olunur. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən İddiaçı hesablanmış 20.400 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 50 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 100 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 150 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 113.2-ci maddəsinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən İddiaçı hesablanmış 20.400 manat məbləğində borc silinsin. Cavabdeh İB-dən çəkilmiş mediasiya xərclərinin əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar