Məhkəmə qərarları › İş №e-2-2(113)-419/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-419/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-419/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdehnə qarşı, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçı X2 hesablanmış borcun silinməsi vəzifəsinin “Cavabdeh'" İstehsalat Birliyinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 ilə cavabdeh “Cavabdeh’ İstehsalat Birliyi arasında “qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx xxxxxx 2016-cı il tarixli, 0xx-xx-2016 saylı müqavilə bağlanmışdır. xx xxxx 2019-cu il tarixdə Cavabdeh nümayəndələri Ələsgər Həsənov, Ramin Gülməmmədov, Elvin Əliyev, Emin Bədəlov tərəfindən fiziki şəxs X2 məxsus kafeyə baxış keçirilmiş və xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, obyektə baxış keçirilən zaman müəyyən edilmişdir ki, qaz cihazlarının saatlıq sərfıyyatı qaz sayğacının sərfinə uyğun gəlmir. Aktda qeyd edilənlər həqiqətə uyğun olmamışdır. Akt əsasında iddiaçıya borc hesablanmışdır. Aktla razı olmadığından aktı imza etməkdən imtina etmişdir. Akt əsasında əsassız olaraq dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və dəymiş ziyanın həcmi 30456 m3 müəyyənləşdirilmişdir. Akt tamamilə əsassızdır. Belə ki, Baki şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 2942-ci məhəllə bina 4, giriş İ ünvanında yerləşən iddiaçıya məxsus kafeyə heç bir bidiriş və xəbərdarlıq edilmədən əsassız olaraq borc hesablanmışdır. İddiaçı hər ay mütəmadi olaraq qaz sərflyyatına görə borcunu vaxtı- vaxtında bildiriş əsasında ödəyir. İddiaçı “iddia tələbinin dəyişdirilməsi barədə” ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçı X2 əsassız olaraq hesablanmış 6217,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında bağlanmış “Qazın alqısatqısı barədə” müqaviləyə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində 1 ədəd 32 kw-lıq kombi quraşdırılması quraşdırılması nəzərdə tutulmuşdur. Lakin inventar aktı ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində 2 ədəd 50 kw-lıq kombi (istilik sistemi), 2 ədəd təndir, 1 ədəd restoran tipli PQ-4 və 1 ədəd 20 litrlik QSQ cihazının quraşdırıldığı müəyyən edilmişdir. Sonda nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, obyektə baxış keçirilən zaman müəyyən edildi ki, qaz cihazlarının saatlıq sərfiyyatı qaz sayğacının sərfinə uyğun gəlmir. Həmin akt əsasında xx.xx.2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamə ilə iddiaçıdan 30456 m3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. Cavabdeh İB-yə məxsus xx.xx.2019-cu il tarixli Sənaye üzrə İnventar aktına əsasən Səfərova Məhbuba məxsus restoranda 2 ədəd 50 kw-lıq kombi (istilik sistemi), 2 ədəd təndir, 1 ədəd restoran tipli PQ-4 və 1 ədəd 20 litrlik QSQ cihazının istifadə olunduğu qeyd edilir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 29995 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 giriş 1 ünvanında yerləşən “Beer Barrel” restoranında 2 ədəd kombi cihazı quraşdırılaraq istifadə edilir. “Beer Barrel” restoranını təbii qaz ilə təmin edən G 4T markalı, ******* nömrəli sayğacın texniki pasportu təqdim edilmədiyinə görə, sayğacın maksimal saatlıq qaz buraxma qabiliyyətinin restoranda istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfiyyatına uyğun olub-olmaması barədə tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən X2 məxsus qeyri-yaşayış sahəsində qaz cihazlarının saatlıq sərfiyyatı qaz sayğacının sərfinə uyğun gəlmədiyi əsas gətirilərək ******* saylı akt tərtib edilərək iddiaçıya hesabat müddəti 180 gün qəbul edilməklə 30456 kub metr qaz sərfiyyatına görə 6217,60 manat məbləğində borc hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsində 2 ədəd kombi cihazı istifadə edilmişdir. Odur ki, 2 ədəd kombi cihazının istifadəsinə görə borcun hesabatı aparılaraq iddiaçıya hesablanmış borcdan silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən əsaslı hesab edilməli, iddiaçıya 2 ədəd kombi cihazının istifadəsi üçün əsassız olaraq hesablanmış 4144 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı X2 (Abonent kodu: **********02942) Cavabdeh tərəfindən hesablanmış 4144 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar