Məhkəmə qərarları › İş №e-2-2(113)-4199/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4199/2021

12.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4199/2021 12.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinin Cavabdehnə qarşı qaz boru xəttinin torpaq sahəsindən çıxarılmaqla yerinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinın mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,454 ha torpaq sahəsi üzərindən çəkilmiş 6 ədəd yerüstü qaz boru xəttinin torpaq sahəsindən çıxarılmaqla yerinin dəyişdirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, tələb inzibati orqana qarşı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair tələb olmaqla inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki tələbə kommersiya məhkəməsində baxılmaması əsası ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinin Cavabdehnə qarşı qaz boru xəttinin torpaq sahəsindən çıxarılmaqla yerinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli 10.08.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə izah edilsin ki, hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar