Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-422/2020 24.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, “Mars - M” firmasının “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X1, X2, X3,) qarşı qeyri – yaşayış sahəsinin ipoteka ilə yüklü edilməmiş hissəsinin naturada ayrılması və pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Mars - M” firması “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X1, X2, X3,) qarşı qeyri – yaşayış sahəsinin ipoteka ilə yüklü edilməmiş hissəsinin naturada ayrılması və pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər xx xxxxxx 2020-ci il tarixə, saat 16:30-a və xx xxxxxx 2020-ci il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda həmin Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Mars - M” firmasının “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X1, X2, X3,) qarşı qeyri – yaşayış sahəsinin ipoteka ilə yüklü edilməmiş hissəsinin naturada ayrılması və pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-422/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-422/2020
24.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver