Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4221/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh “ İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “pulun tutulması və sairə” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “pulun tutulması və sairə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cari istifadə üçün su təchizatı və kanalizasiya xidmətlərinə görə “Qaz İxrac” İdarəsi tərəfindən“İri Şəhərlərin Birləşmiş Su Təchizatı PHŞ-nin ("xxxx" ASC) hesabına köçürülmüş 3000 manat pul vəsaitindən tutulmanın dayandırılması və tutulmuş 2500 manat məbləğində pul vəsaitinin müvafiq sayğac üzrə Hacıqabul MQKS-in kartına tam məbləğdə mədaxil edilməsi, su təchizatı və kanalizasiya xidmətlərinə görə “Qaz İxrac” İdarəsi tərəfindən“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i PHŞ-nin ("xxxx" ASC) hesabına köçürülmüş növbəti ödənişlərin birdəfəlik və tam məbləğdə Hacıqabul MQKS-in kartına mədaxil edilməsi vəzifəsinin“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i PHŞ-nin ("xxxx" ASC) üzərinə qoyulması və məhkəməyə müraciət edilməsi üçün tərəfimizdən ödənilmiş 45 manat dövlət rüsumunun “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i PHŞ-dən ("xxxx" ASC) tutularaq “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində: 1) iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüş 3000 manat pul vəsaitindən tutulmanın dayandırılması; 2) tutulmuş 2500 manat məbləğində pul vəsaitinin müvafiq sayğac üzrə Hacıqabul MQKS-in kartına tam məbləğdə mədaxil edilməsi və 3) su təchizatı və kanalizasiya xidmətlərinə görə “Qaz İxrac” İdarəsi tərəfindən“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i PHŞ-nin ("xxxx" ASC) hesabına köçürülmüş növbəti ödənişlərin birdəfəlik və tam məbləğdə Hacıqabul MQKS-in kartına mədaxil edilməsi vəzifəsinin“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i PHŞ-nin ("xxxx" ASC) üzərinə qoyulması tələblərini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddia ərizəsində göstərilən tələblər (su təchizatı və kanalizasiya xidmətlərinə görə “Qaz İxrac” İdarəsi tərəfindən“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i PHŞ-nin ("xxxx" ASC) hesabına köçürülmüş növbəti ödənişlərin birdəfəlik və tam məbləğdə Hacıqabul MQKS-in kartına mədaxil edilməsi vəzifəsinin“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”i PHŞ-nin ("xxxx" ASC) üzərinə qoyulması)qiymətləndirilməyən iddia tələbidir və qanunvericilikdə tələb üzrə isə 100 manat məbləğində dövət rüsümu nəzərdə tutulmüşdür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin verilməsi zamanı MPM-nin yuxarıda göstərilən tələblərinə riayət edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh “ İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “pulun tutulması və sairə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə geri qaytarılsın. İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2-2(113)-4221/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4221/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver